Öcalana haqq qazandırmaq səyləri əbəsdir.
Quran saf vəhydir. Quranda nə elmlə, nə məntiqlə, nə də ictimai həyatla ziddiyyət yoxdur.
Möhkəm ayənin şərhi olmaz, mənası açıqdır.
Haram olan hökmlər möhkəm ayələrlə açıqlanmışdır, şərhə ehtiyacı yoxdur.
Musiqi haram olsa Allah hökm olaraq Quranda bildirərdi. Halallar və haramlar yalnız Qurandadır.
Hal-hazırda Mehdiyyət, fanatik və mərhəmətsiz din anlayışını aradan qaldırmaq üçün dünyadadır.
Dünyanın idarəsi bir əmanətdir, bu əmanətin əhli isə Hz. Mehdi (ə.s)-dır.
Kral Məsih, yəni hz. Mehdi (ə.s) gəldiyində dünyada yaşanan bütün qorxular qalxacaq, tək Allah qorxusu olacaq.
Bəla tez-tez insana nəzarət edər, xeyirlə məşğul olduğunu gördükcə dönüb gedər.
Hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s)-la müqayisədə daha zahir və aşkardır.
Dərs kitablarında Darvinizm xurafat olaraq deyil, elmi bir həqiqət kimi izah edilincə Allahın varlığı rədd edilmiş, iman yox edilmiş olur. Baxırıq, biologiya kitablarında Darvinizmin əleyhinə tək bir məlumat yoxdur. Elə olmaz. Darvinizmin etibarsızlığını elmi dəlilləri ilə izah etmək lazımdır.
Elmi dəlillərlə izahat əhəmiyyətlidir. Çünki elm ağıla xitab edən, ürəyi də qidalandıran məlumatdır.
Bura əyləncə yeri, kazino deyil. İmtahan yeridir. İnsanlar burada əylənəcəyini zənn edirsə, o zaman çek-sənədlərlə məşğul olarıq, evlənərik, toy edərik, işimizdə, gücümüzdə olarıq. O zaman Allah rahatlıq verməz. Allah "Mən imtahan üçün yaratdım" deyir. Allah, anlamırlarsa anlayacaqları dildən izah edir.
Dünya Allahın nəzarətindədir. Amma Allaha yaxın olunmadığında, Allahı sevməyənlər, unudanlar olduğunda Allah da "İnsanları unudaram" deyir, "Siz Məni unutsanız, Mən də sizi unudaram" deyir.
Hədisdə bildirilir: "Mehdi (ə.s) başında halqavari bir bulud ilə zühur edər ". Bu ifadə eyni zamanda dünyanın üstündəki o halqaya işarə edir. Meteoritlər bir sarıq kimi dünyanın üzərini əhatə etmiş vəziyyətdədir. Çünki Cənab Allahın diləməsi ilə Mehdi (ə.s)-ın dünyası buradır.
1980-ci ildən sonra iki məsələdə çoxalma oldu: 1) Zəlzələlərdə, dünya tarixində görülmüş zəlzələlərin iyirmi-otuz misli daha çox; 2) Meteoritlər artıq bulud halına gəldi. Əvvəllər barmaqla sayılarkən, indi bulud halında dünyanı örtdü. Bunlar Mehdiyyətin işarələridir.
Zəlzələlər, meteorlar kimi bir çox hadisə ilə Allah Özünü dayanmadan xatırladır. Mehdiyyəti, İsa Məsihi xatırladır, İslam Birliyini xatırladır. Allah dünyaya İslamı sevdirərək qəbul etdirəcək.
Meteoritin dünyaya toxunaraq keçməsi çox böyük hadisədir. Daha sonra meteorlar gəldi Rusiyanı vurdu. Fövqalədə hadisələr olur. Axırzaman bütün şiddəti ilə davam edir. Hər gün bir möcüzəvi, qəribə hadisə baş verir. Əvvəllər ayda, ildə olan zəlzələlər nəfəs almadan hər gün olur.
Rusiyaya meteorların düşməsi ilə Allah bir mənəvi işarə daha göndərdi. Bu tip hadisələr, əlamətlər çoxalacaq. İnsanlar Mehdi (ə.s)-ı axtaracaq. Bir qeyri-adilik olduğunu anlayacaqlar. “Allah bir şey istəyir” deyəcəklər. Bir məqsədi var deyəcəklər və Mehdi (ə.s)-ı, İsa Məsihi tapacaqlar və İslam Birliyi dünyaya hakim olacaq.
Bir çox fanatik Mehdi (ə.s)-a dəli, ruhi xəstə deyəcək. Çünki bunlar bütün peyğəmbərlərə deyilmişdir.
Məni sevən eyni zamanda İmam Rəbbanini, Əbdülqadir Gilanini, Bədiüzzamanı, Şeyx-ül Şah Şeyx Nazim Kibrısı Həzrətlərini sevməlidir. Həm də canından çox sevməlidir. Hamısına sevgi göstərəcək. Nə gözəl, bolluq, bərəkət, nur alırsan, ürəyin bəslənir.