avatar

Adnan Oktar

Özünü bilən, təməlini bilən, bütün kainatın beyninin içində ona göstərildiyini bilən Allahı bilər. Bunu bilməyənin şüuru yoxdur. Şüur sahibi olmayanın da sevgini və mərhəməti bilməsi mümkün deyil. O yalnız həvəsi bilər.
A9 TV; 28 may 2018
avatar

Adnan Oktar

İslam birliyinin məqsədi sülhdür. Bu birlik müharibələri, acıları, döyüşü, terroru aradan qaldırmaq üçün qurulacaq. Əslində sülh və dostluq asan olandır. İnsanların savaşı bu qədər adi hal kimi görməsində anormallıq vardır.
A9 TV; 28 may 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü bilmək müəzzəm hissdir. Allahın böyüklüyünü bildiyində, səmimi qavradığında, səssiz-sədasız böyük güc olarsan. Kimsə səni məğlub edə bilməz. Bu, Allahın gizli qanunudur.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Ağılda zəifləmə də, artım da olar. Ağlı zəifləyən şəxs bunu anlamaz, hətta özünü dünyanın ən ağıllı insanı zənn edər. Ağıl artanda isə həmin şəxs bunu dərhal anlayar.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Allah, münafiqlərin 70 dəfə bağışlanma diləsələr də bağışlamayacağını bildirmişdir. Çünki münafiq Allaha xain, Peyğəmbərə xain, möminlərə xain, davasına xain bir alçaqdır. Qurana görə münafiqin bağışlanılması mümkün deyil. Ən şiddətli əzabla, cəhənnəmin ən dərinində əzab görəcəkdir.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Bəzi Neoconlar israrla "dollarınızı satmayın" demələri, ediləcək ən doğru işin dolları satmaq olduğunun isbatıdır. Türk milləti fədakardır. Əvvəl vətəni düşünər, uşağını, gələcəyini qorumanın da vətəni qorumaqla mümkün olduğunu bilər. Öz ağıllarına görə Türk millətini eqoizmə çağırırlar, bu millət əsla eqoistlik etməz.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Sadəcə yaşı böyük olanlara hörmət göstərilər deyə düşünmək səhvdir. Uşaqlar da hörməti haqq edir. Məsumluqları, təmizlikləri, günahsız olmaları kimi saysız gözəl, hörmət ediləcək xüsusiyyətləri vardır.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Allah ilə əlaqə ən həyati məsələdir. Biz çox diqqətlə, xüsusilə Allahın böyüklüyünü düşünərək yaşamaq məcburiyyətindəyik. Allahın varlığını mömin onsuz da qəti olaraq bilər. Allahın böyüklüyünü isə yaxşı düşünmək lazımdır. Allahın böyüklüyünü yaxşı düşünən insan, hər şeyi Allahın etdiyini heç unutmadığı aləmə girər və ola biləcək ən yaxşı həyatı yaşamış olar.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsi almaz mədəni kimidir. Kürdlərin hər yönləri çox qiymətlidir. Kürdlərin adət-ənənəsi, şəfqəti, mərhəməti, sədaqəti, vəfası, təvazökarlığı çox gözəldir. Anadolu həmişə belə gözəlliklərlə doludur. Hamısının qiymətini çox yaxşı bilmək lazımdır.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Yaxşılığı və xeyiri təşviq etmək əhəmiyyətlidir. Edilən xeyirli işləri gizlətmək lazımdır deyə düşünmək doğru olmaz. Məscid tikir bunu göstərir, insanlara da nümunə olmasını məqsəd qoyur. Namaz qılır, insanları təşviq etmək üçün bunu paylaşar. Amma kasıb insana kömək edərkən o insanın qürurunu qıracaq heç bir şey edilməz, o gözəllik səssizcə edilər. Maşından yardım atmaq və s. çox ayıb və çirkindir.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Məscid toplantı məkanıdır, söhbət, dostluq, qardaşlıq məkanıdır. Sadəcə namaz üçün bir araya gəlinən məkan deyildir. Ehtiyacı olan olduğunda yatmaq üçün də qalmaq olar. Amma məscidləri axşam olanda bağlayırlar. Allahın evi bağlanmaz. Məscidlərin çox təmiz olması da çox əhəmiyyətlidir. Hər gələn təmizliyə kömək edəcək, süpürəcək, siləcək. Məscidlər tərtəmiz sevinc dolu məkanlar olacaq.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Azadlıq anlayışı cəmiyyət tərəfindən qəbul edilsə həqiqi azadlıq meydana gələr. Gözəl olan təhsillə, İslam əxlaqının hakimiyyəti ilə büt inancları ortadan qaldırmaqdır. İslam, Hz. Musanın əsası kimidir harada qırxayaq, ilan varsa hamısını udar. İnsanlara acı verən hər cür təzyiqi, yanlış ənənə və qadağanı udar, ləğv edər. Onun üçün həqiqi azadlıq ancaq İslamla təmin edilər.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Rəhmətlik Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkanı rəhmətlə və hörmətlə xatırlayırıq. Allah onları cənnətə layiq etsin.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

