Peyğəmbər varkən Allah Məlik göndərmişdir, insanlar bu Məliyə tabe olmuşdur. Talut və Zülqərneyn Mehdidir, yəni xilaskardır, peyğəmbər deyil.
Müsəlman elm, irfan, hidayət, gözəllik verilənlərin yoluna yönəldilmək üçün dua edər, qəzəbə uğramışların, azmışlarınkına deyil.
Mahiyyətə dair məlumat Zülqərneyn və Xızırda var. Zülqərneyn ledun elminə də sahibdir.
Quranda mehdiyyət var. Zülqərneyn hekayəsində açıqca Mehdidən bəhs edilir, mehdiyyətə, yəni dünya hakimiyyətinə işarə var. Nur surəsinin 55-ci ayəsində açıq-aydın mehdiyyətdən bəhs edilir, dünya hakimiyyətinə işarə var. Talut-Calut hekayəsində də mehdiyyətə işarə var. O dövrdə Peyğəmbər var, lakin Talut Peyğəmbər deyildir, komandanlıq edir, yəni xilaskardır.
Bəziləri, "Osmanlı yox olmağa davam edir, bu bir prosesdir" deyirlər. Türkiyəyə müdaxilə edilməsini əsla qəbul etmərik. Cənub-Şərqi Anadolu, Qara dəniz, Aralıq dənizi, Egey, Mərmərə sıradadır" deyirlər, Türkləri də Mərkəzi Anadolu regionuna həbs etmək istəyirlər, buna icazə vermərik.
Dünyada həssas imtahan sistemi var, imtahan olmadan dünya bomboş olardı, insan əzabla, çətinliklə imtahan olunaraq yetişdirilir.
Rusiya ilə əməkdaşlıq edilməsinin lazım olduğunu və ittifaq edilib, Suriyanın bütövlüyünün qorunmasının lazım olduğunu başdan bəri söyləyirik. Hökumətin Rusiya ilə ittifaq etməsi və PYD ilə mübarizə aparılması çox gözəldir.
Türk-Rus ittifaqı olar, ancaq bu, meydan oxumaq kimi deyil; "biz sülh insanlarıyıq, əməkdaşlıq edib hər kəsi qoruyacağıq" şəklində olmalıdır. Türkiyə və Rusiya ittifaqı üçün, "İngiltərə dərin dövlətinə, terrora, anarxiyaya, zalımlara birlikdə və sevgiylə qarşı çıxacağıq" deyilməlidir.
Əbdülhəmid dövründən qalan içki və siqaret təşviqi olmasa, Atatürkə səmimi sahib çıxan insanlar olsa, Atatürk uzun illər yaşaya bilərdi.
Atatürk heyrətamiz dərəcədə zəkalı, dindar, mədəni və çox alicənab bir insan idi. Osmanlı mədəniyyətini çox gözəl yaşayırdı, tərtəmiz geyinərdi, çox yaraşıqlı idi. Atatürk çox mübarək insan idi, xəstə olarkən belə çox baxımlı və yaraşıqlı idi. Atatürkü çox tənha qoyublar.
Təmizlik çox əhəmiyyətlidir, insanın fitrətində var, müsəlman tahir olar, xanımlar və bəylərin hər zaman baxımlı olması lazımdır.
Rəsulullah (s.ə.v) hələ sağ olarkən Mehdini komandan təyin etmiş və müsəlmanları onunla müjdələmişdir.
Hər dövrdə Mehdinin, bir xilaskarın gəlməsini istəməyənlər olmuşdur, lakin Allah hər dəfə bir məlik, bir xilaskar göndərmişdir.
Mehdiyə qarşı olan bəzi kəslər öz aləmlərində bəzi İslam alimlərini də Mehdi əleyhdarı kimi göstərməyə çalışırlar, səhv edirlər.
Bədiüzzaman, Süleyman Hilmi Tunahan həmişə Mehdini gözləyiblər. Ərbakan hocamız da Mehdini gözləmiş insanlardandır. İmam Rəbbani Mehdidən "Məktubat"ında çox ətraflı dəlillərlə bəhs etmişdir.
Bədiüzzaman tələbələri tərəfindən Mehdi hesab edilmiş və dəccaliyyəti yox etmək üçün hərəkət edən, şövqlü cəmiyyət yaratmışdır.
Müsəlman Allah rizasının ən çoxunu qazanmaq üçün ailə sahibi olar, Allah yolunda çalışmaqdan qaçmaq, müsəlmanlardan uzaq qalmaq üçün deyil.
Münafiqlər eqoistdir, müsəlmanlardan nifrət edərlər, birlikdə yaşamaq istəməzlər. Müsəlman qadınları və kişiləri də yalqız etmək istəyərlər.
Hz. Nuh (ə.s) dürüst, alicənab, təmiz insan idi, lakin həyat yoldaşı azğın münafiq idi və çox əziyyət vermişdi.
İman gətirən bir insan Allah rizası üçün evlənər, münafiq isə yox olmaq instinktini aradan qaldırmaq üçün evlənər.
Tənha qalmaq qorxusu, sonsuzluq qazanmaq arzusu ilə münafiqlər evliliyi iztiraba döndərərlər.