Qadına qarşı zorakılığın qarşısının alına bilməsi üçün bu məsələdə qadınların önünə çıxarılan bütün bürokratik maneələrin aradan qaldırılması əsas şərtdir. Qadına yönəlmiş ciddi təhdid və cana qəsd olduğu zaman, təhdid edən insanı imtina etdirəcək qanuni və hüquqi tədbirlər alınması lazımdır.
Qadınların xoşladıqları işlərdə işləməsi gözəl olar. Ağır iş sahələrində işləmələri məni vicdanən narahat edər.
Gənclərin azadlıq, sevgi və coşğuya ehtiyacı var. Bu da Allah sevgisi və Allah qorxusu ilə olar.
Allahın nazil etdiyi bir İslam var, dörd məzhəbin isə dörd fərqli inancı, tətbiqi var. Hədisə tabe olaq deyənlər bir-birlərinin məzhəblərinə, o məzhəb imamının nəql etdiyi hədisə tabe olmurlar. Buradakı səmimiyyətsizliyi görmək lazımdır. Əgər hədisə tabe olacaqlarsa, hamısına tabe olmaları lazımdır, səmimi davranmırlar. Məzhəblərin halalları, haramları fərqlidir, halbuki tək meyar Qurandır.
Atatürkün xüsusiyyəti büt dağıdan olmasıdır. Mövhumatçılığın bütün bütlərini dağıtdı. Atatürk Quranın özəyində olan azadlığı, səhabə əxlaqını müdafiə edən biridir.
Hər insan beynindəki ekranın qarşısında özünə göstərilənləri izləyir. İnsan bu ekran qarşısında Allahdan yana olub olmayacağı ilə sınanır.
Biz təkamülü elmi dəlillərlə və elmin özü ilə çürüdürük. Təkamül, ilahı təsadüf olan bütpərəst inancdır.
Müsəlman, bir ölkənin deyil, bütün İslam aləminin, bütün insanların problemlərinə həll yolu istəyər. Allahın göstərdiyi həll yolu İslam Birliyi və mehdiyyətdir.
Katoliklərin, pravoslavların, musəvilərin, masonların, hər kəsin lideri var. Müsəlmanların lideri olmasın deyirlər. Bu səmimi rəftar deyil.
Allah sevgisi, Allahı çox sevmək dünyanın ən böyük zövqüdür.
İngiltərə dərin dövlətinin bütün oyunları barədə xalqı çox yaxşı məlumatlandırsaq, Türkiyə əleyhindəki heç bir oyunları işə yaramaz.
Mömin həmişə elmi Allahdan tələb edər və "Rəbbim elmimi artır!" deyə dua edər.
Həqiqi ictimai ədalət mehdiyyət dövründə olacaq. Tək bir kasıb belə qalmayacaq.
Yaxşı olan insana pislər zərər verə bilməz. Bu, Allahın Quranda bildirdiyi qanunudur.
Haqsızlıqlar, məzlumların əzilməsi insanların canını çox yandırır. Səyyar satıcılara qarşı şəfqətsiz tədbirlər alınması da vicdanı çox zədələyir. Səyyar satıcıların dəzgahlarını devirmək vicdansızlıqdır, həll yolu deyil. Gigiyena üçün təhsil verilə bilər, satacaqları yerlər yaradıla bilər.
Münafiq küfr əxlaqı ilə yaşadığı üçün tam bir cəsəd, içi çürümüş boş bədəndir.
Təmizlik cənnətə həsrətin təcəllisidir. Təmizlik möminin ən mühüm xüsusiyyətlərindən biridir.
Sevgisizliyin, sevmək istəyib də sevə bilməməyin gənclərin canını nə qədər yandırdığını görürəm. Bu mənəvi bəla mehdiyyətlə aradan qalxacaq inşaAllah.
Təbii fəlakətlərin çoxalması Axırzaman əlamətlərindəndir. Peyğəmbərimiz (s.ə.v) nə xəbər veribsə, hamısı tək-tək reallaşır.
Münafiqlərə Allahın verdiyi bəlalardan biri də vücudlarının daxilən və erkən çürüməsidir.
Möminin ruhundakı konstitusiya Qurandır. Möminin sevgisi, ehtirası, ağlı, dərinliyi ruhundakı Qurana əsaslanar.