Münafiq o qədər tənbəl və laqeyd və o qədər eqoistdir ki, beynini şeytana verər. Şeytan ona heyranedici məlumatlar verdiyi üçün, bu dəfə özünə heyran olar, həmin şeytanın verdiyi məlumatlardan ötrü. Yəni münafiq, boşboğazlığı və hazırcavablığıyla, saf, ağlı zəif olan müsəlmanları çox tez aldadar.
Münafiq o qədər iradəsizdir ki, əslində bir qədər iradəli olsa şeytana təslim olmaz. Lakin beynini də şeytana verir. Halbuki müqavimət göstərsə qurtaracaqdır.
Hz. Mehdi (ə.s) camaatı hicri 1506-cı ilə qədər mövcud olacaq. Hicri 1506-cı ildən sonra təbliğin şəkli, sistemi tamamilə dəyişəcək. Yəni artıq müsəlmanlar sanki masonlar kimi, çox gizli xüsusi işarələrlə görüşəcək, xüsusi simvollarla tanış olacaqlar. Çünki müsəlman olan hər kəsi öldürəcəklər. Quran yandırılacaq, ibadətə aid heç nə olmayacaq. Camilər dağılacaq, məscidlər dağılacaq. Kəbəni dağıdacaqlar, Kəbənin dümdüz ərazisi qalacaq. Müqəddəsata aid heç nə saxlamayacaqlar.
Birisi; "Niyə dünyada çətinlik var?" deyir. Başqa cür ayrıla bilmirsən dünyadan. Münafiq, mömin, müttəqi və yaxşıların bir-birindən fərqlənməsi üçün, bu çətin mühit məcburidir. Yoxsa asan olduqda hamısı haqqa keçər, münafiq də haqqa keçər. Lakin çətinlik olduqda münafiq ilişib qalır, keçə bilmir.
Münafiqin danışma gücü çox təəccüblüdür. Yəni hər hansı mömin öhdəsindən gələ bilməz. Çünki həmişə öz yoluna çəkər. Mömin diqqətsiz davranıb onun yoluna girər. Halbuki həmişə Quranla cavab verilməlidir. O şeytani rejimə girdiyi üçün, həmişə şeytani danışar. Mömin də diqqətsiz davranıb onun tərəfinə keçər. O da bu dəfə zəkası ilə danışar. Halbuki münafiqin zəkasına qarşı ağıl ilə danışmaq lazımdır.
Münafiq son anadək öz əxlaqsızlığını qəbul etməz. Axirətdə də qəbul etmir. Boşboğazlıq edir, bu dəfə isə, Allah danışığını kəsir. Allah dil gücünü yox edir.
Münafiqin faydası olduqca böyükdür. Müsəlmanın şövqünü, həyəcanı artırar. Mübarizə əzmini artırar. Dünyagörüşünü və diqqətini açar. Əgər daxilində halsızlıq, yorğunluq varsa, onu yox edər. Daha çevik, daha istəkli olar.
Münafiqi tez hiss etmək çox əhəmiyyətlidir. Bəzən də çox gec hiss edilər. Lakin istənilən halda, münafiq möminin savabını artırar, dərəcəsini artırar. Cənnətini genişləndirər.
Şeytan, münafiqin ağzından danışar. Bundan ötrü də, saf qəlbli müsəlmanlar münafiqin öhdəsindən gələ bilməz. Münafiq çox dilbaz olar. Şeytan həmin bu münafiqin ağzını ələ keçirər, beynini ələ keçirər. Artıq mübahisə etdiyin insan o olmaz, şeytan olar.
Ağlı zəif olanlar münafiqlərin təsiri altında qala bilərlər. Çünki Allah ayədə, "danışdıqları vaxt, sözlərinə qulaq asarsan" deyir (Münafiqun surəsi, 4). Münafiq dilini yaxşı işlədər. Çünki onun ağzı şeytana bağlanmışdır.
Allah rizasının ən çoxunu qazanmağa çalışmaq, münafiqin heç xoşlamadığı şeydir. Münafiq təkcə xoşladığı, mənfəətinə uyğun gələnləri qəbul edər. Mənfəətinə zidd düşəni qəbul etməz. Ona görə Quranın yalnız lehinə olan hissələri keçərlidir, nəfsinə uyğun olan hissələri. Nəfsinə uyğun olmayan yerləri qəbul etməz.
Bir insan münafiqlik xəstəliyinə tutulduqda özünü sevər, digər müsəlmanları sevə bilməz. Özünü bəyəndiyindən ötrü dəyişir. Etdiyi bütün əxlaqsızlıqlara don geyindirər. Hər mərifətsizliyinə izah gətirər. Münafiqin ən təhlükəli tərəfi isə, Quranla özünü müdafiə etməsidir. Yəni Quranı istədiyi kimi şərh edər.
Həm iman etdim deyir, həm də müsəlmanları sevmir, bu anormallıqdır. Bir insanın sadəcə özünü sevməsi vəhşi hərəkətdir. Müsəlmanlarda sevilməli tərəf tapmamağı da anormaldır.
Sağın ən böyük bəlası səmimi insanının az olmasıdır. Solun səmimi insanı daha çoxdur. İnsanların ruhunda olan sola meyletmə səbəbi, səmimiyyətə olan meylidir. Səmimi olmalıdırlar. Məsələn, sağda sevgi dolu insan çətin tapılır. Səmimi insan çətin tapılır. Amma solda tapılar.
İnad nədir? Əxlaqsızlıqdır, zalımlıqdır. Vicdanın qənaət gətirir, niyə inad edirsən? Kimə yaltaqlanmağa çalışırsan, kimə modabazlıq edirsən? Səni yaradanı sev. Allah: "Səni sevəcəyəm, lakin Mənə olan sevgini güclü şəkildə göstər, verdiyim nemətləri də təqdir et" deyir.
Allah 24 saat ərzində dayanmadan nemət verir, bəzi insanlarsa bu 24 saatın yarım saatını belə Allah üçün ayırmaq istəmir. Belə olduqda bəlaya layiq olur.
Allah: "Məni unutsanız, Mən də sizi unudaram" deyir. Unutsa müsibət gələr. Bu insanın ruhunda da var. Yaxşılıq edirsən pislik edir, nemət verirsən pislik edir. Sevgi göstərirsən, əxlaqsızcasına qarşılıq verir. Könlünü almağa çalışırsan, alçaqlıq edir. Bir dəfə səbir edərsən, iki dəfə səbir edərsən, üç dəfə səbir edərsən, sonra isə, onunla əlaqəni kəsərsən.
Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir. İnsan ruhunda da vardır bu; yönəltdiyi sevginin ən gözəl qarşılığını almaq istəmək. Allah da bunu istəyir.
Allah neməti bol verir, lakin nemətə şükür edilməməsi çox qəzəbləndirici hərəkətdir. Tutaq ki, sən bir saraya dəvət edildin, mükəmməl yeməklər verildi, şirniyyatlar və s. yeməyini yeyib, ayaqqabınla qapıya vurub, bağırıb qışqıraraq çıxıb getdin. Nə təşəkkür etdin, nə də heyran qaldın. Bax, belə etdinsə, bəla gələr.
Bəlanı uzaqlaşdıran Allaha olan sevgidir, Allaha olan yaxınlıqdır. Quranın bildirdiyi halal və haramlara diqqət yetirib, dəqiq olaraq İslamı yaşamaqdır. Bu, bəlanı dəf edər.
İnsanlar: “Bəlalar niyə gəlir?” deyə soruşur. Sən şükür etsən, bəla gəlməz. Şükür etməsən bəlaya layiq olarsan. Əlbəttə ki, müsəlman imtahan olunar, lakin bəla gəlməz.