Parçalanma demək, düşmənçilik deməkdir. Sevginin bitməsi deməkdir. Birləşmə demək, sevgi deməkdir. Allah bir olmağı, birləşməyi sevər.
Münafiqdə, münafiqliyə xidmət etməkdə dəlisov enerji var. Lakin İslama xidmət etməkdə çox tənbəldir. Ən kiçik töhfə verərkən qəribə iztirab çəkər. Göz boyamaq üçün belə etdiyində çox canı yanar. Bir qram İslama və müsəlmanlara fayda vermək istəməz.
Münafiq münafiqi çox asanlıqla tapa bilər. Lakin; "öz aralarındakı vuruşmaları şiddətlidir" deyir Allah. Münafiqlər öz aralarında it kimi boğuşarlar.
Münafiqlər müsəlmanlardan ayrıldıqları zaman, dərhal bir yerə toplanar, qəbilə halında yaşayarlar. Münafiq küfr əhli ilə yaşaya bilmir, adi insanlarla yaşaya bilmir və yaxud ənənəvi müsəlmanlarla da yaşaya bilmir; təkcə öz aralarında yaşaya bilirlər.
Münafiqlərin zəncirvari bir-birlərini tapma gücləri var. Bu böyük möcüzədir. Yəni münafiqlər qəbilə halında yaşayarlar, bir-birlərindən ayrılmazlar.
Dərin dövlətlər şeytan kimi insanları tapmaqda mütəxəssisdirlər. Münafiq tapmaqda mütəxəssisdirlər.
Münafiqləri dünya səviyyəsində təşkil edən İngiltərə dərin dövlətidir. Çünki münafiqin heyrətamiz şeytani zəkası olur. Bunlar da münafiqləri əlləri ilə qoymuş kimi seçib tapırlar və onlardan hər cür kəşfiyyatda, hər cür fitnədə müsəlmanların əleyhinə istifadə edirlər.
Kommunizm bərbad sistemdir. Allahsız, Kitabsız, mənəviyyatı olmayan, ruhsuz, çox çirkin və mərhəmətsiz sistemdir. Stalinist, terrorist, kommunist anlayış, cinayətin, qanın, iztirabın, əzabın, zövqsüzlüyün, pisliyin, rəzilliyin, azğınlığın geniş yayıldığı sistemdir.
Dünyanı bundan sonra “ağıl” idarə edəcək. Ağılsızların idarə etməsi bitəcək. Ağılsızlardan ibarət olan İngiltərə dərin dövlətinin fəlakəti gedəcək, ağıllılardan ibarət olan mehdiyyətə qəlbən bağlananlar gələcək.
Ələvi demək hz. Əli (r.ə.)-i sevən qəlb dostları deməkdir. Ələvi demək sevgi insanı deməkdir. İnsanları, heyvanları, bitkiləri sevən uca insan deməkdir. Ələvilərlə sünnilər, əlbəttə, qardaşdırlar. Ələvilər candır.
Hiss etdirmədən küfrü əzmək, müsəlmanı dəstəkləmək çox çətindir. Bu da çox böyük sənətdir, Allahın gizli sənətlərindəndir. Bilinməyən sənətdir. Yaxşı düşünəndə heyrətamiz hadisədir.
Allah heç hiss etdirmədən həm əzər, həm də sevib dəstəkləyər. Quranda bunu çox vurğulayır. "Möminlərə heç gözləmədikləri yerdən ruzi verərəm, onları dəstəkləyərəm" deyir. Küfr əhli üçün də; "heç gözləmədikləri yerdən əzərəm" deyir.
Allah tərəfdarlarını, Allah hiss etdirmədən qoruyar. Allah düşmənlərini də, Allah hiss etdirmədən əzər. Bu hiss etdirməmə heyrətamiz sənətdir. Bu hiss etdirmədən ötrü imtahanın sistemi oturur.
İnsanlarda ağıl az olub, zəka çox ola bilər. Dünyagörüşü, bilik çox olur, ətrafı, imkanları geniş olur. Lakin Allahı anlama və Allaha hörmət bəsləmə, Allahı sevmə gücü yüksək vicdan sahiblərində ola bilir.
Münafiqin xüsusiyyətidir, ətrafındakıları pisləyər, özünü ucaldar. Hər kəsi pisləmə xüsusiyyəti var.
Münafiq yarım dəli kimidir, yəni ağlı yox olmuş məxluqdur. Nəfsinə təslim olmuş heyvan kimidir. Düşüncəsiz, mərifətsiz, qanacaqsızdır. Lakin özünü çox zəkalı, ağıllı zənn edər.
Münafiq həmişə vicdan adından, dürüstlük adından çıxış edər. Soruşanda; "mən ikiüzlü deyiləm, içimdən keçəni söyləyirəm" deyər. Halbuki əxlaqsızlıq edir. Nəzakət deyilən bir şey var, münafiq odun kimidir.
Münafiq çox düşüncəsiz olar. Nəzakət nədir bilməz, ədəb nədir bilməz, kütdür. Quran ayələrinə diqqət yetirsəniz ağıllarına gələn ilk şeyi söyləyirlər. Şeytanın ilk fısıltısını söyləyər münafiq.
Münafiq çox ağıllı və məlumat sahibi olduğunu iddia edər, halbuki çox düşüncəsiz, ağılsız və kobuddur.
Mömini gücləndirən münafiqlərdir. Yoxsa möminin cənnətdəki mövqeyi yüksəlmir. Münafiqin ədəbsizlikləri, oyunları, hiyləgərlikləri, namərdlikləri, xainlikləri olmasa möminin mövqeyi müəyyən qədər arta bilər. Lakin münafiqlə çox yüksələr. Kafirlə bir yüksəlirsə münafiqlə milyon dəfə yüksələr. Çünki münafiq daha çox şiddətlidir.
Münafiqlərin ən böyük əxlaqsızlıqlarından biri, peyğəmbəri haşa ədalətsiz göstərməkdir. Münafiqdə həmişə üsyan ruhu vardır, şeytani düşüncə vardır.