Polis, əsgər və keşikçi maaşı; bizim maaşlarımızı azaltsınlar, onların maaşını artırsınlar. Çünki onlar vətən üçün canlarını ortaya qoyurlar. Biz şəhərlərdə otururuq, lakin onlar vətən üçün, millət üçün qızğın qarşıdurmalara girirlər. Maaşlarının yüksəlməsi, polis, əsgər və keşikçilərimizin haqqıdır.
“Biz Quranı sənə ona görə nazil etmədik ki, çətinlik çəkəsən” (Taha surəsi, 2) İnsan düşünür. Anlamırsanmı? Çətinlik çəkirsənsə səhv yoldasan, iztirab çəkirsənsə səhv yoldasan. İslam asanlıq dinidir.
(A9 TV; 17 oktyabr 2015)
Adnan Oktar
-
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan.
(A9 TV; 17 oktyabr 2015)
Adnan Oktar
-
İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar.
(A9 TV; 16 oktyabr 2015)
Adnan Oktar
-
Əlbəttə ki, Peyğəmbər (s.ə.v)-in yanında olmaq çox əhəmiyyətlidir. Səhabələrin rahatlığına söz ola bilməz. İnsanlar İslam cəmiyyətini yaxşı tanımır. Müsəlmanların hamısı bir ailə kimi olur. Məsələn, insanın otuz otaqlı köşkü varsa, müsəlmanları doldurur içinə. Hamısına yemək çatır. Malını paylayır. Birlikdə ticarət edir, hamısını şərik edir. Görünməmiş bir sistemdir.
(A9 TV; 16 oktyabr 2015)
Adnan Oktar
-
Qadınlara əxlaq öyrətməyi buraxsınlar. Kişiləri öyrətsinlər. Qadınlar nə edəcəklərini bilirlər. Belə geyinməlisən, belə gülməlisən, belə oturmalısan, belə baxmalısan deyirlər, bunlara son qoyulmalıdır.
(A9 TV; 16 oktyabr 2015)
Adnan Oktar
-
İnsanların cəmiyyət halında yaşaya bilməsi üçün gözəl əxlaq lazımdır. Gözəl əxlaqın mənbəyi də Qurandır. Cəmiyyətlər yalnız Qurandakı bəşəri gözəl hökmlər tətbiq edildikdə normal yaşaya bilir.
(A9 TV; 14 oktyabr 2015)
Adnan Oktar
-
Qadınlar dünyanın ən gözəl bəzəyidir, onlardan üstün bəzək yoxdur və onlardan üstün nemət də yoxdur. Allah onları olduqca gözəl, zərif, gözəl xasiyyətli və nemət olaraq yaratmışdır.
(A9 TV; 13 oktyabr 2015)
Adnan Oktar
-
Hansı ölkədəki ki, Qadına təzyiq, zülm varsa həmin ölkə süqut edər. Allah bunu xoşlamaz, Allah qullarına zülm edilən yeri yox edər.
(A9 TV; 13 oktyabr 2015)
Adnan Oktar
-
Təbliğ etdiyin insan iman etmədikdə sənin mövqeyin daha da yüksəlir. O az, sənsə çox həyəcanlısansa, sənin mövqeyin daha da yüksəlir. Sən heç nə itirməzsən.
(A9 TV; 13 oktyabr 2015)
Adnan Oktar
-
Möminlər qardaş/bacıdırlar. Allah: "Möminlər bir-birlərinin vəliləridir" deyir. Elə bir sistem meydana gətirək ki, bütün möminlər bir-birini sevsin. Onların hamısı qardaş/bacıdır. Bax: "Bir-birlərinin vəliləridir", yəni himayədarlarıdır deyir. Bir-birlərinə baxarlar, kömək edərlər, xəstələndiklərində bir-birləriylə maraqlanarlar, hər şeyləriylə maraqlanarlar. Yəni öz uşağıyla maraqlanırmış kimi.
