Həll Türk Silahlı Qüvvələrini gücləndirmək deyil, Türk milli mədəniyyətini gücləndirməkdir, Darvinizmin, materializmin etibarsızlığını elmi olaraq izah etməkdir. PKK-ya qarşı fikri mübarizə olmadığı müddət ərzində hər hansı bir nəticə əldə etmək mümkün deyil.
Universitet tələbəsi fikrə açıq, aydın və demokratik olmalıdır.
Kommunist PKK, cənub-şərqdə Pol Pot Rejimi kimi bir rejim düşünür. Allah verməsin. Lakin bir qisim insanlar kommunist bir idarənin gətirəcəyi bəlaları dərk edə bilmirlər.
Millət olaraq biz Öcalanın da, PKK-nın da nə olduğunu bilirik. İmanla, Quranla aldığımız torpaqları üç-beş soyğunçuya vermərik.
Öcalan on minlərlə polisimizin, əsgərimizin şəhid olmasına səbəb olmuş bir insandır, qatildir. Guya onu şirin göstərmək, qanuni göstərmək oyununa qarşı diqqətli olmaq lazımdır.
Allah qoç igid polislərimizi, əsgərlərimizi namərd güllələrdən qorusun. Onlara həmişə yaxşılıq, bolluq, sevinc versin. Polisimiz, əsgərimiz Allah üçün, vətən üçün Peyğəmbər ocağındadırlar. Onların hər anı bir savabdır, inşaAllah.
Baxarkən, Darvinizmi müdafiə edənlərin çoxunun çox biliksiz insanlar olduqlarını görürük. Mədəniyyətsizlik və biliksizlik çox böyük problemdir.
Müsəlman hər inanca mənsub insanın xoşbəxt yaşamasını istəyər, hər kəsi düşünər. "Əvvəl qardaşlarım" deyər, "mən" deməz.
Mehdi (ə.s) məğlub olmaz, Mehdi (ə.s)-a kömək edənlər də məğlub olmazlar.
Mədəni fəaliyyətlərimiz elmlə, sevgi ilə və böyük bir coşğu ilə davam edir.
Hədislərdə bildirildiyinə görə, axırzamanda Mehdi (ə.s)-a bəzi xurafatçı qadın dəccallar müsəllət olacaq.
Fikirinə güvənən adam qarşısındakını susdurmaz. Əksinə daha çox danışdırar ki, daha yaxşı məğlub edə bilsin.
Televiziyalarda, orada-burada "Mehdi gəlməyəcək" deyə qışqırırlar. Mehdi gəlməsə dəccal gəlir. Mehdi (ə.s)-ın yerini boşaltmağa cəhd etsən, dəccal gəlib onun yerinə oturar.
Xristian aləminin başına müsəlman olaraq İsa Məsih keçəcək. Mehdi (ə.s) da İslam aləminin başına keçəcək. İsa Məsih Mehdi (ə.s)-a tabe olduğu üçün xristian aləmi də İslam aləminə tabe olmuş olacaq və beləcə dünyada tək bir quruluş, qardaşlıq yaranacaq. Döyüş, terror, anarxiya hamısı sona çatacaq. Aclıq, səfalət qalxacaq. Yerini qardaşlıq, sevinc və bayram tutacaq. Bunu heç kim gecikdirməsin.
Dünyada təkamül nəzəriyyəsini müdafiə edən, bir dənə də qalıq yoxdur. Türkiyədə on minlərlə qalıq var. Hər yerdə də sərgilənir. Bütün elmi dəlillər yaradılışın tərəfdarıdır. O zaman edəcəyiniz səmimi olmaqdır.
Bütün Türkiyədə və bütün dünyada çoxlu fosil sərgisi edək. Fosilin gücü o qədər şiddətlidir ki, yazıya da bənzəmir, danışmağa da bənzəmir. Görən adama çox təəccüblü təsir edir. Dərhal qərara gəlir. Ona görə solun tarixində görülməmiş bir çaxnaşma yaşanır.
Heç bir möcüzə ağılın ixtiyarını qaldırmaz. İmtahan dünyasındayıq. İnsanlar zənn edir ki, məsələn, İsa (ə.s) əli ilə bir işarə edir, dərhal süfrənin üstündə bir anda yeməklər yaranır. Olarmı? O zaman o biri ümmətlərə haqsızlıq olar. Cənab Allah elə bir şey etməz. Ağılın ixtiyarını qaldıracaq heç bir şey olmaz. İsa Məsih dua edəndə içəridəki otaqlardan birinə getdiklərində bir süfrənin hazır olduğunu görürlər.
Fiqhi izahla nəticə alınmayacağını görməlidirlər. Ən gözəl fəaliyyət, adamın imanını təhqiqi hala gətirməkdir. Allahdan qorxusunu artırmaqdır. Allahın varlığına qəti qane olsa bir insan, təhqiqi iman ürəyinə yaxşıca sirayət edər, gözəl şəkildə ruhunu, ürəyini əhatə edər, bağlı olarsa o zaman olar. Yoxsa davamlı "Bu haramdır, bu halaldır" deməyin çox təsiri olmaz.
Din Qurandır. Quranı yaşayırsansa tamamdır. Yoxsa şam ağacını işıqlandırmaq, bağçanı, küçəni işıqlandırmaq dinlə ziddiyyət təşkil etməz.
Kürd qardaşlarımızın rahatlaması İslam Birliyi ilə olar. İslam Birliyi ilə onlar olduqca azad, rahat və dinc yaşayacaqlar, inşaAllah.
Demokratik insan, fikrinə güvənən insan azad bir zəmin istər və hər cür fikirə də açıq olar. Dinləməsini də bilər, danışmasını da bilər.