Müsəlman həmişə həlimdir. Biz həmişə hüquqi yollardan həll axtarırıq. Heç bir zaman üçün bir nəfsi-müdafiə yoluna getmədik. Mütləq qanunla hüquqla, demokratik üsullarla mübarizə apardıq. Ondan kənara heç bir zaman üçün çıxmadıq və çıxmarıq da.
Hz. Musa (ə.s), Firona təbliğə gedərkən ilk olaraq yaradılışdan bəhs etmişdir.
Mehdi (ə.s) və tələbələri son dərəcə igid və cavan, mərd xasiyyətlidirlər.
Allah, dəccaliyyətə qarşı sərt davranmayın, elmlə, şəfqətlə və mülayim davranın deyir.
Quranın və hədislərin işarələrinə görə, Mehdi (ə.s) çox əsaslı sınaqlardan, çətin imtahanlardan keçəcək.
Mehdi (ə.s)-ın anasının kədərlənəcəyi hadisələr olacaq, amma o, Allahın xüsusi bir ilhamla ürəyinə rahatlıq verməsi ilə kədərlənməyəcək.
Mehdi (ə.s) həm sevəcək, həm də seviləcək. Sevməkdən və sevilməkdən xoşlanan bir insan olacaq.
Müqəddəs Sandıq yaxın bir zamanda tapılacaq və sandığın tapılması dünyaya çox böyük təsir edəcək.
Müsəlman heç bir şey üçün "əfsus" deməz. Dayanmadan Allah tərəfindən izlənildiyini bilər. Təvəkküllüdür.
Allah Quranda, bir şeyi unutduğumuz zaman Onu zikr etməyimizi söyləyir.
İslam Birliyi olanda əsgər gücündən istifadə etməyə ehtiyac qalmaz, qeyri-adi bir bərəkət yaranar. Mədəniyyətdə, sənətdə, elmdə, sənayedə hər sahədə çox böyük inkişaf olar.
İslam Birliyinin meydana gəlməsinə Darvinizm-materializm maneə törədir. Darvinizm bitəndə İslam Birliyi dərhal yaranar.
Həll Türk Silahlı Qüvvələrini gücləndirmək deyil, Türk milli mədəniyyətini gücləndirməkdir, Darvinizmin, materializmin etibarsızlığını elmi olaraq izah etməkdir. PKK-ya qarşı fikri mübarizə olmadığı müddət ərzində hər hansı bir nəticə əldə etmək mümkün deyil.
Universitet tələbəsi fikrə açıq, aydın və demokratik olmalıdır.
Kommunist PKK, cənub-şərqdə Pol Pot Rejimi kimi bir rejim düşünür. Allah verməsin. Lakin bir qisim insanlar kommunist bir idarənin gətirəcəyi bəlaları dərk edə bilmirlər.
Millət olaraq biz Öcalanın da, PKK-nın da nə olduğunu bilirik. İmanla, Quranla aldığımız torpaqları üç-beş soyğunçuya vermərik.
Öcalan on minlərlə polisimizin, əsgərimizin şəhid olmasına səbəb olmuş bir insandır, qatildir. Guya onu şirin göstərmək, qanuni göstərmək oyununa qarşı diqqətli olmaq lazımdır.
Allah qoç igid polislərimizi, əsgərlərimizi namərd güllələrdən qorusun. Onlara həmişə yaxşılıq, bolluq, sevinc versin. Polisimiz, əsgərimiz Allah üçün, vətən üçün Peyğəmbər ocağındadırlar. Onların hər anı bir savabdır, inşaAllah.
Baxarkən, Darvinizmi müdafiə edənlərin çoxunun çox biliksiz insanlar olduqlarını görürük. Mədəniyyətsizlik və biliksizlik çox böyük problemdir.
Müsəlman hər inanca mənsub insanın xoşbəxt yaşamasını istəyər, hər kəsi düşünər. "Əvvəl qardaşlarım" deyər, "mən" deməz.
Mehdi (ə.s) məğlub olmaz, Mehdi (ə.s)-a kömək edənlər də məğlub olmazlar.