Müsəlmanların sərtliyə qarşı yenə şəfqətlə, ağıllı üslubla və sevgi ilə cavab vermələri lazımdır. Dünyada ən təsirli üsul budur. Dünyaya hakim olmaq istəyənlərin silahı, üsulu budur. Qurana uyğun olanı etmək əsasdır.
Müsəlmanların iddialı olacaqları istiqamət döyüşçü deyil, sülhsevər istiqamətləri olmalıdır. Müsəlmanlarda hər kəsi qucaqlayan bir ruh olmalıdır.
Müsəlmanlar bir-birlərinə sevgilərini artırsınlar, bir-birlərinə bağlılıqlarını, məlumatlarını artırsınlar. Məsələləri mərhəmətlə, şəfqətlə, sevgi ilə həll etməyin üstündə dayansınlar.
PKK-nın dərdi kürdlük-türklük və s. deyil. Onlar bölgənin kommunist, Allahsız, Kitabsız olmasını, darvinist, materialist olmasını istəyirlər. Biz də buna icazə verməyəcəyik. Vəssalam.
Müsəlmanların yaşadığı zülm İslam Birliyi ilə aradan qalxar. Qalmaqalla, çığır-bağırla deyil, elmlə mədəniyyətlə, ağılla olar. Mehdiyyətə daha möhkəm sarılmaqla, İsa Məsihi sevməklə, İsa Məsihin gəlişini gözləməklə və o qonağı həyəcan və coşğu ilə qarşılamaqla olar. Mehdi (ə.s) tələbəsi olmağın həyəcanını yaşamaqla olar.
Polisi, əsgəri vurmaq Marksist-Leninist düşüncədə ibadət kimidir.
Uydurma hədislərə əsaslanan fanatik zehniyyətdə demokratiya və azadlıq yoxdur.
Hal-hazırda PKK uduzmağı qəbul etmiş vəziyyətdə deyil. Şərtləri qəbul edilmədiyi təqdirdə yenə terror tətbiq edəcək. PKK-nın həqiqi mənada məğlub olması ancaq fikirlə və elmi dəlillərlə mümkün olar.
Bir Marksist məqsədinə çatmayınca heç vaxt terrordan imtina etməz, silahını yerə qoymaz.
Hədisdə bildirildiyinə görə zühur edəndə bütün ölkələr hz. Mehdi (ə.s)-a qapılarını açacaqlar.
Hədisdə bildirildiyinə görə hz. Mehdi (ə.s) dövründə yaxşı və ya pis ayrı-seçkiliyi olmadan bütün insanlar nemət içində olacaq.
Heç bir ölkəni, heç bir milləti alçaltmaq olmaz. Hamısına hörmətlə, sevgi ilə və şəfqətlə yaxınlaşmaq lazımdır.
Qürurla, üstünlük iddiası ilə İslam Birliyi olmaz, bunu heç bir ölkə qəbul etməz. Xidmət ruhu ilə, hörmətlə, sevgi ilə, şəfqətlə olar.
Dünya mərmi ilə deyil, iman və sevgi ilə düzələr.
Haı-hazırda dünyadakı ən əhəmiyyətli mövzulardan biri, Darvinizmlə elmi mübarizədir.
İranla bir döyüşümüz olmaz. Biz İranla ittifaq edəcəyik, inşaAllah.
Biz millət olaraq Quranla danışılsa, anlayarıq, Allahdan bəhs edilməsini istəyərik. Allahdan bəhs edilməyən bir danışıqdan bərəkət çıxmaz.
Müsəlman çirkin olmaz. Çirkin olan ağlını istifadə etməyəndir, Quranın nurunu görə bilməyəndir.
Bədiüzzamanın məzarı İspartadan alınıb, Vana, Horhor Mədrəsəsinin olduğu yerə aparılsın. Hökumətimiz orada gözəl türbə şəklində bir məzar düzəltsin və qorusun.
PKK-nın dərdi cənub-şərqdə lövhələrin türkcə və ya kürdcə olması deyil, onlar bölgənin kommunist olmasını istəyir.
Müsəlmanlar hər şeyi sevgi ilə, mədəniyyətlə həll edən bir quruluşda olmalıdır. Dünyada ən təsirli üsul şəfqətdir.