Qadınlar azad yaşamaq istəyirlər. Onlara təzyiq göstərilməməsinin vurğulanması çox əhəmiyyətlidir. Çünki kişilər dünyanın hər tərəfində azaddırlar. Heç kim onlara qarışmır.
Fateh Terim qüdsi olan, mənəviyyatçı, milliyyətçi şəxsiyyəti ilə tanınan insandır. Ürəyi rahat olsun, daha da yaxşı yerlərə gəlib çıxacaq, inşaAllah. Dəyəri çox bilinəcək.
İnsanlar həsədlə nəyəsə çatmazlar. Həsəd etdikcə, Allah möminlərin nemətlərini daha da çox artırar. Onların da nemətini azaldar. Getdikcə qovrularlar, özlərinə qapanarlar, çökdürər, sevgisiz, mərhəmətsiz, ürəksiz, xəstə insanlara çevrilərlər. Allah əsirgəsin.
Allah ürəyi qara olanlara, mənfi xarakterli, tərs insanlara özləri kimisini nəsib edir. Möminlərə, gözəl xasiyyətli insanlara, insanları sevənlərə də, sevgi, qəlbi məhəbbətlə dolu, nur kimi insanları nəsib edir. Cənnətdə də, dünyada da belədir.
Allah iman edənlərə, inananlara çox gözəl nemətlər verir. Allah iman edənlərə insan sevgisini, coşğunu, ehtirası, hər cür dərinliyi tam yaşadır.
Qibtə etmək qardaşının o nemətindən məmnun olmaq, amma özünün də o nemətə qovuşmağını istəməkdir. Qısqanclıq isə ona verilmiş nemətdən o məhrum olsun, mən sahib olum deməkdir. Qibtə etmək gözəl bir şeydir, gözəl bir xasiyyətdir.
Qadın Allahın dünyada yaratdığı ən böyük nemətdir. Qadın axirətdə də Allahın təcəllisindən sonra ən böyük nemət və gözəllikdir. İnsanın ruhuna xitab edən ən gözəl nemətdir. Qadınlar üçün kişi, kişilər üçün də qadın böyük nemətdir.
Hz. Mehdi (ə.s) qadınlara dəyər verməyi qəbul etdirəcək. İnsanlara qadınların dəyərini bilməyi göstərəcək.
Qatı dinçilər bütün Türkiyənin qatı dinçi olmasını, kommunistlər də kommunist olmasını istəyirlər. Başqalarının da onların düşüncəsində olmasını istəyirlər. Olmaz. Hər kəsi əhatə edən bir ruh, bir məntiq olmalıdır.
Xoş niyyətlə yaxınlaşan, sevgini, sülhü, gözəlliyi, dostluğu, dünyanın mehribanlıq içində yaşamasını istəyən hər kəs bizimlə həmfikirdir. Elmlə, mədəniyyətlə, qardaşlıq bağı ilə dəstəkləyirik.
Xanımların üzərindəki təzyiq qorxunc bir məntiqdir. Dekoltə geyinsə günah sayılır, baş örtüsü istifadə edir günah sayılır, çarşab geyinir bu da günah sayılır. Nə etsə günah sayılır. Bu da mehdiyyət dövründə aradan qalxacaq bəlalardan, xəstəliklərdən biridir.
Çin darvinizmin-materializmin, ateizmin ağrı-acısını yaşayan ölkədir.
Putin məhbus Greenpeace üzvlərinin sərbəst qalması üçün qanunda bir tənzimləmə etməlidir.
Hər hansı bir xanımı çadralı və yaxud dekoltə olduğu üçün işdən çıxarmaq vicdana uyğun hərəkət deyil.
Əvvəllər məktəblərdə uşaqlara faşist, soyuq mühit aşılanardı. Mehdiyyət dövründə təhsil sevgiyə, şəfqətə əsaslanacaq.
Uşaqlara məktəbə getməyin məqsədinin yetkinlik, keyfiyyət, seçilmiş insan formalaşdırmaq, insanlarla rahat ünsiyyətə girən, keyfiyyətli vətəndaşlar yetişdirmək olduğu deyilsə, uşaqların şövqü daha da artar, daha da çox zövq alarlar.
Cemevlər nur kimi insanların olduğu, Allahdan, Qurandan, İslamdan bəhs edilən, sevgi insanlarının yaşadığı nur məkanları, gözəllik məkanlarıdır.
Əsədin canına, malına zərər verməyəcək şəkildə onu oradan götürmək lazımdır. Rusiya Əsədin alçaldılmasını istəmir. Əsədin alçaldılmasına tədbir görülsə, ölkədən çıxarıla bilər.
Mənimlə görüşdükdən sonra Madonnada Qurana qarşı sevgi hissi yarandı.
Öz adımıza mərhəmət göstərərik, amma canı yanan başqaları adına mərhəmət göstərə bilmərik. Bu, rəhmani mərhəmət olmaz.
Əsədə kimyəvi silahların məhvi barəsində təşəkkür etmələri inanılmaz hərəkətdir. Hər cür öldürmə şəkli rüsvayçılıqdır. Dünyanın bəsirəti bağlanıb.