Peyğəmbər (s.ə.v) heyrətamiz dərəcədə dürüst və alicənabdır. Bütün ömrü boyu belə olmuşdur. Bu peyğəmbərliyinin əsas dəlillərindən biridir. Hər şey ağıllı, hər şey yerindədir. İnsanın səbir edə bilməyəcəyi hadisələr qarşısında heyrətamiz dərəcədə səbir göstərir. Heyrətamiz bağışlama gücü var. Heyrətamiz nəzakət və alicənablığı var.
İncəsənət xadimləri cahillərin, xurafatçıların əlinə buraxılmamalıdırlar. Çünki xurafatçı hər şeyi korlamaq istəyər, hər şeyi pozmaq istəyər. O, şeytanın köməkçisi olmuşdur, gözəl olan hər şeyi yox edər.
(A9 TV; 13 dekabr 2015)
Adnan Oktar
-
Yalan adi bir hadisə deyil. Murdardır, insanın üzünü qaraldar, ağlını alar, çirkinləşdirər.
(A9 TV; 13 dekabr 2015)
Adnan Oktar
-
Yalan danışmaq dəliliyin bir növüdür və insanların diqqətini çəkmək üçün, insanları əyləndirmək üçün, cahil təbəqədə xüsusilə mədəniyyətsiz təbəqədə çox geniş yayılmışdır. Bu dəlilik növü olduğu və insanı alçaltdığı üçün, heç bir insan buna yaxın durmamalıdır. İnsanların diqqətini çəkəcəyəm, yaxud çoxbilmişlik edəcəyəm, böyüklüyünü göstərəcəyəm deyə yalan danışmaq alçaqlıqdır.
(A9 TV; 13 dekabr 2015)
Adnan Oktar
-
Türkiyənin Avropalaşmış olması çox əhəmiyyətlidir. Baxın ən ənənəpərəsti, ən Ortodoksu belə Avropaya getmək istəyir. Avropanı bəyənirlər. Deməli, insan fitrətinə uyğundur. Rəsm, musiqi, heykəl olmalıdır, gözəl yollar, gözəl binalar olmalıdır, gözəl insanlar və gözəl həyat tərzi olmalıdır. İnsan fitrəti bu cürdür. Əgər dedikləri doğru olsaydı, bunlar Yaxın Şərqə gedərdilər, Misirə, Pakistana, Hindistana, İrana gedərdilər. Getmirlər. Hətta bəziləri nifrət edir, qətiyyən istəmirlər.
(A9 TV; 12 dekabr 2015)
Adnan Oktar
-
Əgər Türkiyədə mövhumatçı görünüş çoxalarsa, Türkiyəni bir Ortodoks ölkəsinə çevirib faciəvi şəkildə əzərlər. Yəni Suriyaya və İraqa etdiklərinin eynisini edərlər. Lakin Türkiyə, Avropalaşmış bir ölkə görünüşündə olsa bütün dünyada dəyər qazanar.
(A9 TV; 12 dekabr 2015)
Adnan Oktar
-
Allah Quranda insanın normal ağıla sahib olmasını təmin edəcək, çox gözəl sirlər vermişdir. Bir kərə insanın özünü Allaha həsr etməsi, bütün əxlaqsızlığı və anormallığı aradan qaldırır. Təvəkküllü olması özünə verdiyi əziyyəti aradan qaldırır. Səbirli olduğunda, hər kəslə dost olur. Vəfalı olduğunda, hər kəsin sevəcəyi şəxsiyyətə sahib olur. Özünü tənqid etdikdə ağlı başına gəlir. Başqası tənqid etdikdə isə, tamamilə ağıllı hərəkət edən, əməli və sözü bir-birini tutan bir insana çevrilir, sevilən bir insana çevrilir.
(A9 TV; 11 dekabr 2015)
Adnan Oktar
-
Tənqid edilməsə nəfs insanı ruhi xəstə edər, dəli edər. Müsəlman özünü tənqid etməlidir, başqasına da özünü tənqid etdirməlidir. Bunu etdiyi vaxt, nə etdiyini çox yaxşı bilən, əməli və sözü bir-birini tutan, normal və ağıllı hərəkət edən birinə çevrilər. Ruhi xəstəliyi varsa, bundan xilas olar. Dəlilik yox olar, təcavüzkarlıq yox olar. Sözünün və əməlinin bir-birinə uyğun gəlməməyi, eləcə də, özünə verdiyi əzab yox olar.
(A9 TV; 11 dekabr 2015)
Adnan Oktar
-
İnsan əgər nəsihətdən narahat olursa, bu şeytani narahatlıqdır. Nəsihət, küfr əhlində zəhər təsiri göstərir. Nəsihəti dinləmək belə istəməzlər.
(A9 TV; 10 dekabr 2015)
Adnan Oktar
-
Müsəlman, özünə nəsihət verildikdə razı olmalıdır, özündən çıxmamalıdır, bu şeytandandır. Şeytan namaz qılınmasından necə narahat olursa, Allahın zikr olunmasından necə narahat olursa, nəsihət verilməsindən də narahat olar.
