Nəqşibəndilər çox sevgi doludur, hər kəsi sevərlər, heç kimə həsəd aparmazlar, hirslənməzlər, qəzəblənməzlər, hər kəslə görüşərlər. Allah nəqşibəndilər kimi qiymətli ocaqlara gözəlliklər nəsib etsin, münafiq murdarlığını Allah bu gözəl ocaqlara yaxınlaşdırmasın.
Şeyx Nazim həzrətlərinin oğlu şeyx Mehmed əfəndi çox qiymətli, mömin, müttəqi insandır, çox etibarlıdır. Şeyx Əhməd Yasin həzrətləri də çox nurlu, etibarlı və qiymətli insandır. Ətrafını sarmış bəzi münafiqlərə qarşı çox diqqətli olmaq lazımdır.
İngiltərə dərin dövləti ilə əlaqəsi olan Sorosçu zehniyyət, müsəlmanları şəffaflaşdırma adı altında çaxnaşma yaratmağa çalışır.
Dəccal olmasa Mehdi zühur etməz, dolayısilə dəccaliyyət də mehdiyyətə xidmət edər.
Allah Quranda bir çox ayə ilə istədiyi qullarına qeyb xəbərlərini bildirəcəyini söyləmişdir.
İsa Məsihin dünyaya təkrar enişi, hz. Mehdinin zühuru, Yəcuc və Məcucun varlığı Qiyamət əlamətlərindəndir.
Allah Quranda, Kitab əhlindən olan hər kəsi hz. İsaya iman etdirəcəyini söyləyir. Bu ayədəki hökm də açıqdır. Hz. İsa Məsih təkrar dünyaya gələcək.
Allah İsa Məsih üçün; "Qiyamət üçün bir əlamətdir" deyir, yalnız onun üçün bunu söyləyir. Bu ayədəki hökm açıqdır. İsa Məsih təkrar dünyaya gələcək.
Allah Nur surəsinin 55-ci ayəsində müsəlmanları dünyaya hakim edəcəyini vəd edir. Bu ayə gerçəkləşəcək. Nur surəsinin 55-ci ayəsində Allahın vəd etdiyi İslam əxlaqının dünya hakimiyyəti hz. Mehdi və İsa Məsih (ə.s) vəsiləsi ilə gerçəkləşəcək.
"Allah niyə Mehdiyə hakimiyyət verir" deyirlər? Peyğəmbərimiz (s.ə.v)-in nəvəsi olan hz. Mehdinin müvəffəqiyyəti Rəsulullah (s.ə.v)-in müvəffəqiyyətidir.
Allah hz. Süleymana da dünya hakimiyyəti verdi, lakin çox sevdiyi bir peyğəmbər olan Əfəndimiz (s.ə.v)-ə hakimiyyət vermədi. Zülqərneyn də peyğəmbər deyil, lakin Allah Rəsulullah (s.ə.v)-ə nəsib etmədiyi dünya hakimiyyətini ona vermişdi.
Bəzi İslam alimləri PKK təhlükəsini, darvinizmi, materializmi buraxıblar, israrla "Mehdi və İsa gəlməyəcək" deyirlər. Bu təlaş niyə? Bu insanlara görə Mehdi gəlməyəcəksə niyə hər gün bunu mübahisə edirlər? Mehdi gəlməyəcəksə bu insanlar çox rahat olmalıdır.
İranlılar da, musəvilər də dindar insanlardır, lakin güclü İran və musəvi əleyhdarlığı aparılır, bu çox yanlışdır.
Əbdülhəmidin əzilməsini heç qəbul etmərik, lakin o dövrdə edilən səhvləri də deməliyik ki, İngiltərə dərin dövləti eynisini edə bilməsin.
Münafiq Allahı unutduğu üçün həmişə başı bəladadır. Allahı unutduqları üçün Allah da onları unudar və başları heç bəladan xilas olmaz.
Münafiqlərin saxtakarlıqlarını ortaya çıxartdığımız hər iş onların oyunlarının puç olması üçün əhəmiyyətlidir. Münafiqlərin iyrəncliklərindən həmişə bəhs etmək lazımdır.
Bədiüzzaman: "Axırzamanda Dəccal, insanların hərislik və ixtilafından faydalanıb bütün dünyanı ələ keçirər" deyib. İngiltərə dərin dövləti də bir qrup insanla, insanların hərisliyindən faydalanıb bütün dünyanı xaosa, müharibəyə, qarşıdurmaya sürükləyə bilir.
İngiltərə dərin dövləti məsələsində ziyalılarımızın əksəriyyətinin diqqəti açıldı. Demək olar ki, hər gün artıq bu mövzu gündəmə gəlir.
Mehmet Şevket Eygi hocamız heç kimə boyun əyməyən, cəsur, qətiyyətli, çox gözəl əxlaqlı insandır.
İngiltərə dərin dövlətinin qurduğu hər oyun puç olmağa məhkumdur. 15 iyulda necə məğlubiyyətə uğradılarsa yenə məğlub olacaqlar.
Misirin təslim alınmasında ilk addım camaatların, təriqətlərin şəffaflaşdırılması deyimi idi. Beləliklə Misiri tam nəzarət altına aldılar.