Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər.
Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar.
(A9 TV; 4 fevral 2016)
Adnan Oktar
-
İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiq dəhşətli gücdür. İnsanlar yanlış bilirlər, küfr əhlini əsas götürürlər. Kafirin gücü mində birdirsə, münafiqin gücü mində doqquz yüz doxsan doqquzdur. Əsas təhlükə münafiqdir.
(A9 TV; 4 fevral 2016)
Adnan Oktar
-
Dərin dünya dövləti Mövləviliyi İslama qarşı din kimi düşünür. Çox əhatəli hazırlıq görüblər, gizlicə bünövrədə bir din yaradılıb. İnsanları İslamdan ayıra bilməyəcəkləri üçün, İslamın yerinə keçəcək din kimi Mövləviliyi görürlər.
(A9 TV; 4 fevral 2016)
Adnan Oktar
-
Hər dövrdə dəccal olmuşdur, lakin ən böyük dəccal Axırzaman dəccalıdır. Ona qarşı da Allah, xatəmə vəli olan, gəlib-keçmiş ən böyük vəli olan Mehdi (ə.s)-ı çıxardır.
(A9 TV; 4 fevral 2016)
Adnan Oktar
-
Qazilərə çox yaxşı sahib çıxmaq lazımdır. “Mənə nə dəxli var” demək çox böyük əxlaqsızlıq olar, şəxsiyyətsizlik olar. Çünki onlar Allah üçün, vətən üçün, bayraq üçün, dövlətimizə zərər gəlməməsi, torpağımızın bölünməməsi üçün, bədənlərini fəda edirlər.
(A9 TV; 4 fevral 2016)
Adnan Oktar
-
Bəziləri mənfəətləri üçün ağlamağı silah kimi istifadə edər. Bunlar özünü acındırmaq, nəsə əldə etmək, bir şeyə qarşı çıxmaq və qarşı tərəfi qorxutmaq üçün, şeytani hay-küy çıxarma üsuludur. Müsəlman Allah eşqiylə ağlayar. Bir insanı narahat etmək, qorxutmaq üçün ağlamaq olmaz. Bu əxlaqsızlıqdır, zülmdür.
(A9 TV; 3 fevral 2016)
Adnan Oktar
-
Münafiqlər danışanda şər danışarlar. Münafiqlər danışanda ya fitnə, ya bəla, ya uğursuzluq, ya döyüş səbəbi, ya sataşma səbəbi, ya vəsvəsə, ya da şeytani vəsvəsəylə şər danışarlar. Mömin bəs necə olar? Həmişə xeyir, həmişə gözəl, həmişə sakitləşdirici, həmişə fitnəni ortadan qaldıran və qəlbdə fərəhlik yaradacaq şəkildə danışar.
(A9 TV; 3 fevral 2016)
Adnan Oktar
-
Münafiq, münafiqə aid ayələri qətiyyən üzərinə götürməz, ancaq mömin bu ayələrdən dərs alar. Dəhşət və heyrətlə görər bunları, mən nə eləmişəm deyə düşünər, mən münafiq əlamətlərinin içinə batmışam, bataqlığa batmışam, dərhal xilas olum deyər. Tamamilə imtina edər, tamamilə qəlbində buna son qoyar, çünki bəllidir ki, onunla yaşaya bilməyəcək, onsuz da pis olduğunu görmüş olur.
(A9 TV; 3 fevral 2016)
Adnan Oktar
-
Mövlananın ən yaxın müridlərindən olan Baycu Noyan, Hülakünün ordusunda on minlərlə müsəlmanı şəhid edən bir qatil idi.
(A9 TV; 2 fevral 2016)
Adnan Oktar
-
Mehdi camaatını axtaran vardırsa, Allah Quranda sübut təqdim edir; "Onlar sizdən mükafat istəməzlər" deyir. Alimlərə, xocalara baxdığımız vaxt, demək olar ki, hamısının pul aldığını görürük. 99%-i pul alır. Mehdi camaatını tapmaq istəyirsənsə, onların kim olduğunu pul istəmədiklərindən anlamalısan.
(A9 TV; 2 fevral 2016)
Adnan Oktar
-
Münafiqlər müvəqqəti daldalana bilərlər. Vərəm mikrobu kimidirlər; bəzən təzyiq göstərər, orqanizm zəif olduqda isə, hücuma keçərlər.