(A9 TV; 10 dekabr 2015)
Adnan Oktar
-
Mehdiyyətə olan sevgilərindən, hz. Mehdi (ə.s) ilə əlaqəli rəvayətləri qorumaqdakı həssas davrandıqlarından ötrü, bütün şiələri alqışlayıram. Hədislər Axırzaman hadisələrinə tam uyğundur. Hz. Əli (r.ə)-dən gələn, açıq-aydın reallaşan və möcüzə olan hədislər. Həmişə şiələrdən gəlir. Bu rəvayətləri əhli-sünnə mənbələrində tapa bilməzsiniz.
(A9 TV; 10 dekabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ı sevəni Allah sevər. Mehdiyyətə bağlananı Allah xoşbəxt edər. Mehdiyyətdə bərəkət var.
(A9 TV; 10 dekabr 2015)
Adnan Oktar
-
İnsan özünü bilməz, bu cəhətdən, tənqid mükəmməl nemətdir. Lakin şeytan bunu fəlakət və əzab pərdəsinə bürümüşdür. Tənqid insanlarda çox mənfi təsir yaradır. Məhv olur, insanlıqdan çıxır sanki. Şeytanın verdiyi əzaba baxın. Onun lehinə olan, xeyirinə olan, nemət olan bir şeyi ona necə göstərir.
(A9 TV; 10 dekabr 2015)
Adnan Oktar
-
Bir insanın digər bir insanı tənqid etməsi, keyfiyyətli ayna deməkdir, necə də gözəldir. Saçını düzəldirsən, əl-üzünü düzəldirsən. Tənqid edən birini tapa bilmək, qızıl dəyərindədir, çox böyük nemətdir. Lakin dürüst səmimi tənqid edəni. Can yaxmaq üçün, narahat etmək üçün deyil. Düzgün tənqid etməlidir.
(A9 TV; 10 dekabr 2015)
Adnan Oktar
-
Digər ölkələr İordaniyaya kömək etsin. İordaniyada qaçqınların sayı 1,5 milyona yaxınlaşdı. Pul vermək lazımdır, imkan vermək lazımdır, yemək, geyim. Varlı ərəb dövlətləri pulu həmişə silaha xərcləyirlər. Silaha vermə, məhz bu məzlumlara ver, rahat yaşasınlar.
(A9 TV; 9 dekabr 2015)
Adnan Oktar
-
Mənim mehdiyyət barədə danışmağımdan bu qədər çəkinmələrinin səbəbi, xurafatsız danışmağımdır. Doğru olduğuna qəti olaraq qane olmağımdır. Yoxsa mən xurafat formasında danışsam əgər onlar valeh olarlar. Heç bir problem çıxmaz, mənə qəzəblənən də olmaz. Heç kim heç nə deməz.
(A9 TV; 9 dekabr 2015)
Adnan Oktar
-
Sevgi həyatın birinci şərtidir. Su kimi, hava kimi. Hava ala bilmədiyin vaxt ölərsən, sevgi olmadıqda ölərsən, dünya ölər, kainat ölər. Sevgisiz yaşanmaz. Sevgidə sövdələşmə olmaz. Təmənnasızlıq vardır, fədakarlıq vardır, kiçik şeylərə görə özünü alçaltmamalısan.
(A9 TV; 8 dekabr 2015)
Adnan Oktar
-
Sevgi, mərhəməti və şəfqəti gətirər, heç kəsi öldürə bilməzsən, asıb kəsə bilməzsən. Ağılla, elmlə həll edərsən. Sevgiylə, razılığa gətirməklə həll edərsən.
(A9 TV; 8 dekabr 2015)
Adnan Oktar
-
Bütün dünya üçün ən mühüm ictimai və siyasi təməl, sevgidir. Şəfa mənbəyi sevgidir. Bu olmadıqda bütün sistem korlanır. Siyasət də batır, ticarət də batır, hüquq da və xaos mühiti yaranır. Hər yerdə çox qəddar bir ruh hakim olur.
(A9 TV; 8 dekabr 2015)
Adnan Oktar
-
Sevgini lüks hesab edirlər, əgər olarsa daha yaxşı olar formasında. Budur olmur, sevgi olmadıqda müharibələr baş verir. Terror, anarxiya, dəhşət baş verir. Heç kəs təhlükəsiz mühitdə olmur.
(A9 TV; 8 dekabr 2015)
Adnan Oktar
-
Türkiyə mövhumatçılığa qətiyyən dəstək verməməlidir. Türkiyə müasir insanların olduğu Norveç, Hollandiya, Danimarka kimi bir ölkə olmalıdır. Bütün şəhərlər Paris, London kimi olmalıdır. Musiqi, rəsm, heykəl, bütün gözəlliklər olsun. Bütün şəhərlərin hər yeri incəsənət qalereyası kimi olsun. Dekolteli qadınlar da olmalıdır, hicablı qadınlar da. Böyük fikir azadlığı və gözəllik mühiti olmalıdır.