Qatı dinçilərə görə təmiz müsəlmanlara da söz gəlir.
Əməvi Məscidinin imamı Mehdi (ə.s)-dır. Amma hər şeyin bir vaxtı var. Vaxtı gələndə Mehdi (ə.s) orada namaz qılacaq, inşaAllah.
Türkiyədə aydın, dünyəvi Atatürkçü CHP-in olmağı bir gözəllikdir. CHP çox dəyərli, çox bacarıqlı insanların olduğu bir partiyadır.
Siyasətlə Suriyaya təsir etmək mümkün deyil. Yalnız mədəni təhsillə mümkün olar.
Suriyaya havadan hərbi müdaxilə etməklə heç bir nəticə əldə etmək olmaz. Ən yaxşısı insanları oradan çıxarmaqdır. Ən sağlam üsul budur. Suriya xalqı ətraf ölkələrə keçsinlər. Rejim dəyişdikdə ölkələrinə qayıdarlar. Heç narahat olmasınlar, Suriya suriyalılarındır.
Ümumilikdə, xilas etmə əməliyyatları çox təhlükəli olur. Biz məzlumlar acı çəkər deyə narahat oluruq.
İslam ölkələrinin laqeydliyi çox təəccüblüdür. Bir yerdə yanğın varsa oraya girib oradakı insanları qurtararsan.
Sonda mehdiyyət bütün İslam aləmini bürüyəcək. Əsrlərdən bəri inkişaf edən ən son nöqtəyə gəldik. Hal-hazırda İslamı qorumaq partlama nöqtəsindədir. Hər yerdə, bütün İslam ölkələrində qaynayacaq. Mehdiyyətin sonu gözəl bir sonluqdur, inşaAllah.
Allah dünyanı dizayn edir. Suriyanı, İraqı, İsraili, Türkiyəni hazırlayır, hər yeri hazırlayır. Bütün dünya qonaqların, yəni hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişi üçün bayram hazırlığı kimi hazırlaşırlar.
İslam Birliyinə və mehdiyyətə önəm verilmədiyinə görə Allah İslam ölkələrinə bərəkətsizlik və uğursuzluq yaydı. Hamısı deyil, amma böyük hissəsi qəflət və dəlalət içindədirlər.
Hal-hazırda dünyanın məhv olmasının səbəbi din inancının, imanın zəifləməsi, insanların dinə, Qurana, Allaha qarşı çıxmasıdır. İnsanlar bu səbəbdən bu hala düşdülər. Bu aradan qalxacaq, düzələcək və düzəlir, inşaAllah.
Bütün dünyaya mərhəmətsizlik, sevgisizlik yayıldığına görə bunu kökdən həll edəcək olan mehdiyyətdir və onun meydana gətirəcəyi coşğun sevgi və məhəbbət mühitidir. Mehdiyyət həm axan qanı dayandıran, həm də sevgini gətirən sistemdir.
Yəhudilər zənn etdiklərindən fərqli olaraq sülhü və sevgini müdafiə edən insanlardır.
Xristian demək, hz. İsa (ə.s)-ı sevir deməkdir. Hz. İsa (ə.s)-ı sevən Allahı da sevər. İnşaAllah Məhəmmədi də olar.
Allah, İsrail o bölgədə olacaq deyir. Baxırıq oradadır, bu çox böyük bir gözəllikdir.
Sevgisiz insanlar səhvi olana çox mərhəmətsiz davranarlar.
İnsanların məhv olmasını istəyəni Allah məhv edər. Çin niyə məhv olsun? Dindar olsun, yaxşı olsunlar. Şərqi Türkistanla Çinin arasını ətlə dırnaq kimi etmək lazımdır. Aralarını düzəldib qardaş kimi yaşamaqlarını təmin etmək lazımdır.
Amerikalıların nəzakətlilikləri və insan sevgiləri çox gözəldir. Amerikanın sevincini, gözəlliklərini boğmağa çalışmaq böyük vicdansızlıq və zülm olar.
ABŞ dünya üçün bir nemətdir. İslam ölkələri ABŞ-a sahib çıxmaq məcburiyyətindədirlər. Xüsusilə, Türkiyə Amerikaya sahib çıxmalıdır. ABŞ-a: "Get, qurtar" deyirlər, sonra da "ABŞ böyük şeytandır" deyirlər.
Uşaqlar mələk kimi günahsız olduğuna görə baxışları ruha şəfadır. Təmiz və günahsız baxış çox gözəldir.
Birlik, bərabərlik zəmanətdir, dinclikdir, dindarın və dinsizin qorunmasıdır. Quranda birlik vardır.