Küfr əhli münafiqin hiyləgərliyinə, tənbəlliyinə, şəxsiyyətsizliyinə dözməz, dərhal alçaldar. Münafiq, müsəlmanların nəzakətindən istifadə etmək istəyər. Mömin səbirli olduğu üçün həlim və şəfqətli davranar. Buna görə də, münafiq çirkin əxlaqını yaşamaqda müsəlmanların tərəfini daha uyğun görər.
Hökumətimiz dost ölkələr haqqında açıqlama verərkən "qarşılıqlı mənfəət əlaqələri" ifadəsini heç işlətməsin. Türkiyə mənfəətə deyil, sevgiyə, fədakarlığa və gözəl əxlaqa əsasən hərəkət edir deyilməlidir. Türkiyənin məqsədi hər zaman sevgi və yaxşı niyyət olmalıdır.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Suriyada hökumətin qurulmasında Türkiyə qabaqcıl rol alsın, Suriyanın ərazi bütövlüyü mütləq qorunsun.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Türkiyə, Rusiyadan üzr istəsin dediyimiz zaman, çoxlu qarşı çıxan oldu. Halbuki üzr istəmək İslam əxlaqının tələbidir. Sonra çox gözəl nəticə alındı.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti bəzi tiplərdən istifadə edərək Türkiyəyə dostuq imici verməyə çalışırlar. Osmanlıda da bu üsulu işlətmişdilər. Türkiyə əleyhinə plan qurarkən Anadolu insanının dəliqanlı ruhunu heç nəzərə almırlar. Millətimiz hər dəfə planlarını puç edir.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Demək olar ki, bütün dövlət çevrilişlərində bir dəstə insan bütün Türkiyəni nəzarət altına almışdır. Xalq təhsilli və güclü inanclı olduqda isə bacara bilmirlər. Respublika tarixində xalq ilk dəfə belə gözəl müqavimət göstərdi. Darvinizmin əsassızlığını, şəhidliyin yüksək şərəf olduğunu, vətəni qorumağın namus olduğunu uzun illərdir deyirik. Təməldə çox güclü, səmimi iman meydana gəldi Allaha çox şükür.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Qorxaqlıq çox utanılacaq şeydir. İnsanın Allaha veriləcək bir canı var, şəhid olar ən gözəl məqama çatar. Vətəni, milləti xilas edər, şərəf olar.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
PKK-nın bir ideologiyası vardır. Dövlətin də qarşı ideologiyası olması lazımdır. Güclü bir ideologiya ilə müqavimət göstərilməzsə müvəffəqiyyət əldə edilməsi çətin olar.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Karl Marksın "xalqların tiryəki" olaraq bəhs etdiyi din şirk dinidir. İslam dini insanların şüurunu açar.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Darvinizm də bir dindir. Kainatın yaradılışını öz aləmində təsadüflə izah edən inanc sistemidir, dəlili olmadığı halda buna iman gətirənlər var.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Qurana əsaslanan həqiqi İslam, tiryək təsirini ortada qaldıran, ağlı təmizləyən, ortaya çıxaran bir nemətdir.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Dəccal dindarlıq iddiası, şirk dini və xurafatlarla ortaya çıxar. Dəccalın təqdim etdiyi xurafat dini marksizm kimi, darvinizm kimi tiryək təsiri göstərər.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinə təslim olan bəziləri homoseksuallıq təbliğatı aparır, darvinizmi izah edib, Quranı yaşanmayacaq hala gətirirlər. Rumiliyi izah edib, Quranın yerinə başqa bir din gətirməyə çalışırlar, əsil bunlar şeytanın hipnozudur.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin tələsinə düşənlər, onların “intellektual, millətə yuxarıdan aşağı baxmağa çalışan, ədabaz və təcavüzkar” məntiqlərini mənimsədilər.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Bir insan sevgi insanı olmağı deyil, dəhşət və zorakılıq insanı olmağı seçirsə bu dəccaliyyətdir.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Ordu xarici hücuma görə təlimdən keçirilir, lakin o daxili hücumlara, məsələn, dövlət çevrilişinə və terrorist qiyamlara qarşı da təlimdən keçirilməlidir.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Rəhmətlik Türkeş MHP-li gəncləri bir ülkü istiqamətində çox gözəl yetişdirdi. Dövlət çevrilişinin qarşısının alınmasında ülkücülərin çox böyük əməyi oldu.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Hər hansı işğal və dövlət çevrilişi halına qarşı xalq, qanun və hüquqa uyğun olacaq şəkildə öyrədilməlidir.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
"Dövlət çevrilişlərinə qarşı xalq necə mübarizə aparmalıdır? Çevriliş necə dayandırılar?" Dünyada bununla əlaqədar indiyədək görülmüş elmi iş yoxdur. Orduda dövlət çevrilişinin qarşısını alacaq bir mexanizm olmalıdır. Dövlət çevrilişinə qarşı orduya təhsil verilməlidir. Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur. Necə ki, işğala qarşı təhsil verilirsə, dövlət çevrilişinin qarşısını alacaq şəkildə əsgərin və polisin məlumatlandırılması və öyrədilməsi lazımdır. Dövlət çevrilişinə qarşı nə edilər, necə tədbir alınar, bunlar ümumiyyətlə bilinmir, xalq tamamilə bədahətən dövlət çevrilişinə qarşı dayanır.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti millətimizin darvinizmə qarşı müqavimətini və imanını nəzərə ala bilmədi. Darvinizmin fikrən çökməsi oyunlarını puç etdi. Əllərindəki digər bir üsul da daxili döyüşlər, bölünmə meydana gətirmək idi. Ələvi-sünni qarşıdurması yaratmaq istədilər, bu oyunları da əllərində qaldı. PKK-dan istifadə edərək bölünməni sürətləndirmək istədilər. Xalqa Öcalanı sevimli göstərməyə çalışdılar, bunun yalan olduğunu izah etdik. PKK-nın əsil üzünü göstərdik, beləliklə İngiltərə dərin dövlətinin əlindəki bütün oyunları puç etmiş olduq.
(A9 TV; 16 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin bundan 100 il əvvəlki planının icrasını Atatürk və Kuvayı-Milliyə dayandırmışdı. Bu əsrdə yenidən sınayırlar. Türkiyəni parça-parça etmək, millətimizi Ankara və ətrafında kiçik bir sahəyə həbs etmək istəyirlər. Birlik olsaq heç nə edə bilməzlər.