İnsanların çoxunun ülvi məqsədi yoxdur. Niyə yaşadıqlarını bilmirlər. Din deyə təqdim edilən sistem insanlara dəhşət yaşadan və dinlə əslində heç bir əlaqəsi olmayan sistemdir. Dinsizlik də dəhşət vericidir. Gənclər iki dəhşətin arasında qaldılar. Biz var gücümüzlə elmlə, irfanla bu dəhşəti aradan qaldırmağa cəhd edirik.
A9 TV; 26 may 2018
avatar

Adnan Oktar

Dünyanın hüzurunu əlindən aldılar. Qadınların əlindən azadlığı aldılar. İncəsənəti öldürdülər. Yeni bir sənətkar, yeni bir incəsənət əsəri çıxmır. Dəccaliyyət dünyanı həm ruhən, həm də fiziki olaraq öldürür. Həmişə dünyanın hər yerindən ölüm xəbərləri gəlir. Kimyəvi silahla öldürməyə qarşıyıq amma səhərdən axşama kimi bomba yağdırmağa qarşı deyilik, deyirlər. Burdakı anormallığı belə görə bilmirlər. Bu dəhşət Mehdiyyətin zühuruyla tamamilə ortadan qalxacaqdır.
A9 TV; 26 may 2018
avatar

Adnan Oktar

Ölümü düşünmək insanın daha stabil, daha tutarlı olmasını təmin edər. Dünya ehtirası ilə cinnət halı yaşayan, vəhşi rəqabət ehtirası ilə özünü həlak edən insanlar üçün ölümü düşünmək şəfadır. Ölümü düşünərək insan eqoizmdən uzaqlaşıb, daha stabil, mərhəmətli, məqbul hala gəlir.
A9 TV; 26 may 2018
avatar

Adnan Oktar

Tayyib hocamı 55-60% deyil, ən az 70% səslə yenidən cumhurun başı edək inşaAllah. Tayyib hocam çalışqan, şövqlü, dürüst, dünya ehtirası olmayan insandır. Anadolu insanıdır. Bizdən biridir. Hərəkətləri, missiyası, idealı bizim millətimiz üçün çox güvən vericidir.
A9 TV; 25 may 2018
avatar

Adnan Oktar

Quran müsəlmanlığında ola bildiyi qədər azadlıq vardır. Allahın haramları çox azdır. Gənclər, qadınlar tam istədikləri kimi azaddırlar. Və Qurana görə hər insan anası atası kimi bütün insanlara baxmaqla mükəlləfdir, bu çox gözəl güvənc və nemətdir.
A9 TV; 25 may 2018
avatar

Adnan Oktar

İncəsənət və azadlıq həyatın iki işığıdır. Sənətkarları dəstəkləmək bir növ ibadətdir. Azad olmalarının üzərində dayanmaq bütün qara buludları dağıdar. Xüsusilə qadınlara və gənclərə azadlıq vacibdir. Təzyiqlə əlaqəli heç bir anlayışı qəbul etməmək lazımdır.
A9 TV; 24 may 2018
avatar

Adnan Oktar

Münafiq hər nə edirsə etsin axmaqdır. Hər etdiyi özünə zərər verir.
A9 TV; 24 may 2018
avatar

Adnan Oktar

Tayyib hocamdan və hökumətimizdən xahiş edirik dollarla kirayə dərhal qanunla ləğv edilsin. Dollarla ticarət ləğv edilsin. Türkiyədə bütün əməliyyatlar Türk pulu ilə edilsin. Türkiyəyə iqtisadi tələ quranlara ən yaxşı cavab bu olar. Tayyib hocamdan başqa xahişimiz də, azadlıq və müasirlik ola bildiyi qədər təşviq edilsin. Gənclərin, qadınların azad, istədikləri kimi yaşaya biləcəkləri çox yaxşı vurğulansın. Türkiyənin daha da modernləşməsi və azad olması, qurulan bütün tələləri tərsinə çevirər.
A9 TV; 23 may 2018
PAYLAŞIN
logo
logo
logo
logo
logo