(A9 TV; 11 oktyabr 2015)
Adnan Oktar
-
Kim olursa olsun cənazəyə hörmət göstərmək lazımdır. Cənazə alçaldılmaz, artıq həmin insan ölmüşdür, ruhu getmiş, əti sümüyü qalmışdır, o da çürüyəcək. Kim olursa olsun belə etmək olmaz.
(A9 TV; 11 oktyabr 2015)
Adnan Oktar
-
Allah sevgisi insanlara rahatlıq verər. Gecə-gündüz Allah sevgisindən danışılan ölkə bərəkət və bolluqla dolar, həyatları cənnət olar. Başqa cür etdikdə çox sıxılarlar.
(A9 TV; 11 oktyabr 2015)
Adnan Oktar
-
Qadın əleyhinə olmaq çox çirkindir, bunu unutmalısan. Onlar dünyaya rəng qatan ən gözəl varlıqlardır. Qadınlar olmasaydı, dünya qəribə şəkildə qaralardı, qapqara olardı. Onlar dünyanın günəşi, işığıdırlar.
(A9 TV; 11 oktyabr 2015)
Adnan Oktar
-
Bu PKK-nın klassik metodudur; öz tərəfdarlarını bombalayar və hiddət oyandırar, beləliklə də, insanları öz tərəfinə çəkməyə çalışar. Dəhşət mühiti, zorakılıq mühiti nümayiş etdirər və belə deyərlər; "Budur gördüyünüz kimi, faşistlər sizi bombalayır, əzib keçirlər. O zaman tək çıxış yolu müharibədir. Siz də dağa çıxın, silahlanın". PKK bu imici verməyə çalışır.
(A9 TV; 11 oktyabr 2015)
Adnan Oktar
-
Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, "Allahın etdiyini bəyənmirəm" deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir.
(A9 TV; 11 oktyabr 2015)
Adnan Oktar
-
Həyat möminlər üçün gözəldir, küfr əhli üçünsə, sıxıntılı, çətin dolanışıqlı və iztirablıdır. Mömin şükür edər, quru çörək də olsa Allaha şükür edər.
(A9 TV; 11 oktyabr 2015)
Adnan Oktar
-
Allah mələkləri yaradır, lakin onlar sevməyə məcburdurlar. Allah insana: "Məni görməməyinizə baxmayaraq sevməlisiniz. Kafirlər olacaq, münafiqlər olacaq, dinsizlər olacaq. Əzab çəkəcək, əziyyət çəkəcəksiniz, Məni eşqlə sevməlisiniz" deyir. Allah: "O zaman Mən sizi daha çox sevərəm" deyir. Allah mələkləri sevir, lakin bunu insana olan sevgisiylə müqayisə etmək qeyri-mümkündür.
(A9 TV; 5 oktyabr 2015)
Adnan Oktar
-
Allah: "Mənə olan eşqinizi görmək istəyirəm" deyir. Allah yalnız olmaq istəmir. Sevdikləri olsun istəyir, Onu sevənlər olsun istəyir. Allahın hər şeyi var. Gücü var, imkanı var, Özünü sevənlərin də olmasını istəyir.
(A9 TV; 5 oktyabr 2015)
Adnan Oktar
-
Allah sənə üçölçülü görünüş verəcək, bunu beyninin içində seyr edəcəksən, bütün gözəl qoxuları qəbul etmək imkanı verəcək qoxulayacaqsan, dad almaq imkanı verəcək ləzzət alacaqsan, toxunma hissi verəcək toxunacaqsan, dənizdə üzəcəksən, qayıqda gəzəcəksən, dünyadan zövq alacaqsan, Yaradandan söz düşdükdə isə: "Mən bu barədə danışmaq istəmirəm" deyəcəksən. O zaman Allah bəlanı verir. Bura əyləncə yeri deyil.
(A9 TV; 5 oktyabr 2015)
Adnan Oktar
-
Bura imtahan dünyasıdır. Mühüm məsələ İslamın dünyaya hakim olmasıdır. Qalan məsələlər əhəmiyyətli deyil. İslam dünyaya hakim olsa, hər kəs rahatlıq tapar, hər şey zəmanət altında olar. Hakim olmadıqda isə, dünya cəhənnəm olar.