İsrailin Türkiyə ilə olan dostluq əlaqəsi əhəmiyyətlidir. Türkiyə açar mövqedə olan bir ölkədir. Yəhudi qardaşlarımız buraya gəlsinlər. Burada bir dostluq mühiti yaradılsın. Simvolik dostluqlar çox güclü təsir oyandırar. Çox böyük nəticə verər.
Allah Moşiyahın zühur etməsini istəyir. Mehdi (ə.s)-ın zühur etməsini istəyir. Bu Tövratda çox əhəmiyyətli bir məqam olaraq qeyd olunur. Hədislərdə çox əhəmiyyətli bir məqam olaraq qeyd olunur. Allah dünyanı hal-hazırda Moşiyah-Mehdi (ə.s)-a görə dizayn edir.
(A9 TV; 5 dekabr 2014)
Adnan Oktar
-
Allah üçün cinayət törədilməz. Cinayət İslam dininin qanunlarına görə cəzası əbədi cəhənnəm həyatı olan çox böyük bir günahdır. Bu ağlı başında bir müsəlmanın edəcəyi bir şey deyil. Bunu ancaq qəddar ruhlu, qatil ruhlu, psixopat ruhlu bir insan edə bilər.
(A9 TV; 5 dekabr 2014)
Adnan Oktar
-
PKK silah sayəsində hörmət qazanır. Silahı yerə qoyduğu vaxt, hörmətini itirər. Bir çox insanın PKK barəsində təriflə, diqqətlə, hörmətlə danışmasının tək səbəbi; PKK- nın silahıdır. PKK silahı yerə qoyduğu vaxt fövqəladə dərəcədə alçaldılar. Onsuz da kürd qardaşlarımız bunlardan nifrət edir, əllərindən təngə gəldilər, o dəqiqə qovarlar.
(A9 TV; 4 dekabr 2014)
Adnan Oktar
-
Amerika özünün klassik, yüz illik zorakılıq siyasətini dəyişdirməlidir. Sülhsevər, mehriban olmalı, İncilin ruhundakı o insanlara şəfqətlə yaxınlaşan ruhu böyük bir həvəslə, qətiyyətlə tətbiq etməlidirlər.
(A9 TV; 4 dekabr 2014)
Adnan Oktar
-
PKK hərəkatı bir dəccal hərəkatıdır. Allah dəccal yaratdı və əleyhdarını yaradır; Mehdiyyət hərəkatı. Hal-hazırda dəccaliyyətlə mehdiyyət arasında toqquşma baş verir. Allah "hizbul qalibun", "Allah hizbi qalib olandır" deyir. Dəccaliyyət mütləq çökər.
(A9 TV; 3 dekabr 2014)
Adnan Oktar
-
PKK Yaxın Şərqin ən böyük mafiya qruplaşmasıdır, Abdullah Öcalan isə bu qruplaşmanın başçısıdır. Hal-hazırda dünyada onun kimi bir mafiya lideri yoxdur. Abdullah Öcalan bir mafiya atasıdır.
