Müsəlman hər şeyi Allahdan istəyər. Allahın yerinə haşa Allahın hər hansı qulunu əsas götürmək şirk olar. Müsəlman şirkdən qaçmalıdır.
Türk dövlətləri və bütün İslam ölkələrinin birləşdiyini görəcəyik inşaAllah. Qardaşlıq, sevgi və dostluq üçün birləşəcəklər.
Allah Özünü sevəni sevər. Allah Özünə yaxınlaşana daha da çox yaxınlaşar.
Şeyx Nazım Kıbrısi həzrətlərinin övladları çox dəyərli insanlardır. Onlar bizə Sultanımızın əmanətidir, hər biri bizim üçün çox dəyərlidir.
Heyvanlara sevgi göstərildikdə daha da çox gözəlləşirlər, hərəkətləri də gözəl olur.
Şans Allahın taledə o insana məxsus yaratdığı imkanlar və ya çətinliklərdir. Kortəbii təsadüf mənasında olan şans yanlışdır. Hər şey taledədir.
Öyünmə nəzakət çatışmazlığından və cəhalətdən irəli gələr. İnsan, nəzakəti, biliyi artdıqca lovğalanmağın alçaldıcı olduğunu anlayar.
Namus dinin hamısıdır. Dinin qorunması namusdur.
İnsanlar uşaqlıqdan etibarən kədəri, qəzəblənməyi, nifrəti, həyəcanı öyrənir. Mömin bu mənfi halları Quran tərbiyəsi ilə nəzarət altına alır.
Sevgi, dostluq, qardaşlıq olsa insanların, evlərin, ölkələrin arasında divarlar olmaz.
Yaşlılıq imtahan cəhətdən daha çətindir, lakin dəyərlidir. Yaşlılıqdakı savabın nemətini yaxşı bilərək yaşayan insan gözəl ruh qazanmış olar.
Putin dinə hörmət edən və müsbət düşünən insandır. Cəsarəti və İngiltərə dərin dövlətinin əleyhinə çıxması da gözəldir. Türkiyə və Rusiya möhkəm dost olmalıdır.
Gənclərə ümumi biliyi sevdirmək lazımdır. Ümumi bilikli insanın gözəlliyi və keyfiyyəti gənclərə yaxşı izah edilsə, onlar da sevərək ümumi biliklərini artırarlar.
Özbəkistan da, bütün türk dövlətləri də hər cəhətdən Türkiyənin öz qardaşıdır.
Dünya imanla gözəldir. Həyat Allah sevgisi ilə, Allah qorxusu ilə və imanla məna qazanar. Allah sevgisi olmadıqda dünya cəhənnəm kimidir.
İstədiyimiz hər şey cənnətdə olacaq. Dünyada isə istədiklərimizin bir qismini təxirə salmaq məcburiyyətində qalarıq.
Daşların gözəlliyi, çiçək gözəlliyi kimi xüsusi nemətdir. Allahın daşlarda bu qədər incə sənət yaratması çox böyük gözəllikdir.
İnsanlara dərinlik, həyat sevinci, mühakimə və ağıl gücü verən iman və Allah sevgisidir. Allah qorxusu olmadan bunların heç biri olmaz.
Allahın və axirətin mövcudluğunu bilmək uşaqlara hüzur verər. Allah sevgisi və axirət inancı ilə yetişən uşaq əsaslı olar.
Uşaqlar onlara dəyər verilməsini xoşlayarlar. Onlarla böyük insanla danışırmış kimi danışıb ağıllı üslubla izahat vermək lazımdır.
Allah heyvanları sevməyimiz üçün xüsusi olaraq bu qədər sevimli və şirin yaradır.