Dövlət çevrilişi ilə hökuməti dəyişdirməyə cəhd etmək, millətə zor tətbiq etmək, qətliam siyahıları hazırlamaq harada qəbul edilər? İslamda məcburiyyət yoxdur. Dövlət çevriliş edərsən, bütün millət sənə nifrət edər. İslamın ruhunda sevgi ilə insanların könlünü qazanmaq var, məcburiyyət yoxdur.
Müasir olmaq, keyfiyyəti axtarmaq, incəsənət və estetikanı ön planda tutmaq ön planda olarsa, Türkiyə çox güclü olar. İncəsənət azadlıq, keyfiyyət və qadın hüquqlarının olduğu, qadınların azad yaşadığı ölkələrdə dövlət çevrilişi zehniyyəti formalaşmaz.
Rumilik fəlsəfəsi bir növ gizli dinsizlik kimidir: Məsnəvini Qurandan üstün hesab edər, şərab halaldır deyər, Allahın haram etdiyi homoseksuallığı qanuni hesab edər. Bu fəlsəfə İngiltərə dərin dövləti tərəfindən İslama qarşı müdafiə olunur. Bir çox insan bu cəhətini bilməz. Mövlanaya aid olduğu iddia edilən kitablarda qeyd olunan bəzi hissələr rumilik fəlsəfəsinin təməlidir. Bunlar sonradan əlavə olunmuş da ola bilər.
Ağaclar baharda gəlin kimi bəzənir. Hamısının səyi çox gözəldir. Çiçəklər ayrı gözəldir, vitamini, ləzzəti ilə meyvələri ayrı nemət. Hər meyvə də içində hədiyyəsi ilə birlikdə çəyirdəyi ilə gəlir. Çəyirdək içində xüsusi pərdə və qablaşdırma ilə ağaca dair hər məlumat olur.
İnsan ağlı qəflətə çox meyillidir. Tək bir saç telində o insanın eynisi var, o insana dair bütün məlumatlar var. Lakin qəflətlə baxan düşünə bilmir.
Münafiq dərin dövlətlərə qarşı çox hörmətkar və tərəfdaş üslubdan istifadə edər, çünki onların güc sahibi olduğuna inanar. Müsəlmana qarşı isə namərddir.
Münafiqin içində həmişə fırtınalar qopar, ağzından kin daşar. Qəlbindəki qəzəb və kin isə daha böyükdür.
Münafiq zehniyyət tələ qurdu, lakin tələləri tərsinə döndü. Bir gecədə bütün millət qurğuşunla qaynadılmış binalar kimi birləşdi, qardaş oldu
Münafiqləri də, qurduqları tələləri də yaradan Allahdır, bu tələləri başlarına keçirən də Allahdır.
Münafiqin mövcudluğu möminin diqqətinin, ağlının artmasına vəsilə olar, tənbəllikdən xilas olar. Münafiq mömin üçün fəallıq vəsiləsidir.
Münafiq bir çox mövzuda boynuna vəzifə götürmək istəyər, lakin məqsədi İslama xidmət etmək deyil, qarışıqlıq və narahatçılıq törətməkdir.
Münafiq öz içində çökərkən, müsəlmana adrenalin təsiri göstərər. Müsəlmana canlılıq, fəallıq və güc verər.
Dövlət çevrilişi cəhdinin arxasında münafiq bir sistem var. Buna görə də, münafiq xarakterini çox yaxşı tanımaq lazımdır.
Atatürk dəccaliyyət ziddidir, dəccalları fikri cəhətdən zərərsizləşdirmişdir.
Türkiyə çarşablı qadınlar üçün də, hicablı qadınlar üçün də, dekolte geyinən qadınlar üçün də cənnət kimi olacaq. Hamısı çox azad olmalıdır.
Bir dəccaliyyət komitəsi var, bir də haqq komitəsi var. Millətimiz və siyasətçilərimiz əsgəri və polisi ilə birlikdə haqq komitəsi oldu.
Millətimizin Hulusi Akar paşamıza göstərdiyi sevgi çox gözəldir. Allah onu nuru ilə əhatə etsin. Bizim ordumuz təsəvvüf dərgahı kimi dərgahdır.
Müsəlmanları dəyərsiz göstərməyə çalışmaq, insanları alçaltmağa çalışaraq özünü ucaltmağa çalışmaq münafiq əxlaqıdır.
İnsanı görünüşünə görə mühakimə etmək çox alçaldıcı və əxlaqsız hərəkətdir. Bunu edənlər təkcə xalqın nifrətini qazanırlar.
Allah bir gecədə ayrılıqları aradan qaldırdı, qardaşlığı öyrətdi. Bu, mehdiyyətin təməl mərhələlərindən biridir. Qardaşlıq mehdiyyət ruhudur.
Münafiq hər mühitdə lağım kimi müsəlmanlara nifrətini və kinini qusar. Həmişə möminlərin əleyhinə danışar. Lakin münafiqin əsil nifrəti haşa Allaha və Peyğəmbərə qarşıdır. Lakin bunu heç vaxt açıq şəkildə ifadə etməz.