(A9 TV; 2 fevral 2016)
Adnan Oktar
-
Bəzən də münafiq özünə daldalanacaq tapar, buna çox diqqət etmək lazımdır. Müvəqqəti olaraq gizlənər. Onun gözlədiyi hücum anları var. Yəni müsəlmanları zəif gördüyü an, hücuma keçər, təcavüzkar olar, mırıldamağa başlayar. Bağırıb qışqırar, rüsvayçılıq edər, xəbərçilik edər, fitnə çıxardar, alçaqlıq edər.
(A9 TV; 2 fevral 2016)
Adnan Oktar
-
Əgər insan münafiq əlamətlərini oxuduğu halda, münafiqliyə davam edirsə həqiqi münafiqdir. Lakin dəyişdirirsə, deməli, xəstədir və xəstəliyini müalicə edir. Qəlbində xəstəlik olanlar var, onlar da münafiqlərə bənzəyər. Söz anlayırsa, ayədən anlayırsa imtina edər.
(A9 TV; 2 fevral 2016)
Adnan Oktar
-
Münafiq, hiss edilməməsi və bilinməməyi üçün, məcburən müsəlman kimi görünməyə çalışar. Bu taktikanı işlədərkən müəyyən yolla İslama xidmət etdiyini anladığı vaxt da, qəribə əzab çəkər. Allah bunu ayədə bildirir: "Barmaq uclarını dişləyərlər" deyir.
(A9 TV; 1 fevral 2016)
Adnan Oktar
-
Bütün gənclər milli ruhla yetişdirilməlidir. “Milli şüur” adlı dərs tədris olunmalıdır. Həftədə üç saat milli şüur dərsi tədris olunmalıdır. İngiltərə dərin dövləti, PKK, darvinizm, kommunizm, yəni Türkiyəni dağıtmağa xidmət edən hər cür ideologiya və fəaliyyətdən həmin dərsdə bəhs edilməlidir.
(A9 TV; 1 fevral 2016)
Adnan Oktar
-
Münafiqlər bir-birlərinə şeytani sədaqət göstərər. Həmçinin küfr əhli ilə münafiqlər arasında da müəyyən razılıq vardır. Lakin təbiidir ki, mənfəətlərinə zidd düşdükdə vəhşi heyvan kimi bir-birlərini parçalayarlar. Bunun üçün münafiq eyni zamanda küfr əhlindən çəkinər.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq heyrətamiz dərəcədə ümumi biliyə malikdir. Buna görə də, lovğalanar. Bunun üçün də, azar, müsəlmanları kiçik hesab edər, özünü böyük hesab edər və həmişə dünya səviyyəsində böyük olmaq arzusunda olar. Allah: "Onların qəlbində təkcə nail ola bilməyəcəkləri böyüklük (arzusu) vardır" deyir, (Mümin surəsi, 56).
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq müsəlmanların arasında olub, müsəlmanlara hücum anını gözləyər. Hücum anında bütün alçaqlığıyla, şeytani ünsürlərin lideri olaraq ortaya çıxmaq istəyər. Yəni şeytanın insan nümunəsidir.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq öz aləmində müsəlmanlara zərər verəcəyini düşündüyü məlumatları küfr əhlinə çatdırar. Bununla da, o şeytani ruhu qane olar. Necə ki, vampir qan sorduqda rahatlayarsa, münafiq də əxlaqsızlıq, pislik etdikdə rahatlayar. Lakin o bir yarasa kimidir, yarasanın uçuşunu izləyən elm adamı onu necə görər? Münafiq belə göründüyünü bilməz. Öz aləmində müsəlmanları ələ salıb oynatdığını zənn edər.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq küfr əhli ilə əlaqəsini kəsməz. Bu onun qidasıdır. Fasiləsiz davam edən bir xüsusiyyətidir. Məsələn, gecə yarısı qalxar, mütləq küfr əhlinə müsəlmanlarla əlaqədar məlumat çatdırar. Boş durması qeyri-mümkündür. Yəni ki, xəstədir. Bunun üçün də, Allah: "Diqqətli olun" deyir. Danışarkən diqqətli olmalısan. Münafiqə müsəlmanların sirri verilməz. Münafiq onsuz da bunun üçün gələr, yaxınlaşar.