Polislərimizin Polis Gününü təbrik edirik. Polis mübarək peşədir. Polis, canını ortaya qoyan, şəhidliyə hazır dəliqanlı deməkdir. Allah hamısını xeyirlə sarsın, cənnətiylə şərəfləndirsin.
İmana vəsilə olmanın ən həyati yolu güclü iman sahibi olmaqdır. Səmimi imanlı insanın iman həqiqətlərini mükəmməl izah edən, hər şeyi dolğun cavab ilə açıqlayan üslubu Allahın izni ilə imana vəsilə olur.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Küfrün və münafiqlərin, möminlərlə məşğul olması mömin üçün şərəfdir. Etdiyin fəaliyyətin təsirli olduğunun dəlilidir.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Qarşısındakı insana etibar etmədiyi üçün qısqanmaq çox çirkin davranışdır. Harada idin, telefonun kamerasını aç, olduğun yeri görüm, məntiqi çox acı hadisədir. Güvənin olmadığı yerdə sevgi olmaz. İnsan güvənmədiyini sevə bilməz. Bu cür şübhələr o adama bir növ təhqir mənasına gələr.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
İnsanın dürüst olduğuna dair qənaəti gəldiyində üzərindəki sıxılma gedər. Tövbə, bu dürüstlüyə imkan verər. Tövbə etdiyində insan səhvindən vaz keçdiyi üçün daha səmimi, daha tutarlı, daha məqbul olar.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Suriyada sülhün olması üçün İslam ölkələrini bir araya gətirib müsəlmanların ortaq hərəkət etməsini təmin edəcək hərəkət başlatmaq lazımdır. Tayyib hocamdan xahiş edirik, bütün Ərəb İslam ölkələrini toplasın. Yatmalarına icazə verməsin. Bu gedişlə Suriyada tək bir insan belə buraxmayacaqlar, Allah verməsin. Buna qərar vermiş kimi görünürlər. İslam aləmini birlik halına gətirək.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Allahın böyüklüyünü anlayan insan devrilməz güc halına gələr. Amma bu mövzuda diqqəti həmişə mühafizə etməsi, heç açığa yer verməməsi lazımdır.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Kürdlər çox əfəndi, dindar, sadə insanlardır. PKK kimi dinsiz, Allahsız, Stalinist təşkilatın tərtəmiz kürdlərə müsəllət olmasını heç vaxt qəbul etmərik.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Bütün dünyaya qadınlara hörmət etməyi, dəyər verməyi öyrədəcəyik. Qadınların azad yaşamasının təbii olduğunu öyrənəcəklər.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Allah, kitab, vətən, millət, bayraq üçün canını verən ən şərəfli şəkildə dünya imtahanını bitirmiş deməkdir. Onların mövqeyinə hamımız qibtə edirik. Şəhidlərimizin arxasınca üzülərək ağlamaq şəhidlərimizi çox incidir. Şəhadət böyük şərəfdir, qürurdur. Həmişə təbrik edilməli məqamdır.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Boşanmaların artmasının altında yatan əsas səbəb eqoistlikdir. Ticari şirkət məntiqində evlənəndə, mənfəət bitdiyi anda evlilik də bitər. Qarşısındakını Allah rizası üçün sevməyi bilmədiklərində, o insanı Allahın onlara əmanəti olaraq görmədiklərində, təngə gəlmək çox sürətli inkişaf edir. "Görəsən ən varlısı ilə, ən gözəli ilə, ən yaraşıqlısı ilə evləndim? Daha yaxşı yatırım edə bilərdim?" düşüncəsi heç bitmir. O zaman da, qarşısındakının vücudunda deformasiya olduğunu ya da acizliyini görəndə dərhal başqa axtarışlara başlayır. Axirət dostu olaraq sevməyi bilməyən insanın həqiqətən sevməsi, sədaqəti və vəfası mümkün olmur.
(A9 TV; 7 aprel 2018)
Adnan Oktar
-
Dünyaya diqqətlə baxan insan bir ekranın içində yaşadığımızı görər. Bunu anlayan insanda həqiqi iman yaranır. Və belə imanda nəfsi tərbiyəsində çətinlikdən söhbət gedə bilməz. Quranda nə yazırsa hamısını edər. Bu həqiqəti fərq edə bilməyənlər yavaş-yavaş pis olandan uzaqlaşmağa başlayır. Kimisi içki içməmək üçün mübarizə aparır. Dünyanın həqiqətini görən insan üçün bu cür mübarizəyə ehtiyac qalmaz. Pis olandan dərhal dəqiq olaraq uzaqlaşar.
(A9 TV; 7 aprel 2018)
Adnan Oktar
-
Tərif, sevgini ciddi şəkildə artıran mühüm ibadətdir. Hər gözəlliyi yaradan Allahdır. Gözəl çiçəyi, pişiyi, qadını, mənzərəni tərifləmək nemətdir. Tərif, Allahın nemətini təqdir etməkdir.
(A9 TV; 7 aprel 2018)
Adnan Oktar
-
Həkimlik müqəddəs peşədir. Həkimlərin hər yerdə hörmət görməsi lazımdır. Restorana gedən həkimdən hesab alınmaz. Həkim hara gedərsə getsin hörmətlə qarşılaşmalıdır. Həkimlərin qiymətini bilmək, millət olaraq onları qoruyub dəstəkləmək vacibdir.
(A9 TV; 7 aprel 2018)
Adnan Oktar
-
Allahın böyüklüyünü xatırlayan, insanları putlaşdırmaqtan əl çəkər. Allahın gücünün fərqində olan insanın beyni də normal gücünə dönər və üzərindəki sıxılma düzələr. İnsanların çoxu bir çox qorxu içində yaşayır, gələcəyindən qorxur, kim nə deyəcək ondan qorxur, sağlamlığından qorxur. Bütün bu qorxular beynin üzərində təzyiq meydana gətirir və unutqanlığa, durğunluğa səbəb olur. Allaha sığınmaq insanın üzərindəki bütün təzyiqləri qaldırar.
(A9 TV; 7 aprel 2018)
Adnan Oktar
-
Gərəksiz yerə böyük kütlənin dəstəyini itirməmək üçün incəsənət, mədəniyyət və keyfiyyətdən yana olduğunu AK Partiyanın tez-tez vurğulaması faydalı olar. Qadın azadlığına önəm verən, qadınların geyiminə, sevincinə, həyatına qarışmayan anlayışın hakim olduğunu vurğulamaq və gücləndirmək əhəmiyyətlidir.
(A9 TV; 7 aprel 2018)
Adnan Oktar
-
Allah sevgini tək məqsəd və ən güclü instinkt olaraq yaratdığı üçün ən gözəl hissi sevilmənin içinə qoymuşdur. Sevmək və sevilmək həyatın ən böyük, ən gözəl nemətidir. Sevgi ən yüksək zövq, ən böyük məqsəd halında yaradılmış, nə qədər gözəl.
(A9 TV; 6 aprel 2018)
Adnan Oktar
-
Allah üçün yaşayan insanın əldə edə biləcəyi ən böyük rifahı, ən böyük gözəlliyi və ən böyük zənginliyi əldə etmiş olur. Allah üçün yaşayan həm dünyanı, həm də axirəti ən mükəmməl şəkildə yaşayar.
(A9 TV; 6 aprel 2018)
Adnan Oktar
-
Atom, hörümçək və arını Allahın böyüklüyünü və sənətini görmək üçün çox ətraflı araşdırmaq lazımdır. Sadəcə birindəki ağıl yüzlərlə insanda yoxdur. Möhtəşəm ağla və nizama sahibdirlər.
(A9 TV; 6 aprel 2018)
Adnan Oktar
-
İnsanların etdikləri tənqidləri qiymətləndirərkən, "nə olur olsun Allah eşitdirir" deyə düşünmək doğru olar. Hər tənqiddə, hər sözdə xeyir, gözəllik axtarmaq, hamısından faydalanmaq lazımdır.
(A9 TV; 6 aprel 2018)
Adnan Oktar
-
Bəzən insanlar Allahın razılığını qazanmağı tam anlamırlar. Hətta, haşa, içi boş bir şey kimi düşünürlər. Allahın razılığını qazanmaq demək, Allahın eşqini, sevgisini qazanmaq deməkdir. Allahın Öz ruhunu sevməsidir.