Şeytan müsəlmanlara hücum edərkən ilk öncə unutqanlıq, yorğunluq, diqqət dağınıqlığı verər. Xüsusilə möminlərin liderlərini hədəfə alar. İnsan və cin şeytanları Allah imtahan olaraq peyğəmbərlərə müsəllət edər, inşaAllah.
Şeytan da unutqanlıq, yorğunluq, tənbəllik verir. Çünki unutqanlıq verərkən namazı, insana təbliği, Allahı, axirəti, cənnəti, cəhənnəmi unutdurur. Bir çox xeyir işləri unutdurur. Şeytanın belə bir təsiri vardır.
Dəccaliyyət axır zamanda insanlara yorğunluq verəcək, onları tilsimləyər. Bütün insanlar bu yorgunluğu hiss edəcəklər. Dəccaliyyət insanlara yuxululuq, halsızlıq və yorğunluq verəcəkdir. İslamdan uzaq tutmaq, İslami fəaliyyətlərinə maneə törətmək üçün insanlara əzginlik hissi verəcəkdir. Buna aid hədis də vardır.
Kəhf Surəsi başdan axıra qədər Mehdiyyəti izah edir. Peyğəmbərimiz (s.ə.v) hədislərində Əshabı Kəhfin Hz. Mehdi (ə.s)-ın köməkçiləri olacağını bildirmişdir.
Obama və Putinin İslam Birliyinə böyük töhfəsi olacaqdır, inşaAllah.
Dövlətimizin böyük sənətçilərimizə maaş verməsi çox yaxşı olardı. Elə dəyərli insanların yaşamaq üçün maddi problemləri olmamalıdır.
Cənab Dəniz Baykal çox etibarlı dövlət xadimidir.
“Yeni Akit” qəzeti etibarlı qəzetdir. Yazıçıları həmişə xeyir üçün cəhd göstərirlər.
Baş Nazirimiz çox dürüst, ağıllı insandır. Ona güvənirik. Baş Nazirimizə deyilən çirkin sözləri səmimiyyətsiz deyilmiş kimi qəbul edirik.
Allah müsəlmanları şərəfləndirərək, sevinc içində sorğulayacaqdır, inşaAllah.
Müsəlmanların mütləq lideri olmalıdır. Amma mehriban, şad, səmimi, sadəlövh, məzlum insan, dünya sevgisi olmayan insan olmalıdır, inşaAllah. O da təkcə hz. Mehdi (ə.s)-dır.
Sevgi qısqanılmaz. Sevdiyin birinə kimsə zərər verəcəksə, onu qorumağa çalışarsan. Bu qısqanılar və yaxud sevdiyinə qıymasan onu qısqanarsan, inşaAllah. Əks halda sevgini qısqanmaq dəlilikdir.
Sevdiyimiz heç bir heyvan, heç bir canlı öldükdən sonra yoxa çıxmaz, cənnətdə çağırsaq, dərhal yanımıza gələcəklər, inşaAllah.
Peyğəmbərimiz (s.ə.v) axır zamanda yağışların çoxalacağını xəbər vermişdir.
Müsəlman dünyanı istəsə, Allah ona dünyanı və axirəti verər. Amma kafir dünyanı istəsə, o təkcə dünyanı alar.
Səmimi, saleh cinlər vardır. Mehdi (ə.s), Allahın icazəsi ilə, belə cinlərə sahib olacaq. Onlara istədiyi işləri etdirəcək, inşaAllah.
Allah İslamda şəfqətin, gözəlliyin,əxlaqın necə olmasına diqqət çəkir. Hz. İbrahim (ə.s)-ın atasının dinsiz, ateist olmasına baxmayaraq hz.İbrahim (ə.s) ona "Atacan" deyə xitab edir. Çox şəfqət və hörmətlə davranır, nəzakətində qüsura yol vermir. Deməli, biz də kommunist, ateist, darvinist olsun kim olursa olsun, onlara təbliğ edərkən şəfqət, mərhəmət və ədalətlə yanaşmalıyıq.
“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31) Ayəyə görə xristianlar namazlarını qılıb, zəkatlarını versələr, peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etsələr müsəlmandırlar. İsa Məsih namazını qılıb zəkatını da verirdi.
Cənabı Allah buyurur ki, mələklər və Məsih Allaha qulluq etməkdən çəkinməzlər, ibadət edərlər. Məsul olduqları üçün Məsih və mələklər ibadət edir. Çünki ölməyiblər. Öldükdən sonra ibadət dayanır. İsa Məsih (ə.s) ölmədiyi üçün ibadəti də dayanmayıb.
İndi insanların ən çəkindikləri, narahat olduqları şey ilk təəssürat, çox tez qərar vermələridir. Bir şeyin batini tərəfini, həqiqətini, əsasını bilmədən insanları ittiham edirlər. Bu, axır zamanın ən pis xüsusiyyətlərindən biridir.
Müsəlman ən çətin anlarında belə kədərlənməməli, qorxmamalı, ruhdan düşməməli və mövcud şəraitdən lazımi şəkildə istifadə etməlidir. Haqq üçün müsəlman hər cür imkandan istifadə etməlidir.