Heç bir ölkəni, heç bir milləti alçaltmaq olmaz. Hamısına hörmətlə, sevgi ilə və şəfqətlə yaxınlaşmaq lazımdır.
Qürurla, üstünlük iddiası ilə İslam Birliyi olmaz, bunu heç bir ölkə qəbul etməz. Xidmət ruhu ilə, hörmətlə, sevgi ilə, şəfqətlə olar.
Dünya mərmi ilə deyil, iman və sevgi ilə düzələr.
Haı-hazırda dünyadakı ən əhəmiyyətli mövzulardan biri, Darvinizmlə elmi mübarizədir.
İranla bir döyüşümüz olmaz. Biz İranla ittifaq edəcəyik, inşaAllah.
Biz millət olaraq Quranla danışılsa, anlayarıq, Allahdan bəhs edilməsini istəyərik. Allahdan bəhs edilməyən bir danışıqdan bərəkət çıxmaz.
Müsəlman çirkin olmaz. Çirkin olan ağlını istifadə etməyəndir, Quranın nurunu görə bilməyəndir.
Bədiüzzamanın məzarı İspartadan alınıb, Vana, Horhor Mədrəsəsinin olduğu yerə aparılsın. Hökumətimiz orada gözəl türbə şəklində bir məzar düzəltsin və qorusun.
PKK-nın dərdi cənub-şərqdə lövhələrin türkcə və ya kürdcə olması deyil, onlar bölgənin kommunist olmasını istəyir.
Müsəlmanlar hər şeyi sevgi ilə, mədəniyyətlə həll edən bir quruluşda olmalıdır. Dünyada ən təsirli üsul şəfqətdir.
PKK-nın dərdi kürdlük-türklük deyil, onlar bölgənin kommunist olmağını istəyir.
PKK kommunist, əzmli, gözü dönmüş on minlərlə gənc yetişdirmişdir. Bizim də buna qarşılıq gənclərimizi idealı İslam Birliyi olan, məlumatlı, mədəni, sevgi dolu, şəfqətli, həyəcanlı və şövqlü olaraq yetişdirməyə əhəmiyyət verməyimiz lazımdır.
Diyanət İşləri Başçılığı son dərəcə lazımlı və faydalı bir təşkilatdır.
Cənab Allahın adı mükəmməldir. Allah ismi bütün sonsuz aləmi titrədən möhtəşəm bir addır.
Fanatik zehniyyət insanların namaz qılmasını sanki qeyri-mümkün bir şey etmişdir. Allah Quranda dəstəmazı iki sətirdə izah edir, fanatiklər isə 350 səhifədə izah edirlər.
Dövlətimiz Darvinizmi məhv edən dəlilləri aşkara çıxartsın: paleontologiya muzeyləri açsın, milyonlarla illik qalıqları sərgiləsin, dərs kitablarında tək bir zülalın belə təsadüfən meydana gələ bilməyəcəyini elmi dəlillərlə izah etsin.
Dövlətin Darvinizmi tənqid edən siyasət aparması çox əhəmiyyətlidir. Gəncliyimizin Darvinist -materialist yetişdirilməsi PKK-nın lehinə olar.
PKK-nın tərəfdarlarının şövqü, həyəcanı, ideologiyası var. Buna qarşılıq olaraq bizim gəncliyimizin də İslam Birliyi idealı və həyəcanı olmalıdır. Mədəni, sevgi dolu, çox dinamik, ehtiraslı bir gəncliyə ehtiyacımız var.
Müsəlman Allahdan hər şeyin gözəlini, cənnətdə ən yaxşı mövqeyi, Allahın ən çox sevməsini istəyəcək. Biz Allahı lap çox sevəcəyik. İnsanlara sözün ən gözəlini söyləyəcək, ən gözəl paltarlarımızı geyəcək, ən gözəl qoxular üzərimizdə olacaq, ən gözəl söhbətləri edəcəyik. Allaha şükür dinimiz ən gözəl dindir. Ən gözəl texnologiyanı Cənab Allah bizə yaşadır, ən gözəl yardımları edir. Həmişə gözəli istəyəcəyik.
Bütövləşdirici, birləşdirici, Türkiyəni böyüdəcək, İslam Birliyinə faydası olan hər şey qəbulumuzdur. Amma bölünmə, bəlanı axtarmanın bir başqa adıdır.
Məscidi-Əqsanı yeddi dövlət gəlsə yıxa bilməz. Məscidi-Əqsanın qədərində elə bir şey yoxdur. Mehdi (ə.s) Məscidi-Əqsada da İsa Məsihlə birlikdə namaz qılacaq. İsa Məsihə imamlıq edəcək. Allahın sözü əsasdır. İsrail ya başqası, heç biri yıxa bilməz.