Daşların gözəlliyi, çiçək gözəlliyi kimi xüsusi nemətdir. Allahın daşlarda bu qədər incə sənət yaratması çox böyük gözəllikdir.
İnsanlara dərinlik, həyat sevinci, mühakimə və ağıl gücü verən iman və Allah sevgisidir. Allah qorxusu olmadan bunların heç biri olmaz.
Allahın və axirətin mövcudluğunu bilmək uşaqlara hüzur verər. Allah sevgisi və axirət inancı ilə yetişən uşaq əsaslı olar.
Uşaqlar onlara dəyər verilməsini xoşlayarlar. Onlarla böyük insanla danışırmış kimi danışıb ağıllı üslubla izahat vermək lazımdır.
Allah heyvanları sevməyimiz üçün xüsusi olaraq bu qədər sevimli və şirin yaradır.
Müsəlmanların Allahın haram etdiyi homoseksuallığın təbliğatına qarşı diqqətli olmaları, demokratik reaksiya haqlarından istifadə etmələri lazımdır.
Pis zarafat etmək qəti qadağandır. Qarşı tərəfi şoka salan, pis vəziyyətə salan zarafat etmək olmaz. Zarafat qürurlandırıcı olmalıdır.
Sevgi olmadan hörmət yaranmaz, təkcə süni hörmət nümayişi yaranar.
Gələcək çox gözəldir, çox parlaqdır. Çünki Allahın vədi var. Hz. Mehdi və İsa Məsihi görəcəyik inşaAllah.
Ağrını yaradan da, ağrıkəsicini vəsilə edərək ağrını yox edən də Allahdır.
Hər şeyin Allaha məxsus olduğunu bilən və hər şeyi Allahın yaratdığına iman edən biri qısqanclıq duyğusu yaşamaz.
Gənclərin həm Avropa sayağı və keyfiyyətli olmaları, həm də adət-ənənələrimizi çox yaxşı öyrənib özümüzə sahib çıxmaları lazımdır.
Mənim üçün ən yaxşı insan Allahın rizasına ən çox tabe olan insandır.
Bir insanın ən dəyərli zamanı Allahı ən çox sevdiyi, bütün diqqətini Allaha yönəltdiyi zamandır.
Kədərli insanların arabesk musiqi dinləməsi dərin travmalara səbəb ola bilər. Kədər olduqda Allaha sığınıb sevinc istəmək lazımdır.
Bütün insanların sevgiyə ehtiyacı var. Xüsusən əqli cəhətdən əlil qardaşlarımıza çox güclü şəfqət və mərhəmət göstərilməlidir.
Bir hədisin doğru olması üçün Qurana uyğun olması və ya hədisdə bildirilən hadisənin reallaşması lazımdır. O zaman bu hədisə güvənə bilərik.
Heyvan sevgisi çox mühümdür. İnsanların bir qismi heyvanları sevməyin qiymətini və gözəlliyini hələ yeni anlamağa başladı.
Kiprdən torpaq istəmək, həm Kipr türk xalqına, həm də millətimizə təhqirdir. Heç kim bu cür təklif belə irəli sürməməlidir.
Qadınlara qarşı bəzi yerlərdə mərhəmətsiz qaydalar tətbiq olunur. Qadınlara lazım olan hörmət və dəyərin verilməsi mehdiyyətlə mümkün olacaq.
Hər kəs bir-birini çox sevsə, qadınların üstündəki təzyiq, gərginlik aradan qalxsa, cənnət kimi mühit olar və insanlar da xoşbəxt yaşayarlar.