Münafiq salam deyər, lakin qəlbi kin və nifrətlə doludur. Müsəlmanların malını heyvani düşüncə ilə yağmalamaq istəyər. (Münafiqlərin özlərini ələ verən əlamətləri vardır: Salamları lənətdir. YEMƏKLƏRİ QƏSB VƏ YAĞMADIR. Qənimətləri hiylə ilə qazancdır. Məscidlərə fasilələrlə yaxınlaşarlar. Məsciddə qılınan namazın sonuna ancaq yetişə bilərlər. Təkəbbürlüdürlər. Nə sevilər, nə də sevərlər. GECƏ ODUN KİMİ SƏSSİZ, GÜNDÜZ GURULTU SALANDIRLAR. (İmam Ahmed ve Bezzar, Cemul Fevaid, №8110)
Münafiq görünməyən yerdə dəstəmaz almaz, namaz qılmaz. Allahın zikr edildiyi mühitlərdə olmaq istəməz. Dini yalnız göstəriş üçün yaşayar.
Münafiqlər müsəlmanlara zərər verəcəklərini düşündükləri strukturlarla ittifaq edərək axmaq düşüncələrinə görə müsəlmanları qorxutmağa çalışarlar. (Ali İmran surəsi, 173: Onlar, özlərinə insanların: "Sizə qarşı insanlar topla(n)dılar, onlardan qorxun" dedikləri halda, imanları artanlar və: "Allah bizə kifayət edər, O necə gözəl vəkildir" deyənlərdir).
Münafiqlərin də tərəfdarları var. Onlar da münafiqlərə xəbər daşıyarlar. Gizlincə ittifaq qurmuş vəziyyətdədirlər. Bu tərəfdarlar Allaha deyil, münafiqə sadiqdirlər.
Münafiq İslama faydalı olmağı əsla istəməz. O pis ruhu həmişə əzab içində qıvrılar, lakin pislikdən heç cür imtina etməz.
Münafiqdə kilid xarakter var. Peyğəmbərin hər söylədiyinin əleyhinə şərh verərək müsəlmanları kilidləməyə çalışar.
Hal-hazırda müsəlmanların başındakı ən böyük bəla münafiqlərdir. Misirdə, Pakistanda, İraqda münafiqlər ucbatından müsəlmanlar əzilirlər.
Münafiqlə ağıllı mübarizə aparmaq, müsəlmanın ən mühüm xüsusiyyətlərindəndir. Münafiqlərə qarşı müvəffəqiyyət qazanan küfr əhlinə qarşı da müvəffəqiyyət qazanar.
Hz. Musa dövründə münafiqlər Fironun zülmündən xilas olduqlarına şükür etmək əvəzinə Misir sistemindəki həyatı tələb ediblər. (Bəqərə surəsi, 61: Siz (isə belə) demişdiniz: "Ey Musa, biz bir növ yeməyə dözməyəcəyik, Rəbbinə yalvar da, bizim üçün yerin bitirdiklərindən paxla, yemiş, sarımsaq, mərcimək və soğan bitirsin". (O zaman Musa:) "Xeyirli olanı, bu dəyərsiz şeylə dəyişdirmək istəyirsiniz? (Elə isə) Misirə enin, çünki (orada) özünüz üçün istədiyiniz vardır" demişdi. Onların üzərinə zillət və yoxsulluq (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu, şübhəsiz ki, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. (Həmçinin) bu asi olduqlarına və həddi aşdıqlarına görə idi.)
Münafiq küfr əhlinə heyrandır, lakin küfr əhlinin yanına getməz. Müsəlmanların içində vərəm mikrobu kimi baş bəlası olmağa çalışar.
Münafiq mütləq alçaqlıq etmək istədiyi üçün bütün ömrü gərginlik, pislik, yaltaqlıq içində keçər. Münafiqlərin aqibətləri də həmişə faciəvi olmuşdur.
Münafiq hər şeyin gizlisindən zövq alar. Qanuni, rahat, hüzurlu yaşamaqdansa alçaqlıq, xainlik istəyər. Münafiqdə körpü altındakı çaqqal xarakteri var.
Allah müsəlmanlara münafiqlərin ani basqınlarına və hücumlarına qarşı həmişə ayıq-sayıq və diqqətli olmalarının lazım olduğunu bildirmişdir. Çünki münafiqlər ən kiçik imkandan belə müsəlmanların əleyhinə istifadə etməyə cəhd edər və bu məqsədlə həmişə müsəlmanları müşahidə edərlər.
Allah münafiqləri ağılları qapanmış şəkildə yaradıb. Sınaq heyvan balası kimi bir qutunun içində dönüb fırlanar, həmişə rəzil-rüsvay olarlar.
Münafiq hər dövrdə dərin dövlətlə birlikdə plan qurar, gecə müsəlmanlar əleyhinə tələlər qurar və xainliklərini həyata keçirər. (Nəml surəsi, 49: Öz aralarında Allaha and içərək, dedilər: "Gecə mütləq ona və ailəsinə basqın edib, sonra da onun vəlisinə: “Ailəsinin yox oluşuna şahid olmadıq və həqiqətən doğru danışanlardanıq” deyək.)
Münafiqlər hz. Musanın, hz. Lutun başına bəla olmuş, Peyğəmbərimiz (s.ə.v)-dən sonra Əlini, Həsəni, Öməri şəhid etmişlər. Münafiqlər çox xain və alçaqdırlar.
Münafiqlər müsəlmanların rahat olduğu anlardan faydalanmaq istəyər, buna görə də, ani basqın üsullarından istifadə edərlər. Münafiq öz aləmində müsəlmanları qəfildən ovlamaq istəyər, bundan ötrü ani təşəbbüslər edər. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər evlərə arxa tərəfdən daxil olurdular. Münafiq gizlincə və ani girişlərlə müsəlmanların əleyhinə əldə edəcəyi və özünə mənfəət təmin edəcəyi bir şeyin olub-olmadığını görmək istəyər.
Dəccaliyyət həmişə intiqam hissi ilə hərəkət edər. Hədislərdə yanında od olduğuna diqqət çəkilir. Yanğınlar törətmək dəccaliyyət hərəkətidir.
Münafiqlər uşaqlardan belə nifrət edərlər. Suda boğulan qaçqın uşaqlara belə saxta hesablarında kin qusacaq qədər əxlaqsızdırlar.
Tramp həmişə Allahdan bəhs etsə Amerikaya bərəkət, gözəllik, bolluq gələr, “Amerikan xəyalı” təkrar canlanar, belə davam etsin.
Allah qəlblərə gözəl sevgi verirsə bu, iman neməti olaraq Allah tərəfindən yaradılar.