Hz. Mehdi (ə.s) qadınlara dəyər verməyi qəbul etdirəcək. İnsanlara qadınların dəyərini bilməyi göstərəcək.
Qatı dinçilər bütün Türkiyənin qatı dinçi olmasını, kommunistlər də kommunist olmasını istəyirlər. Başqalarının da onların düşüncəsində olmasını istəyirlər. Olmaz. Hər kəsi əhatə edən bir ruh, bir məntiq olmalıdır.
Xoş niyyətlə yaxınlaşan, sevgini, sülhü, gözəlliyi, dostluğu, dünyanın mehribanlıq içində yaşamasını istəyən hər kəs bizimlə həmfikirdir. Elmlə, mədəniyyətlə, qardaşlıq bağı ilə dəstəkləyirik.
Xanımların üzərindəki təzyiq qorxunc bir məntiqdir. Dekoltə geyinsə günah sayılır, baş örtüsü istifadə edir günah sayılır, çarşab geyinir bu da günah sayılır. Nə etsə günah sayılır. Bu da mehdiyyət dövründə aradan qalxacaq bəlalardan, xəstəliklərdən biridir.
Çin darvinizmin-materializmin, ateizmin ağrı-acısını yaşayan ölkədir.
Putin məhbus Greenpeace üzvlərinin sərbəst qalması üçün qanunda bir tənzimləmə etməlidir.
Hər hansı bir xanımı çadralı və yaxud dekoltə olduğu üçün işdən çıxarmaq vicdana uyğun hərəkət deyil.
Əvvəllər məktəblərdə uşaqlara faşist, soyuq mühit aşılanardı. Mehdiyyət dövründə təhsil sevgiyə, şəfqətə əsaslanacaq.
Uşaqlara məktəbə getməyin məqsədinin yetkinlik, keyfiyyət, seçilmiş insan formalaşdırmaq, insanlarla rahat ünsiyyətə girən, keyfiyyətli vətəndaşlar yetişdirmək olduğu deyilsə, uşaqların şövqü daha da artar, daha da çox zövq alarlar.
Cemevlər nur kimi insanların olduğu, Allahdan, Qurandan, İslamdan bəhs edilən, sevgi insanlarının yaşadığı nur məkanları, gözəllik məkanlarıdır.
Əsədin canına, malına zərər verməyəcək şəkildə onu oradan götürmək lazımdır. Rusiya Əsədin alçaldılmasını istəmir. Əsədin alçaldılmasına tədbir görülsə, ölkədən çıxarıla bilər.
Mənimlə görüşdükdən sonra Madonnada Qurana qarşı sevgi hissi yarandı.
Öz adımıza mərhəmət göstərərik, amma canı yanan başqaları adına mərhəmət göstərə bilmərik. Bu, rəhmani mərhəmət olmaz.
Əsədə kimyəvi silahların məhvi barəsində təşəkkür etmələri inanılmaz hərəkətdir. Hər cür öldürmə şəkli rüsvayçılıqdır. Dünyanın bəsirəti bağlanıb.
Əshabı-Kəhfi də, hz. Mehdi (ə.s)-ı da, İsa Məsih (ə.s)-ı da imanın nuru ilə ayırd edəcəyik, inşaAllah.
Axırzamanda Əshabı-Kəhf kimi insanlar olacaq. İsa Məsih (ə.s) da onların içində olacaq. Bəlkə də ailəsi olmayan, keçmişini bilməyən 10, 15, bəlkə də 20 nəfər insan olacaq. Onların içərisindən birinin İsa Məsih (ə.s), bir qisminin də Əshabi-Kəhf olduğunu anlayacağıq.
Uşaqları gimnastikaya alışdırırmış kimi namaza da alışdırmaq doğru hərəkətdirmi? Uşağa namazı niyə qılmalı olduğunu öyrətmək, namazı içindən gələrək və sevərək qıldığını göstərmək lazımdır.
Demokratiya ilə əlaqədar tələb haradan gəlirsə mübarəkdir, gözəldir. Azadlıq gözəldir. İnsan haqları gözəldir. Bölünməni, kommunist, Stalinist idarəni unutsunlar artıq.
Müsəlman hər gördüyünü qurtarmaqda, kömək etməkdə məsuliyyət daşıyır.
O qədər çox dərd var ki, mehdiyyətdən başqa həll yolu yoxdur. Əfqanıstan, Pakistan hər yer sürünür. İnsan hansı birinə yetişə bilər. Allahdan, tezliklə, hz. Mehdi (ə.s)-ın zühurunu istəyirik.
İslam Birliyinin bir xəyal olduğunu qəbul edənlər yanılırlar. Allah İslam Birliyi barəsində: "Bu bir xəyaldır" demir, "Vəd edirəm, mütləq edəcəyəm" deyir. inşaAllah.