Əgər sevgi olmasa, cənnət bağçaları ağaclarla dolu olsa, cənnətin çayları heç kimi maraqlandırmaz. Vildanların, cənnət uşaqlarının şirinliyi də onları maraqlandırmaz. Cənnət qılmanları, huriləri, cənnətdə evlər, cənnət yastıqları vardır. Cənnət yastıqlarında əl işləmələri, cənnət badələri, sürahilər vardır. Bütün bunlar sevgidən qaynaqlanır.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Bizim sevgimizi də Allah yaşayar. Allah Özü yaratdığı üçün sevgimizdən xəbərdardır.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Sevgidən sevgi doğar. Dərhal insanda bir qorumaq hissi yaranır. Ömrü boyunca sevən, axirətdə də birlikdə olmaq istəyən bir ruh inkişaf edir. Allahın bəyəndiyi də budur.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
SEVGİ OLMASA KAİNATIN, HEÇ BİR ŞEYİN MƏNASI OLMAZ. Hər şey sevgiyə əsaslanır. Zərif, itaətli, dedi-qodusuz sevərik. SİSTEM SEVGİ ÜZƏRİNDƏ QURULUB. Allah bizdən bunu istəyir.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Sevgi kainatın yaradılış səbəbidir. Allah buyurur ki, "İnsanları Mənə ibadət etsinlər deyə yaratdım".Amma ibadətdə də Allah sevgini əsas götürür.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Dünyanın hər tərəfində Müsəlmanlara qarşı zülm edilir. Birlik olmadıqlarına görə Müsəlmanlar bütün dünyada əzab çəkirlər.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
İran, Türkiyə, Misir birləşsə problem həll olar. Sırf üçü birləşərsə İslam Birliyi yaranar və küfr də məhv olar. Belə olduqda Suriyadakı zülmkarlar heçnə edə bilməz . Beləcə Türkiyə dünyanın ən böyük gücə malik dövlətinə çevrilər.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Dövlət tez bir zamanda İslam Birliyini yaratmaq üçün açıq, ictimai siyasət aparmalıdır. Daha cəsur, daha qərarlı olmalıdır. Bütün partiya liderləri bunu izah etməlidirlər.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Biz millət olaraq əsgərik. BUNA GÖRƏ DƏ ƏSGƏR KİMİ DİQQƏTLİ, AYIQ-SAYIQ, HÜCUMA HAZIR OLMALIYIQ. Rahatca işimizi görə bilmirik, döyüş ab-havası vardır. Hal-hazırda ikinci qurtuluş savaşı gedir.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Bizim böyük ölkə, mərkəzi və lider olmağımız məcburən əsgər olmağımızı tələb edir.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Elm nemətdir, gözəllikdir, Allahın sənətini, Allahın bizi necə yaratdığını ortaya çıxarar, sübut edər və bizə göstərər. Bizim Allaha hayranlığımızı, sevgimizi, məhəbbətimizi artırar.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Elmi, elm adamlarını təşviq edək, qoruyaq. Hətta ən çox onların qayğısına qalaq.
(A9 TV; 7 İyul 2012)
Adnan Oktar
-
Allah buyurur ki, "Sizə yalnız Qurandan sorğu-sual edəcəyəm", "Ondan imtahan olunacaqsınız". Xurafatçılar bu barədə yaxşı düşünsünlər. Allah buyurur ki, "başqa heç nədən sorğu-sual etməyəcəyəm".
(A9 TV; 6 İyul 2012)
Adnan Oktar
-
Qarşıda Türkiyəni çox gözəl günlər gözləyir. Təbii ki, çətin və ağrılı günlər də olacaq. Böyük hadisələr bütün bölgədə baş verəcək. Amma sonda Mehdi- Muntazırı, Sahibüzzamanı görəcəyik.
(A9 TV; 6 İyul 2012)
Adnan Oktar
-
Türkiyə bölgənin zəngin, güclü dövlətidir. Mənəvi zənginliyi ən əhəmiyyətli xüsusiyyətidir.
(A9 TV; 6 İyul 2012)
Adnan Oktar
-
Avropa Birliyi dağınıq vəziyyətdədir. Dağıntıya "sizi alacağıq" deyirlər. Əslində elə Türk-İslam Birliyi sizi ― Avropanı alacaq.
(A9 TV; 6 İyul 2012)
Adnan Oktar
-
Suriyalılar bizə çox əzizdir, hələ Osmanlı dövründən bacı-qardaşımız olublar. Xəritəyə baxsaz görərsiz. İngilislər o torpaqları Suriya adı altında Osmanlıdan aldılar. SURİYA DEYİLƏN YER YOXDUR. HƏLƏB, ŞAM HƏLƏ QƏDİMLƏRDƏN OSMANLI ƏRAZİSİ OLMUŞ. SURİYALILAR DA ƏZƏLDƏN ÖZ ÖVLADIMIZ , BACI-QARDAŞLARIMZ OLUBLAR.
(A9 TV; 6 İyul 2012)
Adnan Oktar
-
Allah səni dünyaya yeyib-içməyə, yatıb dincəlməyə göndərməyib. Allah səni qul olmaq, dua etmək, İslamı yaşamaq, din Allahın olana qədər, fitnə yer üzündən qalxana qədər mübarizə etmək üçün göndərib.
(A9 TV; 5 İyul 2012)
Adnan Oktar
-
Xristian-Müsəlman birliyi Mehdiyyətin bir xüsusiyyətidir. Əks təqdirdə İslamın dünya hakimiyyəti həyata keçməz. Mütləq İsa Məsih (ə.s.) və Hz. Mehdi (ə.s) tələbələri birlikdə hərəkət edəcək və bu şəkildə dünyaya hakim olacaqlar.
(A9 TV; 5 İyul 2012)
Adnan Oktar
-
Təkrar Allahın bir metodudur. Qurana baxsaq təkrarın olduğunu görərik. Zikr: "Allah, Allah, Allah" təkrardır. "Allah Hay, Allah Hay, Allah Hay" deyə təkrar edirsən. Mükərrər ruhunu açar.