(A9 TV; 3 dekabr 2014)
Adnan Oktar
-
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
Söyüş söymə azadlığı olabilməz. Bir insan: "Mən təhqir etmə azadlığına sahibəm, söymə azadlığına sahibəm" deyə bilməz. Söz azadlığına sahibdir, amma söyüş söymə azadlığı olmaz. Mən söymək istəyirəm desə, qanun da yaxasından yapışar.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
Müsəlmanların birləşməsi üçün Mehdi (ə.s) lazımdır. Heç kim sünni bir alimin ətrafında birləşməz. Heç kim şiə və ya vəhhabi bir alimin ətrafında birləşməz; amma İmam Mehdi (ə.s) ətrafında birləşər. Birləşə bilsəydilər yüz ildən bəri birləşərdilər.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
Əgər sevgi olmasa, Allah qorxusu olmasa, mərhəmət olmasa, onda 2015-ci ilin dəhşətlərin, ağrıların yaşanacağı bir il olacağı məlum olur. Allah mehdiyyətə tam mənası ilə diqqət çəkincəyə qədər bu hadisələr baş verməyə davam edəcək. İnsanların mehdiyyəti bir qurtuluş olaraq görəcəyi günə qədər bu davam edəcəkdir.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
PKK-nın dininə yönəlmək lazımdır. Bunların dini nədir? Darvinizmdir. Onda biz də bunların dininə yönələk. Darvinizmin etibarsızlığının gənclərə izah edilməsi lazımdır. Bu ən əhəmiyyətli mövzudur.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
Öz aləmlərində kürd qardaşlarımızın əleyhində, onları təhqir etmək məqsədiylə yazdıqları hər şey qayıdıb özlərinə gələr. Qızıla heç bir şey təsir etməz. Kürd qardaşlarımız qızıldır. Murdar adamların əleyhlərində danışmaları kürd qardaşlarımıza zərrə qədər belə təsir etməz. Onların igidliyi və üstünlüyü hər kəs tərəfindən qəbul edilmişdir.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
Vətəndaş Cənub-Şərq bölgəsində zibildən iyrəndiyi kimi PKK-dan da iyrənir. Kürd qardaşlarımız çox şərəflidir, çox qürurludur, heysiyyətlərinə çox önəm verirlər. Bir adam onu təhdid etdikdə bu ona çox ağır gələr. Dövlət mənim qürurlu, başıuca, cavan, qoçu qardaşlarıma bu əziyyəti verməsin.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
Dövlətin televiziya kanalları vardır, lazım olsa qəzet də çıxardar, amma “TRT Avaz”ı da, “TRT Şeş”i də istifadə edə bilər. Dövlət PKK-ya qarşı böyük bir anti-kommunist təbliğat apara bilər.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
Cənub-Şərq bölgəsində PKK-lıları demokratiya naminə, azadlıq naminə özbaşına buraxmaq torpaq itkisinə səbəb olar və bölgədə vətəndaşın əzilməsinə gətirib çıxarar. Vətəndaş kommunist olmadığı halda "kommunistəm" deyir. PKK tərəfdarı olmadığı halda "PKK"lıyam deyir, bu çox böyük bir əziyyətdir.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
PKK-lılar Cənub-Şərq bölgəsində heyrətamiz bir sahə tədqiqatı aparmışlar. Bir mafiya hakimiyyəti var, dövlət vətəndaşını mafiya hakimiyyətinə qarşı qorumaqla məsuldur.
(A9 TV; 2 dekabr 2014)
Adnan Oktar
-
CHP çox mütərəqqi, çox çevik olmalıdır və çox yaradıcı bir ruha sahib olmalıdır. Xüsusilə də, Atatürkün dindarlıq anlayışını yaxşı şəkildə mənimsəyib, partiyaya hakim etməlidir.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Qatı dinçi ayrıdır, müsəlman ayrıdır. Şirk qoşan ayrıdır, şirk qoşmayan müsəlman ayrıdır. Mən şirk qoşanı tənqid edirəm. Özü də bilmədən müşrik olanı tənqid edirəm. Qatı dinçi olanı tənqid edirəm. Müsəlman Qurana tabe olana deyilir.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
İslam dini vəhşilik dini kimi göstərilir. Ona görə bu antipatiya meydana gəlir. Deyirlər ki, "İslamofobiya"dır. Dəhşətə fobiya vardır, vəhşilikdən qorxur insanlar. Bir vəhşilik sistemindən bəhs edirsən, İslam deyə tanıdırsan. Vəhşiliyin adını İslam qoymusan. İslam dinində şəfqət, mərhəmət, sevgi, sənət, estetika, elm, gözəllik hər şey vardır.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Müsəlmanlar sənətə, musiqiyə, qadınların dekolte geyinməsinə qarşı çıxdıqlarına görə, avropalılar da artıq bunlardan bezir. Heykələ, portretə, musiqiyə, əyləncəyə, qadınların gülməsinə, küçəyə çıxmasına, dekolte geyinməsinə, kişinin saqqalını kəsməsinə qarşı çıxırlar və verdikləri cəzalar da həmişə ölümdür.