Müsəlmanı ən çox münafiq həyəcanlandırar, şövqləndirər. Kitablar hazırlanmasına vəsilə olar, daha zənginliyə vəsilə olar, daha möhtəşəm fəaliyyətlərə vəsilə olar, təşəbbüsün sürətlənməsinə vəsilə olar. Müsəlmanların daha texniki və ağıllı düşünmələrinə səbəb olar. Münafiq, miskinlik və ətaləti tamamilə yox edər.
Münafiq möminə fövqəladə dərəcədə həyəcan verər, şövq verər, əzmini artırar, gücünü artırar. Gücə olan tələbi daha da çoxalar.
Münafiq, müsəlmanların əleyhinə olmağı, onlara kin və qəzəb bəsləməyi faydalı şey zənn edər. Halbuki bu kin və qəzəb onu yaşlandırıb, çökdürüb, xəstələndirib, həlak edən sistemdir.
Münafiq xidmətini göstəriş üçün edər, başqaları desin deyə. Müvəffəqiyyətli olmaq istəyər, yəni adının eşidilməsini istəyər. Allah üçün etməz, göstəriş üçün edər.
Münafiqlər özlərinin o pis fəlsəfələri üçün, o əxlaqsız düşüncələri, o qəddar ruhlarının meydana gətirdiyi pis siyasət üçün, öz aləmlərində peyğəmbərləri, imamları da yönləndirmək istəyiblər.
Münafiqlər, hər şeyin həmişə öz lehinə olmasını istəyər. O zaman pislik, əxlaqsızlıq etməzlər. Allah, Nur surəsi, 49-da; "əgər haqq lehində isə, ona boyun əyərək gələrlər" deyir. Xoşbəxt olaraq gələr, sevinər o zaman. Lakin öz mənfəətinə ziddirsə iyrəncləşər, yırtıcı olar, əxlaqsızlaşar münafiq.
Münafiq olmasa möminlərdə yorğunluq və miskinlik olar. Münafiq həyəcan yaradar. Güclü müdafiə mexanizmi yaradar.
Möminlərin müvəffəqiyyətli fəaliyyətləri münafiqi narahat edər. Möminlərin münasibətlərinin korlanmasını istəyər, bunun üçün çalışar. Lakin bu işdə müsəlmanlara dirilik verər.
Samiri ömrünün sonuna qədər tək yaşamışdır. Bu münafiqlərdə bir həyat tərzidir. Möminləri sevməzlər, bəyənməzlər. Özlərini çox böyük hesab edərlər. Buna görə də, möminlərlə danışmaq, onlarla bir yerdə olmaq da istəməzlər. Yalnız yaşamaq istəyərlər.
Möminlərin bir-birini sevməsi münafiqi çox narahat edər. Münafiq təkbaşına varlıqdır. Möminlərdən ümumiyyətlə uzaq olmaq istəyər. Çünki böyük olduğunu düşündüyü üçün, özünü möminlərə layiq görməz. O özünü çox böyük hesab edər.
Münafiq dara düşdükdə elçiyə sığınar, yoxsa elçidən nifrət edər. Çünki o böyüklük hissinə sahib olduğu üçün çox kinlidir. Lakin çətin vəziyyətdə ondan mənfəət əldə edəcəyini düşündüyü üçün, müvəqqəti olaraq onu sevirmiş təqlidi edər. Yoxsa ən çox kin bəslədiyi imamdır onsuz da, birinci hədəfi odur.
Münafiqlər elçiyə, imama təkcə öz mənfəətləri tələb etdikdə dəyər verərlər. Dəyər verir təqlidi edərlər. Hörmət göstərirmiş kimi görünərlər, sevirmiş kimi görünərlər.
Allah; "əhlinizi, ətrafınızı, sevdiklərinizi cəhənnəm odundan qoruyun" deyir. Bu dua ilə olar. Mömin dua etməlidir və səbəbə sarılmalıdır. Onları öyrətməlidir, əmri bil-maruf nəhyi anil-münkər etməlidir (yaxşılığı əmr edib, pislikdən çəkindirməlidir).
"Ey Rəbbim, mənə və bütün müsəlman qardaşlarıma" deyə dua edilər. Təkcə özünə dua etmək olmaz, çünki bütün möminləri cəhənnəmdən qurtarmaq üçün səy göstərmək fərzdir.
Bütün möminləri qurtarmaq üçün səy göstərmək və dua etmək vəlayətin tələbidir.
Gördünüz ki, bir şeytan pıçıltısı, qəlbinizdə qaraltı yaratdısa, qəlbinizdə narahatlıq yaratdısa bəlli ki, şeytandandır. Sevincinizi yox etdisə, şövqünüzü, həyəcanınızı yox etdisə bilin ki, şeytandandır. Dərhal Allaha sığınmalısınız. Həmçinin Quranla bunu bərpa etməlisiniz.
Müsəlmana qarşı sui-zənn, yaxud şeytandan gələn məlumata inanmaq mömini məhv edər və yavaş-yavaş İslamdan uzaqlaşdırar. Allah qorusun cəhənnəmə doğru yaxınlaşdırar.
Fasiqdən bir xəbər gəldikdə mömin bunu, doğrusu nədir deyə araşdırıb tapmalıdır. Kor-koranə inanmamalıdır. Hətta, bir səhv varsa, bunu da yenə Quranla, İslamla yox etməlidir.
Türkiyədə homoseksual təbliğata əsla icazə verilməsin. Homoseksuallığı müdafiə edən, onlarla əlaqəsi olan kəslərin xüsusilə dövlətin yüksək pillələrində vəzifə başına gətirilməsi olduqca təhlükəli olar. Çünki İngiltərə dərin dövləti bu tiplərlə dərhal əlaqə yaradır və idarələri altına alırlar.
Münafiq insanlara nifrət edər, lakin gizlicə özünü bəyənər. O qaranlıq dünyasında təkbaşına yaşamaq istəyər.
Möminlərin həmişə; "necə də gözəl, Allaha şükür, əlhəmdulillah" var, "maşaAllah" var, "inşaAllah" var. Münafiqdə həmişə rədd etmə var, həmişə mənfurluq var. Heç nəyi bəyənməz.