PKK əgər qarışıqlıq istəyirsə, biz də nizam, intizam, birlik, bərabərlik, sevgi, səmimiyyət və mehribanlıqla əvəzini verməliyik. Eyni şəkildə darvinistlərə, materialistlərə, ateistlərə qarşı da sevgi ilə, elmlə, biliklə yaxşıca qarşılıq verəcəyik, inşaAllah.
Gərginlikdən uzaqlaşmaq lazımdır. Çünki Türkiyə çətin dövrdən keçir, təhlükəli şəraitdir. Separatizm təhlükəsi yüksək səviyyədədir. Belə bir mühitdə azacıq təsir belə böyük zərər verə bilər.
Vətən topraqları haqqında "verək getsin" demək şərəfsiz davranışdır.
Yigit Bulud çox pozitiv, hörmətli və dəyərli insandır. Belə insanların sayı çox azdır. Hər birimiz Yigit Buluda qarşı hörmətlə davranmalıyıq.
Baş Nazirimizin Orta Şərq barəsində apardığı siyasəti düzgündür.
Quranın əsas fikirlərindən biri də hər şeydə bir xeyir olmasıdır. Hər şeydə bir xeyir vardır. Xeyirlə yaradılmayan heçnə yoxdur.
Allah Quranda Xızır (ə.s) haqqındakı bölümdə bizə hz. Mehdi (ə.s)-la necə davranmalı olduğumuzu izah edir.
Milli Məclis Türkiyənin ürəyidir. Heç bir nümayiş Milli Məclis, Baş qərargah və Daxili İşlər Nazirliyi binalarının yaxınlığında edilməməlidir. Təhlükəsizlik səbəbi ilə mütləq arada bir sədd qurmaq lazımdır.
Cənab Dövlət Bağçalı "Böyük Türkiyə" idealı olan insandır. İdealistlərin rəhbəridir. Çox dəyərli dövlət xadimidir.
Hz. Mehdi (ə.s)-a qarşı otuzdan çox dəccal çıxacaqdır. Bir qismi qadın olan bu dəccallar axır zamanda hz.Mehdi (ə.s)-a müsəllət olacaqlar. Amma hz. Mehdi (ə.s) özünə hücum edildikcə böyüyər, gücü artar.
Bir insan Mehdi tələbəsi olacaqsa, heç bir şeydə Mehdi (ə.s)-a qarşı çıxmamalıdır. Çünki Mehdi (ə.s) Bədiüzzamanın da dediyi kimi "qəribə insandır".
Şeytan müsəlmanlara hücum edərkən ilk öncə unutqanlıq, yorğunluq, diqqət dağınıqlığı verər. Xüsusilə möminlərin liderlərini hədəfə alar. İnsan və cin şeytanları Allah imtahan olaraq peyğəmbərlərə müsəllət edər, inşaAllah.
Şeytan da unutqanlıq, yorğunluq, tənbəllik verir. Çünki unutqanlıq verərkən namazı, insana təbliği, Allahı, axirəti, cənnəti, cəhənnəmi unutdurur. Bir çox xeyir işləri unutdurur. Şeytanın belə bir təsiri vardır.
Dəccaliyyət axır zamanda insanlara yorğunluq verəcək, onları tilsimləyər. Bütün insanlar bu yorgunluğu hiss edəcəklər. Dəccaliyyət insanlara yuxululuq, halsızlıq və yorğunluq verəcəkdir. İslamdan uzaq tutmaq, İslami fəaliyyətlərinə maneə törətmək üçün insanlara əzginlik hissi verəcəkdir. Buna aid hədis də vardır.
Kəhf Surəsi başdan axıra qədər Mehdiyyəti izah edir. Peyğəmbərimiz (s.ə.v) hədislərində Əshabı Kəhfin Hz. Mehdi (ə.s)-ın köməkçiləri olacağını bildirmişdir.
Obama və Putinin İslam Birliyinə böyük töhfəsi olacaqdır, inşaAllah.
Dövlətimizin böyük sənətçilərimizə maaş verməsi çox yaxşı olardı. Elə dəyərli insanların yaşamaq üçün maddi problemləri olmamalıdır.
Cənab Dəniz Baykal çox etibarlı dövlət xadimidir.
“Yeni Akit” qəzeti etibarlı qəzetdir. Yazıçıları həmişə xeyir üçün cəhd göstərirlər.
Baş Nazirimiz çox dürüst, ağıllı insandır. Ona güvənirik. Baş Nazirimizə deyilən çirkin sözləri səmimiyyətsiz deyilmiş kimi qəbul edirik.
Allah müsəlmanları şərəfləndirərək, sevinc içində sorğulayacaqdır, inşaAllah.