Diqqət edin, cəmiyyət dinsizlərin fəaliyyətlərinə görə deyil, yalnız xurafatçıların fəaliyyətinə görə dinsiz olmuşdur.
(A9 TV; 21 Mart 2012)
Adnan Oktar
-
Xurafatçıların Hz. Mehdi (ə.s)-a qarşı çıxmasının səbəbi Hz. Mehdi (ə.s)-ın anti-xurafatçı olmasıdır. Xurafat sistemini, onun xurafatlarını ortadan qaldırdığına görə qarşı çıxır.
(A9 TV; 21 Mart 2012)
Adnan Oktar
-
Allah anarxiya və terroru, xüsusilə, ortaya çıxarır. Yəni bu, insanları İslam Birliyinə məcbur etmək üçündür.
(A9 TV; 21 Mart 2012)
Adnan Oktar
-
Elə bir hadisələr olacaq, elə bir müşkillər olacaq ki, insanlar üçünMehdi (ə.s)-ın çıxışından başqa heç bir qurtuluş yolu qalmayacaq. Məcbur olduqları üçün Mehdi (ə.s)-a sığınacaqlar. Bunu görəcəksiniz.
(A9 TV; 21 Mart 2012)
Adnan Oktar
-
Mehdi (ə.s) "mən Mehdi olacağam" deməz. Mehdi (ə.s)-a insanlar mənəvi lider olması üçün yalvaracaqlar. Tək qurtuluş Mehdi (ə.s)-dır.
(A9 TV; 21 Mart 2012)
Adnan Oktar
-
Lazım gəlsə 5 milyon şəhid istəsinlər, gözümüzü qırpmadan şəhidlərimizi verərik. Yenə 5 milyon daha istəsinlər, onu da verərik. Amma bir qarış torpaq vermərik. Bunu biləcəklər.
(A9 TV; 21 Mart 2012)
Adnan Oktar
-
NEÇƏ-NEÇƏ ŞƏHİD VERƏRİK, LAKİN BİR QARIŞ VƏTƏN TORPAĞINI VERMƏRİK. Allah üçün canlar fəda olsun .
(A9 TV; 21 Mart 2012)
Adnan Oktar
-
Əhli Kitab Qurana iman etməyə mükəlləfdir. Bir qisimi Hz. İsa (ə.s)-a "Allah" deyir (Allahı tənzih edərik). Xristianların 99%-ı buna görə imansız vəziyyətdədir. Nur kimi haqq din varkən pərişanlığa sürüməyin nə mənası var?
(A9 TV; 20 Mart 2012)
Adnan Oktar
-
DÜNYA İMANA SUSAMIŞ VƏZİYYƏTDƏDİR. Dünyanın ən böyük ehtiyacı, ən böyük qidası, ən təcili lazım olanı imandır. O da elə Mehdi (ə.s) və İsa Məsih vəsiləsi ilə olacaq, inşAllah.
(A9 TV; 20 Mart 2012)
Adnan Oktar
-
Öz içimizdə ittifaq etməyincə, Xristianlarla necə ittifaq edəcəyik? Bax, hər yer sevgi, yetkinlik, nəzakət, hörmət, mehribanlıq və anlayışlı olmağın vacibliyini bizə göstərir. HƏLİM OLMAQ LAZIMDIR. BU OLMADIQDAN SONRA DÜNYA CƏHƏNNƏMƏ DÖNÜR. Bu olduqdan sonra isə dünya hüzur içərisində rahat olur.
(A9 TV; 20 Mart 2012)
Adnan Oktar
-
Məmləkətdə ən böyük ehtiyac İslam Birliyindən əvvəl camaatın, cəmiyyətin birliyidir. Əvvəl öz aramızda sevgi bağını sürətləndirək. Biz sevgi dolu bir millətik. Öz aramızda dərhal birləşək.
(A9 TV; 20 Mart 2012)
Adnan Oktar
-
Böyük bir birlik meydana gətirmək lazımdır. Möhkəm sevgi bağı olmalıdır. Öz vətəndaşlarımıza qarşı dərin bir şəfqət, mülayim bir münasibət göstərməliyik.
(A9 TV; 20 Mart 2012)
Adnan Oktar
-
Sevgi ilə hər kəs mehribandır. Hər kəs yaxşılıq etmək istəyir, hər kəs fədakardır. Sevgidə hər kəs öz mənfəətindən imtina etmişdir. Eqoistlikdə isə döyüşdə hər kəs öz mənfəətini güdür. Qarşı tərəfin yaxşılığını, gözəlliyini istəmir.
(A9 TV; 20 Mart 2012)
Adnan Oktar
-
SONUNDA HƏR KƏS MEHDİ(Ə.S)-A MƏCBUR OLACAQLAR, BUNU GÖRƏCƏKSİNİZ. İran da ən sonunda elə bir vəziyyətə girəcək ki, saxta Mehdi inancından sıyrılıb, gerçək Mehdi (ə.s)-ı axtarmaq və Mehdi (ə.s)-ı qəbul etmək məcburiyyətində qalacaq və xurafatdan imtina edəcək.
(A9 TV; 29 Mart 2012)
Adnan Oktar
-
İslamda qadın çox üstündür. Xurafatçı olsan qadına dəyər verməzsən. Xurafatçı qadın düşməninə bərabərdir.
(A9 TV; 29 Mart 2012)
Adnan Oktar
-
Mehdiyyətin izah etdiyi Qurandakı İslam əsasdır. Rəsulullah (s.ə.v)-ın izah etdiyi Səhabə dövrü İslamı əsasdır. Bu olmasa xurafata yer verilir.
(A9 TV; 29 Mart 2012)
Adnan Oktar
-
İranı təhlükəli görmələrinin səbəbi saxta Mehdi inanclarıdır. Bizdə pirlərdən mədət ummaq, pirə nəzir vermək nədirsə, İranda da görünməz Mehdi inancı elədir.
(A9 TV; 29 Mart 2012)
Adnan Oktar
-
Sırf şəhvətə görə qadından zövq alınmaz. Ehtirasdan çox zövq alarsan, Allahın onun üzərindəki təcəllisindən, ona mərhəmətdən , şəfqətdən çox zövq alarsan. Qoruyub gözləməkdən çox zövq alarsan. Onun sevincindən, yaxşılığından, gözəlliyindən zövq alarsan, sədaqətindən, vəfasından, hər şeydən çox dindarlığından zövq alarsan.
(A9 TV; 29 Mart 2012)
Adnan Oktar
-
İnsan sevdiyinə eşqlə , ehtirasla bağlanar, qeydinə qalar, mərhəmət edər, onu ömür boyu qorumaq istəyər. Hətta ən əhəmiyyətlisi axirətdə sonsuza qədər birlikdə olmaq istər. Bu cür sevgi Allah üçün sevgidir.
(A9 TV; 29 Mart 2012)
Adnan Oktar
-
İndi də dünya səviyyəsində bir Müsəlman qırğını üçün zəmin hazırlayırlar . Dəccaliyyət bu zəmini hazırlamaqla məşğuldur. Yəni bol-bol xurafatçı hazırlayırlar, xurafatları dəstəkləyirlər. Buna qarşı var gücümüzlə elmi mübarizə aparmalıyıq.