Qanuni hökumətə dövlət çevrilişinə qarşı dəstək verilməsi lazımdır ki, bu demokratiya əlamətidir, belə mühitdə müxalif üslub işlətmək olmaz.
Dəccal, Süfyan, Kahtani və Mehdi bu şəxslərlə əlaqədar hədislər reallaşmadan tanınmazlar.
Suriyanı parçalamağa çalışanlar Türkiyəni də parçalamaq üçün hücuma keçə bilərlər. Suriyada tezliklə teknokrat hökumət yaradılmalıdır.
Suriya İngiltərə dərin dövlətinin müdaxilə etdiyi bir ölkədir, İngiltərə dərin dövləti Suriyanın parçalanmasını istəyir.
Allah Nur surəsinin 55-ci ayəsində İslam əxlaqının dünyaya hakim olacağını vəd etmişdir. Allah vədindən dönməz.
Mehdi layihə və planla olmaz. Allah taledə kimi Mehdi olaraq yaradıbsa, o insan Mehdidir.
İngiltərə dərin dövlətini elmlə, irfanla bu qədər ifşa edib fikrən əzməsəydik ölkəmizi bölmək kimi hər cür pisliyi edəcəkdilər. Lakin millətimizin imanlı gəncləri və igidləriylə hamımız birlikdə bu oyunu puç etdik. Gələcəkdə bunun kitabı yazılacaq. Xainlərin, yaxşı niyyətli biri kimi görünüb alçaqlıq edənlərin kimlər olduğunu gələcəkdə hər kəs öyrənəcək.
Mehdi qanı dayandıran insandır. Qanın axmasını, müharibələri, vuruşmaları, günahsızların qətlə yetirilməsini dayandıran insandır.
Türkiyənin İsraillə münasibətlərinin də düzəlməsi üçün çox mühüm işlər gördük. Sülh üçün, dostluq üçün zəmin yaratdıq.
Mühüm məsələlərdə ictimai zəmin yaratmaq, ictimaiyyətə müsbət təlqinlər etmək çox əhəmiyyətlidir. Allaha şükür Allah fəaliyyətlərimizi vəsilə edir.
Ən gərgin dövrlərdə belə Türkiyə təyyarə böhranı üçün üzr istəsin, Rusiya ilə dost olaq dedik. Pravdada mövzunu izah edən yazılarım dərc olundu.
Rusiya ilə Türkiyənin ortaq müdafiə paktı meydana gətirməsi çox gözəldir. İran və Azərbaycan da bu ittifaqa qoşulsa bölgə üçün çox gözəl olar.
Bir insan yalnız Allahın rizasını istəsə, bəzi şeylərdən məhrum qaldığını düşünsə belə dünyanın ən xoşbəxt, sevgini ən gözəl yaşayan insanı olar.
Münafiqlərin əxlaqsızlığı ilə Peyğəmbərimiz (s.ə.v)-in əxlaqının gözəlliyi arasındakı ziddiyyət zibilliyin içində almazın parıldaması kimidir.
Münafiqlər öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-ə zərər vermək üçün nifrət dolu baxır, narahat etməyə çalışırdılar. Münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-in yanında olmalarının səbəbi əleyhinə istifadə edə biləcəkləri məlumat əldə edə bilmək, fitnə törədə bilmək idi. Hiyləgərcəsinə Peyğəmbər (s.ə.v)-i izləyir, Peyğəmbər (s.ə.v)-dən müsəlmanların əleyhinə məlumat ala bilmək istəyirdilər. Həmişə baxışlarında pislik var idi.
Münafiqlər və kafirlər, Allahın, möminlərin mənəvi məqamını ucaltmaqda istifadə etdiyi iki dəstədən biridir.
İslam Birliyinə, Quranın kafiliyinə, İsa Məsihə, mehdiyyətə qarşı çıxan kəs, Allaha qarşı çıxmış olar. Allah bunun əvəzini çıxar.
Qüds, Məkkə, Mədinə mübarək diyarlardır. Adlarını eşitmək belə qəlbə rahatlıq verər. Qüdsdə inşaAllah hz. Süleymanın məscidini yenidən inşa edəcəyik. Hər yeri meyvə bağçası edəcəyik, hər yer tərtəmiz gül kimi olacaq. İnşaAllah susuzluq problemi bitəcək, Qüdsdən çay keçəcək.
Silahsız insanı gülləbaran etmək, tankın altında əzmək alçaqlıqdır. Dövlət çevrilişi edən qatillərin sadist və zalım olduqlarını bütün dünya gördü.
Dövlət çevrilişi ilə hökuməti dəyişdirməyə cəhd etmək, millətə zor tətbiq etmək, qətliam siyahıları hazırlamaq harada qəbul edilər? İslamda məcburiyyət yoxdur. Dövlət çevriliş edərsən, bütün millət sənə nifrət edər. İslamın ruhunda sevgi ilə insanların könlünü qazanmaq var, məcburiyyət yoxdur.
Müasir olmaq, keyfiyyəti axtarmaq, incəsənət və estetikanı ön planda tutmaq ön planda olarsa, Türkiyə çox güclü olar. İncəsənət azadlıq, keyfiyyət və qadın hüquqlarının olduğu, qadınların azad yaşadığı ölkələrdə dövlət çevrilişi zehniyyəti formalaşmaz.