Çıxış yolu nə ABŞ-ın, nə də Talibanın üsulları ilə mümkündür. Bu yalnız saf sevgi ilə olar.
Monotonluq, keyfiyyətsizlik gözəl deyil. Estetikadan uzaq bir quruluşun yayılması qorxuncdur. İnsanlar, evlər, avtomobillər, hər şey təmiz və baxımlı olmalıdır.
Türkiyədə hər yerdə naqilsiz, havadan internet tətbiqi limitsiz olsun. Cəmiyyətdə informasiyanın artması çox əhəmiyyətlidir. Savadı olmayan cahil bir cəmiyyətdə demokratiya olmaz.
Baş nazirimizdən internetdə "limit", "kvota" və "ədalətli istifadə" kimi məhdudlaşdırmaları aradan qaldırmasını xahiş edirik.
İnternetdəki kvotanın mənası belə çıxır, sanki adamın əlindən kitabı alıb, cırırsan. Sanki biri kitabxanaya gedir, qapıda durub "girə bilməzsən" deyə onun qarşısını kəsirsən. Kitab oxumasının, araşdırmasının, dünyanı öyrənməsinin qarşısını alan səhv bir sistemdir. Bu limit, kvota və ədalətli istifadə bunların ədalətlə, ədalətliliklə əlaqəsi yoxdur. Bunların hamısını aradan qaldıraq.
Təhqir edən kim olursa olsun, hansı peşədən olursa olsun hüquqi olaraq lazım olan cəza verilər. Qanun qarşısında hər kəs bərabərdir.
Fikir azadlığına “hə”, təhqirə “yox” deyək. Heç bir türk məhkəməsi kiməsə fikrinə görə cəza vermir. Təhqir, küfrə görə cəza verilər.
Cənab Allah Axırzamanı çətinliklə dolu yaratmış ki, savabı çox olsun. Bəla, müdaxilə nə qədər çox olsa savab, vəlilik o qədər yüksələr. Cənnət o qədər genişlənər.
Bizim peşəmiz şəfqətli, sevgi dolu və bağışlayıcı olmaqdır.
Qatı dinçiliyə qarşı dünya səviyyəsində tədbir görmək lazımdır.
Bəzi müsəlman qatı dinçilər hələ də şiddətin və qan tökməyin tərəfdarıdırlar. Dünyanın hər yerində də qatı dinçiliyə dəstək olur, səmimi, həqiqi müsəlmanlara isə tələlər qurulur. Mehdiyyətə qarşı çıxırlar. Elə mehdiyyətin gözəlliyi bu çətinliklər içində müvəffəqiyyətli olmasıdır.
Qiyamətə qədər müqəddəs doğum həftəsidir. Müqəddəs doğum bitməz. Hər gün qeyd olunar. Səhərdən axşama qədər qeyd edir, belə gözəl bir peyğəmbər (s.ə.v.)-i, yüksək əxlaqlı, nurlu, şirin peyğəmbər göndərdiyi üçün səhərdən axşama qədər də Allaha həmd edirik.
Liderə sahib çıxarlar. Lider qorunub, mühafizə edilməlidir. Ona söz gəlməsinə imkan verməyəcək, lazım gəlsə yolunda canını sipər edəcəksən. Lider olmaq asan deyil.
İman, Quran məclisləri, mələklərin ən çox sevdiyi məclislərdir.
CHP darvinizm və materializmə qarşı tədbir görüb, İslam Birliyini müdafiə etməlidir.
Türk, kürd, laz, çərkəz hamısı bərabərdir. Türkiyədə bunun əksini iddia edən yoxdur .
Hz. Mehdi (ə.s)-ın mübarizəsi zahir, aşkaranə və qalibanədir.
Tək olmaq, tək yaşamaq çox təhlükəlidir. Təklik Allaha məxsusdur. İnsanın yanında heç olmasa bir nəfər də olsa dostunun olması lazımdır. Hətta Peyğəmbərimiz (s.ə.v) ən az üç nəfərin olmasını bildirir.
Şiənin gözəlliyi ondadır ki, Mehdi (ə.s) ilə əlaqədar hədisləri çox dəqiqliklə qorumuşlar.
Allah bizlərə İsa Məsihin o gözəl gözlərindən öpməyi nəsib etsin.
Ya Rəbbim, Mehdini bəlli et, Mehdini bəlli et, Mehdini bəlli et.