Peyğəmbərlərə nə deyirdilər? "Dəli" deyirdilər, "Yalançı" deyirdilər. Hücum edirdilər, söyürdülər. Biz də onların yolundayıq, onların ümmətiyik, Peyğəmbərimiz (s.ə.v)-in ümmətiyik. Hz. İbrahim (ə.s)-ın övladlarıyıq. Hz. İsa Məsihin övladlarıyıq. Bu səbəbdən bizlər də əziyyət çəkəcəyik, ağrılar çəkəcəyik.
Tayyib bəyin vəzifəsi çox çətindir, əbəs yerə təzyiq göstərməsinlər. Əksinə hörmətlə, şəfqətlə yaxınlaşmaq lazımdır.
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
Allah ―"Birlik olun" ―deyə hökm verir, haşa "biz istəmirik" deyirlər. İslam Birliyini istəməyənlər, bəla gələndə niyə çaşıb qalırsız?
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
Hər kəs daim ağrılardan bəhs edir, həllini söyləyən isə yoxdur. İslam Birliyini istəmədiklərinə görə əbəs yerə ağlamasınlar.
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
İslam aləmində ağrını ağrı ilə aradan qaldırmağa çalışırlar.
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
İslam aləmində demokratiya Mehdi dövründə olacaq. Çünki Ortodoks İslam inancı demokratiyaya icazə vermir.
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
Yüzlərlə Musa olmaz, bir Musa olar. Onu tapmağa çalışmalıyıq. Yüzlərlə rəhbər olunca İslam aləmi parça-parça olur.
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
Tayyib bəyi incitməsinlər. Diktator sözü həm eyib, həm də günahdır. O da bunu söyləyənlərə fikir verməsin. Çünki biz elə düşünmürük. Əksinə Tayyib bəy Yaxın şərqin ən mülayim, ən ağıllı lideridir.
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
Hər hansı fikir sevilərək və istənilərək qəbul edilir. Xalqı guya qorxudaraq, şiddət göstərərək öz fikirlərinə tabe etməyə cəhd etmək əxlaqsızlıqdır.
(A9 TV; 17 avqust 2013)
Adnan Oktar
-
İmansızlıq dünyanı cənginə almışkən İslama ən gözəl xidmətlərdən biri, iman həqiqətlərinin izah edilməsidir.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
Bəzi müsəlman alimlərin dili kilidləndi, İslam Birliyindən bir kəlmə də bəhs etmirlər.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
"Yalnız bu ölkə xilas olsun!" deyirlər, lakin belə olmaz. Bu, eqoistlikdir. Bütün müsəlmanların qurtuluşunu istəməlidirlər.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
Əxlaqı Allah müəyyənləşdirir. İnsana əxlaqı öyrədən Allahdır. Biz Allah öyrətdiyi üçün əxlaqı bilirik. Haşa, Allaha əxlaq öyrətməyi istəmək çox böyük ağılsızlıqdır. Haşa Allaha, Qurana din öyrətməzlər.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
İnsan cənnətə sevgini öyrənmədən getsə, ürəyi bomboş olar. Cənnətə getmədən əvvəl dünyada sevgini öyrənməliyik. Ürəyində sevgi olmayan cənnət nemətlərindən zövq ala bilməz.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) müsəlmanları birləşdirən, ictimai ədaləti təmin edən, dünyadan bütün silahları yox edəcək insandır… Bu, mehdiyyətin, Quranın feli tətbiqidir.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
Çox təkrar etmək ürəyi rahatlaşdırar, təkrar gözəldir. Allah təkrar-təkrar xatırlanar, sevgi təkrar-təkrar deyilər. Allahı xatırlamaqdan, gözəllikləri söyləməkdən bezmək olmaz.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
Allah tövbə etdiyi təqdirdə fironun belə tövbəsini qəbul edəcəyini bildirir. Heç bir insan üçün həyatda olarkən tövbə qapısı bağlanmaz. Hansı günahkar olursa olsun onu tövbəyə dəvət etməkdə məsuliyyət daşıyırıq. Tövbə hər cür günah üçün olar. "Bu adam üçün olmaz" demək çox sevgisiz bir dünyagörüşüdür, doğru deyil.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
Həmişə təvazökarlıq göstərən, məzlum olan qazanar. Bir şeyin üstündən keçməklə nəsə itirməzsən. Cəmiyyətin hər seqmentini əhatə etmək lazımdır. Ölkəni koalisiya kimi hər inanca mənsub, hər fikirə mənsub insanlarla birlikdə idarə etsinlər. Ziddiyyətli, davakar və inadkar görünüş vermək düzgün deyil.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
İnsanlar azad olmalıdır, cəmiyyətin lazımsız mövzularına müdaxilə etmək tarazlığı poza bilər.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
İslamın siyasətlə hakim olması mümkün deyil. Bədiüzzaman "siyasət ruhları qaraldar" deyir. Orta şərqdə sıx siyasət ehtirası izlənilir.
(A9 TV; 16 avqust 2013)
Adnan Oktar
-
Bəkir Bozdağa keçmiş olsun, çox həlim insandır. Belə tanınan siyasətçilərin hər yerdə təhlükəsizliyini təmin etmək lazımdır.