Qanun qarşısında bütün vətəndaşlar bərabərdir, kiminsə təhqir etmək hüququ və ya toxunulmazlığı yoxdur.
Heç kim təhqiri qəbul etməz, hər kəs həddini bilməlidir.
Təhqir edən özünü hörmətdən salar.
Təhqir etmək qanunla cinayətdir. Söyəni, təhqir edəni bütün dünyada məhkəməyə verirlər. Burda qəribə bir şey yoxdur.
Müsəlmanları təhqir etmələrinə icazə vermərik. Hüquq, qanun var.
Özləri təhqir ediləndə təhqiri qəbul etmirlər. Amma inananlara küfr etməyi normal göstərməyə çalışırlar.
Əsəd mənim söylədiyim mövzularda gözəl danışıqlar aparsın. Danışığına "Bismillahir-rəhmanir-rəhim" deyərək başlasın. "Qarşılıqlı mənfəət qanunları"ından bəhs etməsin. Mənfəət əsas götürüləndə, yoldaşlıq, dostluq qalmır. Bu üslubdan çəkinsin.
Əsəd Mehdi (ə.s)-ı sevdiyini, Mehdi (ə.s)-ı gözlədiyini söyləsin. İslam Birliyini müdafiə etdiyini söyləsin. "Şiə, sünni hamısı qardaşdır", "qatı dinçiliyə, xurafata qarşıyam" desin. Söz bir Allah birdir, üstündən bəlanı qaldıracağıq, inşaAllah.
Sol bütün dünyada çox mütəşəkkildir, dolaşıq əlaqələri vardır. Solun maraqlarına uyğun gəlməyən bir şey olanda dərhal ittifaq edərlər.
Darvinist- materialist təhsil sevgisiz, yırtıcı insanlar meydana gətirir.
Millət olaraq dövlətə dəstək olmağımız lazımdır. Hökumətə qarşı tənqid edilə bilər, amma müxalifət olmaq lazımsızdır. Bəziləri hökuməti süni mövzularla gözdən salmağa çalışırlar. Bu cür qurma oyunlara qarşı oyaq olmaq lazımdır.
Biz danışdıqca dəccaliyyət mənəvi cəhətdən, duzun suda əriməsi kimi əriyir.
Ən böyük nemət səmimiyyətdir. Allah Quranda təkcə səmimi qullarının xilas olacağını bildirir.
Bölünmə təhlükəsinə qarşı ayıq-sayıq olmaq gözəldir.
Döyüşü ağılsızlar qəbul edər. Döyüş ağıllı birinin qəbul edə biləcəyi bir şey deyil. Niyə qəddarlıq, qan tökmək olmalıdır? Ağıllı insanlarıq, biz danışaraq hər şeyi həll edirik.
İnsanlar təlqini tez qəbul edirlər: döyüşü, sülhü təlqin etsən qəbul edərlər. Nifrəti, sevgini təlqin etsən onları qəbul edərlər. İnsan ruhu sevgiyə uyğundur. Döyüşü təlqin edənlər fitnə çıxaranlar olduğu üçün bu təlqin bir az güclü oldu. Əksinə, gəncliyə, insanlara sevgini bir izah etsək hər kəs coşğu ilə qəbul edər.
İsrailin divarlarını qaldıracaq, sevgi ilə yəhudiləri bağrımıza basacağıq. Qan, gözyaşı, terror, anarxiya qalmayacaq. Hz. Süleyman (ə.s)-ın məscidinin eynisini, bütün gözəlliyi ilə, ehtişamı ilə inşa edəcəyik.
Fikirlə təhqir fərqli anlayışlardır. Qanun, hüquq var. Kiminsə təhqir olunmasına icazə vermərik.
Çıxış yolu nə ABŞ-ın, nə də Talibanın üsulları ilə mümkündür. Bu yalnız saf sevgi ilə olar.
Monotonluq, keyfiyyətsizlik gözəl deyil. Estetikadan uzaq bir quruluşun yayılması qorxuncdur. İnsanlar, evlər, avtomobillər, hər şey təmiz və baxımlı olmalıdır.
Türkiyədə hər yerdə naqilsiz, havadan internet tətbiqi limitsiz olsun. Cəmiyyətdə informasiyanın artması çox əhəmiyyətlidir. Savadı olmayan cahil bir cəmiyyətdə demokratiya olmaz.