Prezident idarəetmə modeli hər nə şəkildə olsa da nəticədə əyalət sistemi və federasiya gətirər, bu da parçalanma deməkdir. Unitar quruluşa sahib olub prezident idarəetmə sisteminə keçən model yoxdur. Prezident idarəetmə sistemi federasiya ilə bütün bir sistemdir. Prezident idarəetmə sistemi gəlsə parçalanma da gələr.
İngiltərə dərin dövləti, federasiya yaratmaq və Türkiyəni parçalamaq fikrindən 200 ildir ki, əl çəkmir. Prezident idarəetmə sistemi üçün də, buna görə güc tətbiq edirlər.
(A9 TV; 20 oktyabr 2016)
Adnan Oktar
-
Dəccaliyyətin bütün müqavimətinə baxmayaraq, mehdiyyət addım-addım inkişaf edir və mənəvi cəhətdən hakim olacaq inşaAllah.
(A9 TV; 20 oktyabr 2016)
Adnan Oktar
-
İnsanların əksəriyyəti mehdiyyətin gerçəkləşəcəyini gözləmirdi. Öz aləmlərində xəyali bir ehtimal kimi görürdülər. Əlamətlərin dəqiqliyi həqiqəti göstərdi.
(A9 TV; 20 oktyabr 2016)
Adnan Oktar
-
Şəhidlərin yaşadığı mövqe ayrıdır. Bir növ yuxu aləmi kimidir, şəhidlər yeyib içirlər, ibadət edirlər, lakin ölü deyillər, diridirlər. Bədiüzzaman şəhidlərin yaşadığı aləmin bu həyatdan daha keyfiyyətli, lakin buna bənzər bir həyat olduğunu bildirmişdir. Şəhidlərin olduğu məqamda qorxu və kədər yoxdur.
(A9 TV; 20 oktyabr 2016)
Adnan Oktar
-
İnsan vicdanını haradasa qısarsa, o vicdan başqa yerdə səni yaxalayar və səni xəbərdar edər. Vicdan, Allahın insana müdaxilə etmə sistemidir.
(A9 TV; 20 oktyabr 2016)
Adnan Oktar
-
Münafiqdə sevgi olmaz. Sevirəm dediyi vaxt, mütləq bir oyun və ya tələ vardır.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Münafiq İslama xidmət etməkdən çox sıxılar. Buna görə də, vaxtını həmişə boş işlərlə keçirtməyə çalışar.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Mehdinin zühur əlamətlərinin bir-birinin ardınca gələcəyini söyləmişdir. 1400 ildir ki, ilk dəfə bütün əlamətlər eyni dövrdə gerçəkləşir.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Allah o qədər çox möcüzə yaradır ki, insan hara baxsa möcüzə görür. Ən böyük möcüzə isə insan beyninin içidir. Beynin içində gözsüz görən, qulaqsız eşidən biri var. Bu həqiqətin iman xaricində heç bir açıqlaması yoxdur. Göz maye bir quruluşun içindədir, oradan işıq keçir və tərs şəkildə təsvir meydana gəlir, çox zəif amperdə elektrikə çevrilərək beyinə gedir və beyində bu zəif elektrik mükəmməl rəngli çox aydın bir təsvirə çevrilir və gözü olmayan biri bu təsviri görür. Bu böyük möcüzədir.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Homoseksuallıq Qurana, Tövrata və İncilə görə haram olan hərəkətdir. Müsəlman haram olan mövzunun murdarlığından bəhs etməklə məsuldur.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Dabiq hədisində keçən 80 millətin əsgərinin bölgədə toplanması ifadəsi 1400 ildir ki, ilk dəfə gerçəkləşdi.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti İraq və Suriyanın parçalanması fikrindən əl çəkmir, biz isə hamısının ərazi bütövlüyünü müdafiə edirik.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti göz görə-görə müsəlman ölkələr arasında təhrikedicilik fəaliyyəti yürüdür. Türkiyəni İraqın, Suriyanın və İranın düşmən mövqeyinə gətirmək istəyir. Üç ölkənin də xalqları bizim dostumuzdur. Müsəlmanlar qardaşdır.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti müsəlmanı müsəlmana qarşı qızışdırmaq istəyir. İran da, İraq da Türkiyənin dostudur, qardaşıdır.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Dabiq mövzusundakı hədislər mötəbər hədis kitablarında qeyd olunur və bu hədislərdə qeyd olunan hadisələr eynilə gerçəkləşmiş olduğu üçün də bu hədislərin səhih olduğu görünür.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Dərin dövlət ruhunun mərkəzində insanları narahat etmək, əzab çəkdirmək və zülm etmək vardır. Bu şeytani ruhdur.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Düşüncə təşkilatlarının əksəriyyətinə düşüncə təlqin edilər, onlar fikir formalaşdırıb müdafiə etməz, təlqin ediləni müdafiə edərlər.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Dərin dövlət dünyanı həmişə narahat edər. Münafiq də həmişə narahatlıq verməyə çalışar. Dərin dövlət ruhuyla münafiqin şeytani ruhu iç-içədir.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Hikkəlilik və təcavüzkarlıq dərin dövlətlərin xüsusiyyətidir. Münafiqlər də hikkəlidir. Münafiq dərin dövlət əxlaqsızlığının kiçik nümunəsidir.
(A9 TV; 19 oktyabr 2016)
Adnan Oktar
-
Düşüncə quruluşuna üzv olmaq Qərbdə çox göstərişli bir şey kimi qəbul edilir. Öz aləmlərində dünyanı idarə etdiklərini zənn edirlər. Hər hansı düşüncə quruluşuna üzv olmaq göstəriş və mühit qazandırdığı üçün bəzi insanlar bu strukturların arxasındakı zehniyyəti də qəbul edir. Bunların böyük qismi bir yerə toplandıqları zaman xalqa yuxarıdan aşağı baxan, homoseksual zarafatlar edən, darvinizmi müdafiə edən üslub hakim olur. Bu kəslərin sosial mediadakı paylaşımları da özlərini ortaya çıxardır. Məsələn, şərab olan bir fotoşəkli, homoseksual şeiri və s. şeyləri bəyənirlər. Beləliklə müsəlmanların yanında olarkən bu azğınlıqlara qarşı olduqlarını deyərkən, onlara əslində dəstək olduqlarının işarəsini verirlər.