Münafiqdə dəhşətli dərəcədə kin və nifrət vardır. Sevgidən qürur, əzəmət və təkəbbür üçün istifadə edər.
Münafiqin üzü bir cəhənnəm insanının üzü kimidir, dili də şeytan dili kimi çox acıdır. Onunla öz aləmində müsəlmanlara zərər vermək istəyər. Lakin tam əksinə bu müsəlmanda, dəhşətli dərəcədə oyanıqlıq, canlılıq, fəallıq və çevikliyə səbəb olar. Heç bir zərər verə bilməz.
Necə ki, biz cəhənnəmi gördükdə cənnətin qiymətini daha yaxşı anlayırıqsa, cəhənnəm əhli kimi olan münafiqi gördükdə də müsəlmanların və imanın qiymətini daha yaxşı anlamış olarıq. Müqayisə aparmağa imkan yaradar.
Müsəlmanların sevinci münafiqdə zəhər təsiri yaradar.
Münafiq müsəlmanların arasında etdiyi pisliyi, əxlaqsızlığı, küfr əhlinin arasında da çox rahat edəcəyini zənn edir. Hər yerdə edərəm deyir. Halbuki müsəlman Allahdan qorxduğu üçün şəfqətlidir. Lakin Allah küfr əhlinin arasında həlak edir.
Rəsulullah (s.ə.v) dövründə də münafiqlər həmişə oğru idi. Həmişə qəsbkar, əxlaqsızdılar. Müsəlmanların malını, mülkünü oğurlamağa meyilli idilər.
İngiltərə dərin dövləti münafiqləri dünya səviyyəsində təşkil edən bir sistemdir. İngiltərə dərin dövləti Müsəlmanların arasına bu şeytanlarından bir və ya bir neçəsini daxil etdi. Buna qarşı diqqətli olunmalıdır.
Üstün ağıl, İngiltərə dərin dövlətidir. Chatham House da bunların beynidir. O beynin məktəbidir.
Darvinizm Allahı inkar edən dəccaliyyətin inancıdır. Allahı inkar etmə fəlsəfəsidir.
Darvinist düşüncə Türkiyədə Allahı inkar edən düşüncədir. Biz İslam aləminin qəlbiyik. Bizə darvinist materialist təhsil olmaz. Biz qabaqcıl olaq, İslam aləmi də bizdən nümunə götürsün.
Bu günə qədər münafiq tam təsvir edilmədiyi üçün (Quranda var, lakin insanlar həyata keçməyini bilmir) münafiqlər İslam aləmində əllərini qollarını yelləyərək fəaliyyət göstərirlər. Lakin münafiqi çox açıq təsvir etsən, hər kəs də su kimi əzbərləsə münafiq zehniyyətin dünyada həyat sahəsi qalmamış olar.
Münafiqin rəzil-rüsvay edilməsi, çox yaxşı tanıdılması, dünyada sanki yaşaya bilməyəcək hala gətirilməsi, hz. Mehdi (ə.s) dövründə olacaq. Buna görə də, hər münafiq o münafiq əlamətlərindən, nifaqdan məcburən imtina etmiş olacaq. Mehdi (ə.s) dövründə heç bir nifaq əlaməti görülməyəcəkdir.
Mehdiyyət dövründə münafiqlər imanın nuru içində mənəvi cəhətdən boğulacaqlar. Münafiqlərin fitnəsi və nifaqı mehdiyyət dövründə heç yaranmayacaq.
Münafiq tərifləndiyi vaxt, daha fəal, daha aktiv hala gələr. Tənqid edildiyi zaman da iflic olar. Azğınlaşar, tərsləşər, bütün etdiklərindən də əl çəkər. Psixopat xarakteri olduğu üçün, tam əksinə hərəkət etməyə başlayar.
Müsəlmana heç nə olmaz. Münafiq çox ağılsız, imansız olduğu üçün, müsəlmanların əleyhinə çox böyük şey olacaq zənn edər. Çox dara düşdüyü vaxt kimi görünən dövr müsəlmanın ən yüksəldiyi dövrdür, ən yaxşı olduğu dövrdür.
Şərtlər nə qədər çətin olsa, mömin o qədər çox savab qazanar. Ən çox sıxışdırıldığı dövr, möminin ən çox savab qazandığı dövrdür.
Münafiq hərəkət etmək istəməz. İslama xidmət etmək istəməz. Halbuki oturmaq ona fəlakət gətirər. Mömin də hərəkət etdiyi üçün, İslama xidmət etdiyi üçün, o hərəkətlilik ona bərəkət gətirər.
Möminə gələn müsibət onun cənnətini genişləndirər, vəlilik məqamı qazandırar, ona sağlamlıq, səhhət, gözəllik bəxş edər və ya şəhadətlə birbaşa cənnətə getməsini təmin edər. Lakin münafiqin cəhənnəmini genişləndirər. Dünyada da, axirətdə də sonsuz bəlaya səbəb olar.
Münafiq müsəlmanı gümrahlaşdırar, cavanlaşdırar, sağlamlıq və səhhət qazandırar. Özünü çökdürər, xəstələndirər. Möminin cənnəti genişlənərkən, onun cəhənnəmi genişlənər. Allah belə gizli, bərəkətli sistem yaratmışdır.
Münafiqin bütün ömrü sürünməklə keçər. Həmişə şeytan əməli düşünmək, əxlaqsızlıq düşünmək, müsəlmanlara azacıq da olsa zərər verə biləcəyini düşünmək, bütün məsələsi budur.
Münafiq, bir xəstəlik olaraq, yaxınlaşdığı müsəlmanlardan bacara bildiyi qədər istifadə etməyə çalışar. Ən kiçik bir işi belə olsa onlara etdirmək istəyər. Onu qazanc kimi görər. İslamın, müsəlmanın işini görməyi də böyük zərər kimi görər, çox iztirab çəkər.