Möminlərin həmişə; "necə də gözəl, Allaha şükür, əlhəmdulillah" var, "maşaAllah" var, "inşaAllah" var. Münafiqdə həmişə rədd etmə var, həmişə mənfurluq var. Heç nəyi bəyənməz.
Ayədə şeytan; "onları şükür edən görməyəcəksən" deyir. Münafiqin xüsusiyyətidir. Münafiq şükür etməyi bilməz. Qənaətkar deyil. Allah nə gözəl yaradıb deməz. Hər şeydə o pis ruh, şeytani ruh fəaliyyətə keçər.
Müsəlman həmişə yaxşılıq etməyə çalışar, həmişə könül alandır, yaxşıdır. Münafiq isə heç nəyi bəyənməz. Hər şeydə qüsur tapar. Yəni şükür edən deyil.
Üsyankarlıq, anarxistlik, azğınlıq münafiq ruhunun imtina edilməz xüsusiyyətləridir. Şeytana tam bənzərdir. Şeytan münafiqin mürşididir.
Şeytan möminlərin rahatlığına, müvəffəqiyyətinə çox həsəd aparar. Möminlərin gözəlliyi, sağlamlığı, səhhəti, müvəffəqiyyəti, qabiliyyəti, çevikliyi, münafiqin, eynilə şeytanda olduğu kimi heç xoşuna gəlməz. Buna görə də, həmişə bir yerdən bacara bildiyi qədər zərər vermək istəyər.
Münafiq çox davakar və iyrəncdir. Ədabazlığa çox meyillidir. Asilik, hiyləgərlik, üsyankarlıq; şeytanda olan bu pis xarakter münafiqin ruhunda da var.
Münafiqin ən mühüm xüsusiyyətlərindən biri acı dilindən çox çirkin istifadə etməsidir. Çirkabın, fitnənin axını oradandır, dilindəndir.
Münafiqin şeytani enerjisi vardır. Fasilə vermədən iyrənclik edər, eyni şeytan kimidir.
Bəzi televiziya kanallarında qadınları xüsusilə davakar, tündxasiyyət, aqressiv, etibarsız, söyüşkən, əsəbi, fitnəkar kimi göstərirlər. Bu çox ürküdücüdür. Halbuki qadın dünyanın ən gözəl bəzəyidir.
Mehdiyyəti heç kim dayandıra bilməz. Bu Allahın qərarıdır, Allahın yazdığı taledir; dayandıra bilməzsən. Çırpındıqca Allaha qarşı xoşagəlməz rəftar göstərmiş olarsan.
Mehdiyyət Axırzamanın ən mühüm məsələsidir. İraqdakı, Suriyadakı hadisələrin tək səbəbi mehdiyyətdir. İslam aləmindəki hazırkı həyəcan və qarışıqlığın tək səbəbi mehdiyyətdir. Dünyanın hər yerində mehdiyyət yeri göyü inildədir.
Mehdini gözləmək ətalətə sövq etməz. Əksinə Mehdini gözləyən ölkələr ən şövqlü, ən müvəffəqiyyətli, ən çevik ölkələrdir. Musəvilər 3500 ildən bəri Moşiyah Mehdi gözləyərlər, dünyanın ən çalışqan millətidirlər. Heç bir şəkildə də tənbəlliyə də sövq etməmişdir. Əksinə şövqləndirmiş, müvəffəqiyyətli və çevik olmalarını təmin etmişdir.
Meyvələrin hər birinin içindəki minerallar, vitaminlər, şəkər nisbəti, karbohidrat nisbəti, qoxuları, uyğunluğu, hamısı müəyyən və tam olması lazım olduğu qədərdir. Təsadüf demək çox böyük zülmdür. Qara torpaqda belə şey təsadüfən olmaz.
Ənənəvi İslam anlayışına qarşı Quranın kafiliyini hər kəsə çatdırmalıyıq. Əks halda Əfqanıstan kimi, Suriya kimi, İraq kimi olmağımız çox asandır, Allah qorusun. Bu məsələdə vaxt itirmək çox təhlükəli olar. Osmanlını məhv edən ənənəvi İslam fəlsəfəsi ilə yenidən dirilmək qeyri-mümkündür.
Türkiyə dünyanın sevgi mərkəzi olmalıdır, sevgi müəllimlərinin məktəbi olmalıdır. Mərhəməti, şəfqəti, sevgini, dostluğu, qardaşlığı, yaxşılığı, gözəlliyi, təmizliyi dünyaya biz anlatmalıyıq.
Hər yerə keyfiyyət hakim olmalıdır. Keyfiyyətsiz hər ölkə dağılır. Keyfiyyətsiz hər cəmiyyət dağılır. Keyfiyyətin azalması bizim üçün milli təhlükədir.
Türkiyə keyfiyyətə olduqca əhəmiyyət verməli, ultramüasir olmalıdır. İnsanlarımız çox gözəl geyinməli, gözəl danışmalı, gözəl yeməli, gözəl içməlidir. Şəhərlərimiz Parisdən, Londondan çox keyfiyyətli olmalıdır.
Keyfiyyətsizlik İslam aləmini bürüdü. İngiltərə dərin dövləti İslam ölkələrində keyfiyyətsizliyi, bəsitliyi heyrətamiz şəkildə təşviq edir; kobud, sadə və ağılsız nəsil olmasını istəyir. Nəzakətsiz, mədəniyyətsiz, incəsənətdən uzaq, milli şüurdan uzaq nəsil olmasını istəyir. Həmçinin bunun üçün televole mədəniyyətini mümkün qədər yayırlar.
Amerika və Avropa silah ehtiyatlarını müsəlmanları öldürərək yox edir. Münafiqlərin ucbatından bu çıxılmaz vəziyyət davam edir.
Dünya zavodlarında istehsal edilən bütün silahlar müsəlmanları öldürmək üçün istifadə edilir. Münafiqlər də axmaq və alçaqcasına bu oyuna alət olurlar.
İngiltərə dərin dövləti gəncləri ədabaz və asi olmağa təşviq edir. Hörmətli, alicənab, nəzakətli insanları da anormal kimi göstərməyə çalışır.