avatar

Adnan Oktar

Allah: "Mənə şükür edin, həmd edin" deyir, yəni normal yaxşı bir müsəlman olun deyir, "sizə nemətimi artıracağam" deyir. Həqiqətən də artırır. Fərqi yoxdur, kim olursa olsun artırır.
A9 TV; 2 may 2015
avatar

Adnan Oktar

Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə, əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi haramdır, şəkil haramdır, heykəl haramdır.
A9 TV; 2 may 2015
avatar

Adnan Oktar

Cənub-şərqi Anadolu bölgəsində dini izah etmək qeyri-mümkündür, kitab paylamaq qeyri-mümkündür. Rusiyada istədiyimiz kimi kitab paylayırıq, fosil (daşlaşmış qalıntı) sərgisi keçiririk. Şimali Koreyada belə bunu etmək mümkündür, lakin Cənub-şərqi Anadolu bölgəsində bunu etmək qeyri-mümkündür.
A9 TV; 2 may 2015
avatar

Adnan Oktar

Qadınlar çox gözəl varlıqlardır. Onlar dünyanın bəzəyidir. Bütün dünya qadınlara çox əhəmiyyət verməlidir. Bir insan qadının dəyərini bilmirsə, belə bir gözəlliyi görə bilmirsə, deməli, onun qəlb gözü kordur.
A9 TV; 27 aprel 2015
avatar

Adnan Oktar

Türkiyəni böləcək bir şeyə türk milləti heç bir şəkildə izin verməz. Bölünmə türk millətinin ən həssas olduğu nöqtədir. Mehmetçiyin canını verməsinin, şəhid olmasının, əsgərin, polisin şəhid olmasının səbəbi də budur.
A9 TV; 26 aprel 2015
avatar

Adnan Oktar

Türkiyədə şiələri ən çox sevən, qoruyub himayə edən mənəm. Mükəmməl müsəlman olduqlarına inanıram. Mehdi (ə.s)-a aşiq müsəlmanlar kimi görürəm. Vəhhabiləri də çox sevirəm. Məsələn, bir çox müsəlman onlardan nifrət edər, birbaşa dinsiz kimi görər. Mən onları mömin, müttəqi kimi görürəm. Şiələri də mömin, müttəqi olaraq görürəm.
A9 TV; 26 aprel 2015
avatar

Adnan Oktar

Səmimiyyəti zaman keçdikcə artırmaq lazımdır. Belə olmalıdır; səmimiyyət onun başına iş açmalıdır. Səmimiyyət insanı çətinliyə salar. Səmimi olsan, yuxusuz qalarsan. Səmimi olsan, yorularsan.
A9 TV; 24 aprel 2015
avatar

Adnan Oktar

Allahdan başqa heç bir varlıq yoxdur. Allah zamana və məkana tabe deyil. Allahın olduğu yerdə məkan olmaz. Məkan vəziyyəti olar. Məkan kölgəsi olar. Ancaq Allah mütləq varlıqdır.
A9 TV; 24 aprel 2015
avatar

Adnan Oktar

Səmimiyyət insana baha başa gələr. Əzab çəkər, yorular, hətta bəzi hallarda başı bəlaya da girər. Sən çox yaxşı yaşayırsan. Lazım gələndə mənfəətini güdürsən. Mənfəətini bir körpəni qoruyan kimi qoruyursan. Burada səmimiyyət vardırmı?
A9 TV; 24 aprel 2015
avatar

Adnan Oktar

Dərin imana sahib olmaq üçün elə də fövqəladə bir səy göstərməyə ehtiyac yoxdur. İnsan çox səmimi olsa, dərin iman dərhal meydana gələr. Dini ona görə çox çətin olduğunu düşünürlər. "Çox təfəkkür etməli, çox dərin düşünməliyəm" deyir, sən istəməklə dərin düşünə bilməzsən, Allah səni dərin düşündürər. Müstəqil bir gücün yoxdur. Sənin edəcəyin şey, səmimi olmaqdır. Səmimi olub Allahdan tələb etməkdir.
A9 TV; 24 aprel 2015
avatar

Adnan Oktar

PKK məğlubiyyətə məhkumdur. Quranın hökmünə görə, Allahın qanunlarına görə əvvəldən məğlubiyyətə məhkumdur. PKK-nın qalib gəlməsi qeyri-mümkündür.
A9 TV; 24 aprel 2015
avatar

Adnan Oktar

PKK-nı gücləndirmələrinin səbəbi, Cənub-şərqi Anadolu bölgəsi ilə islam aləminin əlaqəsini kəsmək və orada blokada şəraiti yaratmaqdır. Məqsəd budur. Qara dənizdən başlayıb Mərsinə qədər geniş bir ərazidə böyük bir sədd meydana gətirmək, İslam aləmiylə, Türk aləmiylə əlaqəsini kəsmək. Həyatımız bahasına da olsa buna izin vermərik.
A9 TV; 24 aprel 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-a tabe olacaqlar, İsa Məsihə tabe olacaqlar. Dünya başsız olduqda divanə olar. Başa düşülməyəcək bir tərəfi yoxdur.
A9 TV; 24 aprel 2015
avatar

Adnan Oktar

Mehdiyyət dövründə həddindən artıq saxta mehdilər və saxta İsalar ortaya çıxacaq. Saxta mehdilərin ən əhəmiyyətli əlaməti, açıq-aydın şəkildə mehdi olduqlarını müdafiə etmələridir.
A9 TV; 23 aprel 2015
avatar

Adnan Oktar

Mehdiyyətə qarşı müqavimət göstərmək, mehdiyyəti inkişaf etdirər. Televiziya ekranlarına daim mehdiyyət əleyhdarı olan adamları çıxardırlar. Xalq maraqlanır. Bu dəfə mehdiyyət daha da inkişaf edir.
A9 TV; 23 aprel 2015
avatar

Adnan Oktar

Çox az sayda insanın həqiqi mənada iman etməsi bütün dünyanın imanını güclü edir.
A9 TV; 23 aprel 2015
avatar

Adnan Oktar

Bütün dünya ölkələri darvinizm əsasında; "Allah yoxdur, peyğəmbər də yoxdur" deyir. "Bütün haqq kitablar da yalandır" deyir. Mərakeş, Tunis, Əlcəzair, Misir, hamısı. Qiyamətin qopmaması möcüzədir. Allah dünyanı hal-hazırda Mehdi (ə.s) vəsiləsiylə ayaqda saxlayır.
A9 TV; 23 aprel 2015
avatar

Adnan Oktar

Sən darvinist olanda Allaha; "sevmirəm səni" deyirsən (haşa), "varlığına belə inanmıram" deyirsən. Allaha meydan oxumuş olursan. Allahı tənzih edirəm.
A9 TV; 23 aprel 2015
avatar

Adnan Oktar

Allah sevgidir. Allah Təala qullarını sevər, qullarının da Özünü sevməsini istəyər.
A9 TV; 23 aprel 2015
avatar

Adnan Oktar

İçimiz, çölümüz və qəlbimiz sevgiylə doludur. Dünyanı xilas edəcək şey də sevgidir. Allah sevgini istəyir. Quran əvvəldən axıracan sevgini izah edir. Quran sevginin kitabıdır.
A9 TV; 23 aprel 2015
avatar

Adnan Oktar

İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə fövqəladə bir zəmin tapdı.
A9 TV; 21 aprel 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo