Münafiq küfr əhlinə heyrandır, lakin küfr əhlinin yanına getməz. Müsəlmanların içində vərəm mikrobu kimi baş bəlası olmağa çalışar.
Münafiq mütləq alçaqlıq etmək istədiyi üçün bütün ömrü gərginlik, pislik, yaltaqlıq içində keçər. Münafiqlərin aqibətləri də həmişə faciəvi olmuşdur.
Münafiq hər şeyin gizlisindən zövq alar. Qanuni, rahat, hüzurlu yaşamaqdansa alçaqlıq, xainlik istəyər. Münafiqdə körpü altındakı çaqqal xarakteri var.
Allah müsəlmanlara münafiqlərin ani basqınlarına və hücumlarına qarşı həmişə ayıq-sayıq və diqqətli olmalarının lazım olduğunu bildirmişdir. Çünki münafiqlər ən kiçik imkandan belə müsəlmanların əleyhinə istifadə etməyə cəhd edər və bu məqsədlə həmişə müsəlmanları müşahidə edərlər.
Allah münafiqləri ağılları qapanmış şəkildə yaradıb. Sınaq heyvan balası kimi bir qutunun içində dönüb fırlanar, həmişə rəzil-rüsvay olarlar.
Münafiq hər dövrdə dərin dövlətlə birlikdə plan qurar, gecə müsəlmanlar əleyhinə tələlər qurar və xainliklərini həyata keçirər. (Nəml surəsi, 49: Öz aralarında Allaha and içərək, dedilər: "Gecə mütləq ona və ailəsinə basqın edib, sonra da onun vəlisinə: “Ailəsinin yox oluşuna şahid olmadıq və həqiqətən doğru danışanlardanıq” deyək.)
Münafiqlər hz. Musanın, hz. Lutun başına bəla olmuş, Peyğəmbərimiz (s.ə.v)-dən sonra Əlini, Həsəni, Öməri şəhid etmişlər. Münafiqlər çox xain və alçaqdırlar.
Münafiqlər müsəlmanların rahat olduğu anlardan faydalanmaq istəyər, buna görə də, ani basqın üsullarından istifadə edərlər. Münafiq öz aləmində müsəlmanları qəfildən ovlamaq istəyər, bundan ötrü ani təşəbbüslər edər. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər evlərə arxa tərəfdən daxil olurdular. Münafiq gizlincə və ani girişlərlə müsəlmanların əleyhinə əldə edəcəyi və özünə mənfəət təmin edəcəyi bir şeyin olub-olmadığını görmək istəyər.
Dəccaliyyət həmişə intiqam hissi ilə hərəkət edər. Hədislərdə yanında od olduğuna diqqət çəkilir. Yanğınlar törətmək dəccaliyyət hərəkətidir.
Münafiqlər uşaqlardan belə nifrət edərlər. Suda boğulan qaçqın uşaqlara belə saxta hesablarında kin qusacaq qədər əxlaqsızdırlar.
Tramp həmişə Allahdan bəhs etsə Amerikaya bərəkət, gözəllik, bolluq gələr, “Amerikan xəyalı” təkrar canlanar, belə davam etsin.
Allah qəlblərə gözəl sevgi verirsə bu, iman neməti olaraq Allah tərəfindən yaradılar.
Münafiq Quran ayələrinə inanmaz, dolayısilə münafiqlik mövzusundan münafiqlər heç təsirlənməz, çünki heysiyyətsiz, şərəfsizdir, alçaqdırlar.
Münafiqlər saxta hesablarında həmişə özlərini tərifləyərlər.
Nəhəng İslam aləmi bir dəstə münafiqin əlində əsir düşmüş vəziyyətdədir, buna görə də münafiqlərlə elmi mübarizə aparılması çox əhəmiyyətlidir.
Münafiqin internetdə bir öz həqiqi hesabı var, bir də dinsizliyini, alçaqlığını, kinini ortaya qoyduğu çox sayda saxta hesabı var. Münafiq öz hesabında istəməyərək İslamiyyəti dəstəkləyər, çox hiyləgər və namərdcəsinə bir üsul tətbiq edər, lakin əsil, münafiqin saxta hesabları çox əhəmiyyətlidir. Münafiq azğınlığını, namərdliyini, İslama və müsəlmanlara olan kinini saxta hesablarında qusar və axmaqcasına bunun görülmədiyini zənn edər.
"Münafiq internetdən hansı taktikalarla istifadə edər?" bunun çox yaxşı öyrədilməsi lazımdır. Münafiqin internetdəki üslubu nədir, bu da yaxşı araşdırılmalıdır. Münafiqlər gizli hesab sistemləri yaradarlar, internetdə və telefonda tutulmamaq üçün çox sayda üsul yaradarlar.
Bir çox filmdə guya "taleyi dayandıran, insanı öldürən və ya dirildən, fövqəlbəşər, İlah bənzəri varlıqlar var" imici yaratmağa çalışırlar. Bir çox filmdə İngiltərə dərin dövlətinin yönləndirməsi ilə güclü şəkildə Allahsızlıq təbliği edilir, lakin edənlər bunu dərk etmirlər.
Münafiqlərin Axırzamandakı mühüm silahı televiziya, radio, internetdir. Xüsusən film sektorundakı bəzi kəslər dəccaliyyətin nəzarəti altındadırlar. Hal-hazırda filmlərdə sıx şəkildə homoseksuallıq təbliğatı aparılır ki, bu dəccaliyyətin təşviqi ilə oldu.
Münafiqlər qəribə şəkillərdən sosial mediada təbliğat üçün istifadə edərək mesajlaşırlar, münafiqlərin şəkillərlə mesajlaşdıqları bilinmirdi. Münafiqlər həmçinin rumilik sözləriylə, rəqəmlərlə də öz aralarında gizlincə razılaşarlar.
Münafiqlər öz aralarında dəstə kimidirlər, biri tapılsa digərlərini müəyyənləşdirmək də mümkün olur.