"Allah niyə Mehdiyə hakimiyyət verir" deyirlər? Peyğəmbərimiz (s.ə.v)-in nəvəsi olan hz. Mehdinin müvəffəqiyyəti Rəsulullah (s.ə.v)-in müvəffəqiyyətidir.
Allah hz. Süleymana da dünya hakimiyyəti verdi, lakin çox sevdiyi bir peyğəmbər olan Əfəndimiz (s.ə.v)-ə hakimiyyət vermədi. Zülqərneyn də peyğəmbər deyil, lakin Allah Rəsulullah (s.ə.v)-ə nəsib etmədiyi dünya hakimiyyətini ona vermişdi.
Bəzi İslam alimləri PKK təhlükəsini, darvinizmi, materializmi buraxıblar, israrla "Mehdi və İsa gəlməyəcək" deyirlər. Bu təlaş niyə? Bu insanlara görə Mehdi gəlməyəcəksə niyə hər gün bunu mübahisə edirlər? Mehdi gəlməyəcəksə bu insanlar çox rahat olmalıdır.
İranlılar da, musəvilər də dindar insanlardır, lakin güclü İran və musəvi əleyhdarlığı aparılır, bu çox yanlışdır.
Əbdülhəmidin əzilməsini heç qəbul etmərik, lakin o dövrdə edilən səhvləri də deməliyik ki, İngiltərə dərin dövləti eynisini edə bilməsin.
Münafiq Allahı unutduğu üçün həmişə başı bəladadır. Allahı unutduqları üçün Allah da onları unudar və başları heç bəladan xilas olmaz.
Münafiqlərin saxtakarlıqlarını ortaya çıxartdığımız hər iş onların oyunlarının puç olması üçün əhəmiyyətlidir. Münafiqlərin iyrəncliklərindən həmişə bəhs etmək lazımdır.
Bədiüzzaman: "Axırzamanda Dəccal, insanların hərislik və ixtilafından faydalanıb bütün dünyanı ələ keçirər" deyib. İngiltərə dərin dövləti də bir qrup insanla, insanların hərisliyindən faydalanıb bütün dünyanı xaosa, müharibəyə, qarşıdurmaya sürükləyə bilir.
İngiltərə dərin dövləti məsələsində ziyalılarımızın əksəriyyətinin diqqəti açıldı. Demək olar ki, hər gün artıq bu mövzu gündəmə gəlir.
Mehmet Şevket Eygi hocamız heç kimə boyun əyməyən, cəsur, qətiyyətli, çox gözəl əxlaqlı insandır.
İngiltərə dərin dövlətinin qurduğu hər oyun puç olmağa məhkumdur. 15 iyulda necə məğlubiyyətə uğradılarsa yenə məğlub olacaqlar.
Misirin təslim alınmasında ilk addım camaatların, təriqətlərin şəffaflaşdırılması deyimi idi. Beləliklə Misiri tam nəzarət altına aldılar.
Saxta mehdiyyətlə mübarizə, ancaq həqiqi mehdiyyətin bərəkətiylə olar.
Məhəmməd ümməti hal-hazırda parça-parçadır. Müsəlmanların birləşməsi üçün Rəsulullahın göstərdiyi yol mehdiyyətdir.
Türkiyəni müəyyən yolla böyük bir müharibəyə daxil etməyi, daha sonra da sərhəddən Türkiyənin içinə girməyi planlaşdırıblar. Oyunu yaxşı görmək lazımdır. Türkiyə üçün sərhəd təhlükəsizliyi baxımından tək təhlükə PKK-dır. Türkiyəni bölmək istəyən PKK-dır. Türkiyənin əsas hədəfdən uzaqlaşmaması əhəmiyyətlidir.
Soyuq, rəsmi, sevgisiz, birtərəfli sistemlərdə çevriliş zehniyyəti asan yaranır. Hərbi çevrilişlərə mane olmağın yolu tam əksini etməkdir. Sevgini, qardaşlığı, dostluğu, azadlığı ən gözəl şəkildə hakim etdiyimiz vaxt, çevriliş törətmək zehniyyətində olanlara qarşı da ən təsirli tədbir alınmış olar.
Müftəxorluq dəccaliyyətin xüsusiyyətlərindən biridir, hədislərdə Dəccalın yemək dağları təklif etməsi ətraflı izah edilir. Dəccaliyyət özünə tabe olanları qoruyar, tabe olmayanları isə bir növ öz cəhənnəminə atar. Hərbi çevriliş cəhdləri, terror və s. ilə özünə tabe olmayanları cəzalandırar və öz sisteminin hakim olması üçün çalışar.
Dəccaliyyət hiyləgərcəsinə bir təbliğat aparır, bir çox insan bilmədən bu təbliğata vasitəçi olur. Dəccaliyyət Allahın zikr edilməməsini öyrədir.
İngiltərə dərin dövləti fikri olaraq əzildiyi zaman İraq, Suriya, Liviya hər yer xilas olar.
Mehdiyyət olmadan, sevgi olmadan birlik yaranmır. Mütləq Mehdi sevgini hər yerdə cücərdəcək, bu gözəl sevgi cücərtisi hər yerə hakim olacaq.
Bütün Türkiyə İngiltərə dərin dövlətinin oyunlarını görməyə başladı. Biz gündəmə gətirdikdən sonra küçəbəküçə hər yerdə artıq bu mövzu gündəmdədir.