avatar

Adnan Oktar

Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; "Onlar çox ağlayacaq, siz isə güləcəksiniz" deyir. Onlar da tərsini söyləyirlər. "Əsla gülməyin, bol-bol ağlayın" deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Daha dindar olana Allah daha yaxşı imkanlar, daha gözəl nemətlər nəsib edər. Bu da gözlə görülər. Amma təbiidir ki, mömin səbir etməlidir. Yəni əziyyəti də, neməti də gözəl görməlidir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Dünyada hansı millət səmimi dindardırsa, Allah oraya daha çox bərəkət verir. Dindən uzadırlarsa Allah fəlakət verir, bərəkətsizlik verir. Bu ayrılıqda hər bir şəxs, hər bir fərd üçün məqbuldur.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Din nemətdir, insanların böyük bir hissəsi dini bəla hesab edir, haşa. Halbuki din dünyanın bəzəyi, həyatın sevinci, ağlın nuru, qəlbin rahatlığıdır, bərəkətdir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Yuxu dünya acizliyidir. Hər gün müəyyən saatdan sonra insanın yuxusu gələr. Ölmək üçün gedib yatır, ölür, bir neçə sonra isə dirilir. Duş qəbul edir, yeməyini yeyir. Axşam yenə yuxusu gəlir. Ölmə vaxtı gəlir, yenidən ölür. Sabah yenidən dirilir. Həyatı bu şəkildə ölüb dirilməklə davam edir. Nəhayət bir dəfə də ölür, bir də dirilir və özünü başqa aləmdə görür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Günəş ilə kölgə fövqəladə qanunlarla bir-biriylə əlaqəlidir. Allahın qanunları bir-biriylə əlaqəlidir. Günəşin işığı yoxdur, xarici aləmdə işıq yoxdur, zülmət qaranlıqdır. Buna görə, kölgə də yoxdur. Kölgə və işıq ayrı-ayrılıqda beyinin içində yaradılır. Rənglər bir-bir beyinin içində yaradılır. Xarici aləmdə rəng də yoxdur. Sarı, qırmızı, yaşıl; bütün rənglər beyində xüsusi olaraq yaradılır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Kölgə ayrı yaradılır, işıq ayrı yaradılır. Çünki işıq beyində yaradılır. Xarici aləmdə işıq yoxdur. Xarici aləmdə rəng də yoxdur. İşıq insan beynində yaradılır. Xarici aləm zülmət qaranlıqdır. Buna görə də, xarici aləmdə kölgə də yoxdur. İşıq olmadığına görə, kölgə də yoxdur. O zaman kölgə də ayrılıqda beyində yaradılmalıdır. Allah: “İkisini də ayrı-ayrılıqda yaradıram” deyir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

"Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur" deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bir xəta edir, günah işləyir, özünü həlak edir. İztirab çəkir. Allah səndən belə şey istəmir ki. Yalnız tövbə et deyir, normal həyatına davam et deyir. Özünü pərişan et demir. Bunlar anormal, müşriklərə məxsus hərəkətlərdir. Sonunda sənə həmin xətanı etdirən də Allahdır. Bir xeyir var. Bir daha etməməlisən, bu qədər. Qərar verməlisən, etməməlisən.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

İnsanın müqavimət göstərmə gücü çox böyükdür. Beyninə əmr verəcək, etməyəcək. Məsələn, İslama xidmət etməlidir; "çox yorğunam" deyir. Təlqinlə edirsən, yorğun olmaq da nədir? Sənə 5 min lirə verəcəklərini eşitsən göyə uçarsan. Yalan deyirsən, elə bir şey olmaz. Əldən düşmüşəm, yorğunam, az qala yerə düşəcəyəm deyir. Bir mənfəətin olsa, bax gör necə dəliyə dönərsən.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Şeytan insanı romantik hala salır, beyninə iynə yeridir, beyni keyləşir, sərxoş hala gəlir. İpi şeytanın əlinə verir, o da onu istədiyi kimi sürüyür. Müsəlman o ipi dərhal qoparmalıdır. Özünə; "nə baş verir?", "sən nə edirsən?" deməlidir, mən bu ipi qoparıram deyib, dərhal Allahın ipinə sarılmalıdır. “Hablullahul metin, urvetül vüska”, Allahın qopmaz, qoparılmaz ipi.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

İnsan şeytana uyarsa, onu inciklik və ya kin sürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Müsəlman üçün qəzəblənmək çox gülünc bir şeydir. Qəzəb alovu adamı bürüyür, heyvanların sürüklədiyi kimi sürükləyir. İnsan da qəzəbini yatırda bilmir, özünü rəzil-rüsvay edir. Belə olmaz. Ağlını işlətməlidir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Əvvəla müsəlman anormal şeylərə müqavimət göstərməyi bacarmalıdır. Məsələn, qəzəblənməyə müqavimət göstərməyi bacarmalıdır. Qəzəblənmək heyvani instinktdir. Qəzəblənməmək insani üstünlükdür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ağlı istifadə etmək, səmimi olaraq Allahla əlaqə içində olub təlaşlanmadan şeytanın, ağlı harada pozacağını düşünərək Allahın işarəsini görməyə çalışmaqdır. Çünki ağlı onsuz da Allah istiqamətləndirər. İnsan vicdanına tabe olduğundanda səhvi, təhlükəni fərq edər. Allah ona ilham edər, hiss etdirər.
A9 TV; 29 May 2015
avatar

Adnan Oktar

Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bir şey bir az tərs getsə belə, müsəlman onda xeyir olduğunu düşünməlidir. Tərslik oldu deyir. Sən Allaha tam mənasıyla təvəkkül etsən, meydana gələn hadisə xeyirli olandır.
A9 TV; 29 may 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo