Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm” de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb qudurursan? Niyə özünü alçaldırsan?
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Amerika Allahı çox zikr edirdi, baxın, çox varlı idi. Allahı az zikr etdikləri vaxt sürünməyə başladılar. Rusiya Allahı az zikr edirdi, sürünürdü. Allahı bir qədər çox zikr etməyə başladılar, Allah da bir qədər rahatlıq verdi.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Allah dünyanı süründürür, bütün dünya sürünür. Bu xüsusi olaraq yaradılır. Bəlkə də, dünyanın kasıb olması üçün heç bir səbəb yoxdur. Torpaq sahəsi olduqca genişdir. Hər cür əkin işi aparılacaq kimidir. Texnologiya, hər şey var. Allah, heyrət oyandıracaq şəkildə iqtisadi böhran və aclıq meydana gətirir. Heç bir səbəb olmadan. Möcüzə olaraq meydana gətirir. Çünki Allahı unudurlar. Allahı zikr etsələr olduqca böyük zənginlik hakim olar.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
"Mən uşağımı dəli kimi sevirəm" deyir. Uşağını sənə göstərən Allahdır, Allah onu yaratdı. Sən orada Allahın təcəllisinə sarılırsan, öz uşağına sarılmırsan. Allah orada təcəlli edir, uşaq surətində təcəlli edir, sən də ona sarılırsan.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Allah dərindən sevilmək istəyir. Allah Özünə dərindən diqqət yetirilməsini istəyir. Məsələn; "Mənə həmd edin, şükür edin, bol-bol təqdis edin" deyir. Allahın məqsədi, Özü ilə həmişə əlaqə saxlanılmasını təmin etməkdir. Allah sevilməyi sevir. Amma həddindən artıq sevilməyi sevir və bu Allahın haqqıdır. Çünki O hər şeyin, bütün gözəlliklərin sahibidir.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
İnsan Allahı sevmədikdən sonra cənnətdə olsa nə fərqi var, olmasa nə fərqi var. Mömin Allahı sevdiyi üçün cənnətdən zövq alır.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Sevilmək Allahın haqqıdır. Hər şeyin sahibi Odur, hər şeyi O yaradır. İnsan Allahı unudur, öz kefinə baxır.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Allah Özünün həddindən artıq sevilməsini istəyir. Allah insanların, Ona diqqət göstərməməsini heç xoşlamır. Yəni Allah bunu sevmir. Onun üçün belə intiqam alır. İslam aləminin məhv edilməsinin səbəbi də budur.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Allah Özünün sevilməsini əhəmiyyətli hesab edir. Allahın hədəfi bizim cənnətin yeməklərini, ballarını sevməyimiz deyil. Allah Özünün sevilməsini ən mühüm məsələ kimi görür. O balı, cənnət gözəlliklərini Onun təcəllisi olaraq sevməyimizi istəyir. Nemətləri müstəqil surətdə sevməyimizə icazə verməz. Onsuz da zövq də ala bilmərik.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Allah bizim imani həssaslığımızı yoxlayır. İnsanlar, hz. Adəm (ə.s)-dan başlamış qiyamətə qədər heç səhvə yol verilmədən mükəmməl imtahan olunacaqlar. Heç kimə ağlının ixtiyarını alacaq bir imtiyaz verilməmişdir.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Allah "Dünya oyun və əyləncə yeri deyildir" deyir. "Oyun və əyləncə yeri cənnətdir. Dünya imtahan yeridir" deyir. Bunun üçün Allah: “Başınızı dünya həyatı ilə məşğul etsəniz, burada ilişib qalarsınız” deyir. Amma axirəti, Mənim rizamı qazanmağı qarşınıza məqsəd qoysanız, sizi əbədiyyən xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz deyir. Bunu deyim ki, başını dünya həyatıyla məşğul edən kimsə, ancaq sürünər. Ancaq çırpınar. Başqa bir şey olmaz.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Mehdiyyəti gözləyən qardaşlarımız da, böyük bir əyləncəyə hazırlıq kimi gözləyirlər. Elə deyil. Hz. Mehdi (ə.s) İslam hakim olduqdan dərhal qısa bir müddət sonra vəfat edəcək. Çünki Allah hz. Mehdi (ə.s)-ın əylənməsi, yaxud başqalarının əylənməsi üçün İslamı hakim etmir. Sözünü yerinə yetirmək üçün hakim edir. Əsil əylənmə yeri cənnətdir.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Dünyanın zövq alınacaq bir tərəfi yoxdur. Çünki zövq alınacaq yer cənnətdir. Niyə insan burada yarımçıq əylənsin? Belində bir ton odun ola-ola; "gəlin əylənək" deyir. Həmin bu bir ton odun Cənnətdə belindən enəcək. Ondan sonra əylənirsən. Burada əziyyət baş alıb gedir.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Mehdiyyətin hakimiyyət dövrü çox qısa olacaq. Məqsəd sadəcə, Allahın: "Mən verdiyim sözü yerinə yetirəcəyəm, İslamı dünyaya hakim etdiyimi də görün" mənasındadır. "Mənim üçün asandır" mənasındadır. Yoxsa əylənin, gəzib keçinin, dünyanın dadını çıxarın deyə deyil.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Ələvilərdə və şiələrdə çox güclü Mehdi sevgisi vardır. Dəlicəsinə bir sevgidir. Sünnilərdə yersiz bir sükunət hakimdir, bu yaxşı bir şey deyil. Bunu düzəltməlidirlər.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
PKK təhlükəsi olduğu müddətcə keşikçilər də lazımdır. PKK aradan qalxdısa, keşikçilər də aradan qalxsın. PKK mövcuddursa, keşikçilik də mütləq olmalıdır.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
İncilin gözəl tərəfi, sevgidən çox bəhs edilməsidir. Məhəbbətdən, dostluqdan, əfv etməkdən, qardaşlıqdan çox bəhs edilir. Bu cəhətinə görə çox hüzur vericidir. Çox ürək açandır.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
Din olmadan insan havalanar. Həyat dəhşətli olar.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
YPG deyə bir şey yoxdur. PJAK deyə bir şey yoxdur. PKK var. PKK-nın müxtəlif adlarıdır bunlar.