avatar

Adnan Oktar

Allahın tək istədiyi şey budur; Məni sevin deyir. Mənə eşqlə məhəbbət bəsləyin, sizə hər cür neməti verim, siz də xoşbəxt olun, Mənim də xoşum gəlsin deyir.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətindən bəhs edir. Kəhf surəsi tamamilə mehdiyyəti izah edir. Yusif surəsi, Süleyman hekayəsi sanki mehdiyyətin xülasəsidir.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

ABŞ-ın PKK-PYD-yə silah verməsi çox böyük əxlaqsızlıqdır. Bu ağılsızlıqdan əl çəksinlər. Çox ağılsız hərəkət edirlər. Bunlar kommunist, stalinistdir, sən isə anti-kommunistsən. O zaman Vyetnamda, Koreyada niyə vuruşdun? Kambocada, Laosda niyə mübarizə apardın? Kommunizm yaxşı şeydirsə, niyə onlarla mübarizə apardın? Çox məntiqsiz insanlardır.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

"Niyə İslam hakim olmur?" deyə soruşur. Sən insana İslam olaraq cəhənnəmi təqdim edirsən. İslam sevgidir, gözəllikdir, nəşədir, sevincdir, xoşluqdur, səmimiyyətdir, dürüstlükdür, təəs sən nə edirsən? Cəhənnəmi təqdim edirsən. Hər şeyi qadağan edirsən və Allah adından istifadə edərək qadağan edirsən. Quranda vardırmı? Yoxdur. Özündən uydurur.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Dini içindən çıxılmaz hala gətirmək bacarıq deyil. İnsanları dinsiz edən müsəlmanların böyük hissəsinin bu qatı dinçi zehniyyətidir.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

İnsanları dindən soyutmağa çalışırlar. Məsələn; "dində musiqi yoxdur" deyir. Belə olduqda insan da dinə qarşı soyuqluq duyur. Başqa? "Rəsm də yoxdur" deyir. Gülmək? O da haramdır. Qardaşım, sən adamı dəli etmək istəyirsən? Gənc qızlar makyaj edə bilmir, baxımlı ola bilmir. Qoy əylənsinlər, gözəl olsunlar. Din adı altında cəhənnəmi təqdim edirlər.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Dünya nəhəngdir hamıya bəs edər. Bu qədər azmağın, bu qədər sevgisiz olmağın nə mənası var? Niyə nifrətə vaxt ayırırsan? Sevgiyə vaxt ayır, başın rahat olsun. Niyə özünü sıxırsan?
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

İnsanlar səmimi olsa, sevgini axtarsa Allah dünyanı cənnətə çevirər.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Allah səmimi qullarının xilas olacağını söyləyir. Allah səmimiyyəti əhəmiyyətli hesab edir. Səmimiyyətsizlik gördüyümüz vaxt, dərhal içimizdə xoşagəlməz hiss yaranar. Bəyənmirik, bizə soyuq, pis gəlir. Səmimiyyət bizi çox rahatladır.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Səmimiyyət görünməmiş rahatlıq gətirir. İnsanı gözəlləşdirər. Səmimi olan sevməyi bilir. Səmimi olmayan çox saxtakar olur, çox pis olur.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Ən gözəli bağışlayıcı olmaqdır, sülhsevər olmaqdır. Hər şeydə xeyir görməkdir. İnsan zəif yaradılmışdır, bəlaya tab gətirəcək şəkildə yaradılmamışdır. Birinə kin bəsləyir, bununla mübarizə aparır, başqasının üstünə qışqırır. Ona qarşı intriqa hazırlayır. Onsuz da kiçicik, zəif bədənin vardır. Bədənin bu qədər əzaba, bu qədər pisliyə necə tab gətirə bilər? Çox təmiz, dürüst və səmimi ol.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Səmimi insan necə də gözəl olur, saxtakar insan necə də pis olur. İnsan dürüst olduqda rahat olur. Yalan insanı sıxar, boğar. İntiqam, səmimiyyətsizlik.. İnsan onsuz da zəifdir. İnsan belə yükləndiyi vaxt pərişan olar, sağlamlığı gedər.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Əsgərin ürküdücü, heybətli olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Məsələn, əsgərlərə bığlarını qısaltdırmırdı. Hətta əl dırnaqları belə uzun olurdu, səhabələrin çox yırtıcı və ürküdücü görüntüləri vardı. Bığları ta qulaq dibinə qədər uzanırdı, yekə bığlı. Görən xeyli titrəyir, qorxur. Əsgərimizin də belə sarsıdıcı görünüşdə olması yaxşı olar. Xüsusilə də PKK üçün, onların kabusu olmalıdırlar.
A9 TV; 2 avqust 2015
avatar

Adnan Oktar

PKK, İslamın hakimiyyəti üçün, Allahın müsəlmanları zorlamaqda istifadə etdiyi bir qamçıdır. Müsəlmanlar yuxuda idi, Allah belə bir bəla, fitnə ilə oyandırır. Bu, həmiyyət hissini və mənəviyyatı görünməmiş dərəcədə yüksəldən vəsilələrdən biridir. Firon olduqda, Musa çıxır. Bunlar da bu əsrin fironlarıdır.
A9 TV; 2 avqust 2015
avatar

Adnan Oktar

Hökumət darvinizmə əl atsın. Darvinizm birbaşa Allahı inkar edən bir sistemdir. Bütün dünya məktəblərdə Allahı inkar edir. Bu vəd edilən dəccaldır; Darvin bir dəccaldır. Axırzaman dəccalıdır. Allahı inkaretmə düşüncəsini inkişaf etdirən bir insandır. Marks, Lenin, Stalin, Hitler, Mussolini o fəlsəfədən törəmişdir. Dəccalın komitəsi olar, komitələrin komitələri olar. PKK da bu komitələrlə ideoloji əlaqəsi olan bir təşkilatdır.
A9 TV; 2 avqust 2015
avatar

Adnan Oktar

Dünyadakı ən böyük xəstəlik iman zəifliyidir. Çəkilən bütün əzabların, iztirabların, xəstəliklərin təməlində bu var. Dünyadakı bütün fəlakətlərin, aclığın, iqtisadi böhranın təməlində də yenə bu var. Güclü iman olduqda Allah dünyanı cənnətə çevirər.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

Biz də əziyyəti xoşlayırıq. Dəyişməz, cansıxıcı həyatı biz də sevmirik. Məsələn, sevdiyimiz biri bizim üçün əziyyət çəksə, çətinlik çəksə onu sevərik. Mənfəət üçün bəslənilən sevgi mənasızdır.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

Allah dünyanı metafizik olaraq yaratmışdır. Sakit həyatı bəyənmir. Aktiv, döyüşlər baş verir, qəhrəmanlıq göstərilir, şücaət göstərilir. Əziyyət nəticəsində İslam hakim olur. Allah bunu bəyənir.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

PKK iman etmədiyi müddətcə başı bəladan xilas olmaz. Açıq-aydın şəkildə dəccal ordusudur və Fironun ordusu kimi bəla dənizinə qərq olacaqlar. Ağıllansınlar. İman gətirib xilas olsunlar. "La İlahə İllAllah Muhammədən Rəsulullah" desələr xilas olarlar. Bu murdar dənizdən çıxsınlar.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın vəfatından sonra bütün insanların üzərinə zülmət çökəcək. Hər kəs imanını qorumağa çalışacaq, amma iman daim yox olmağa doğru gedəcək. Allahın zəlalətə salan adı, artıq dünyaya hakim olmağa başlayacaq.
A9 TV; 31 iyul 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo