Münafiq mütləq münafiqin yanına getmək istəyər. Onu maqnit kimi çəkər. Möminin yanında münafiq yanar. Münafiqlərin yanına getmək üçün şiddətli, coşğulu istək duyarlar. Oraya getdiyində oranı məkan seçər, ora onun cəhənnəmidir. Oradan artıq möminləri izləməyə başlayar.
Münafiqdə alçaqlıq kompleksi vardır. Möminlərə qarşı özünü böyük göstərmə əzmində olar.
Münafiq öz ağlına görə məntiq oyunları qurar. Məntiqlə yaxınlaşar, özünü təqvalı və hər cəhətdən üstün göstərməyə çalışar. Möminləri də hər cəhətdən özündən pis göstərməyə çalışar.
Münafiqlər Quran oxunduğunda qaçmağa yer axtarırlar. Allah ayədə, "Nifrətlə geri dönərlər" deyir. Amma boş bir söz eşitdiklərində gəlirlər, münafiqin xüsusiyyətidir.
Allah masonluğu müsəlmanlığın əmrinə verir. Tampliyerləri Allah müsəlmanların əmrinə verir. Allah illuminatini dünyaya hakimiyyət mənasında müsəlmanların əmrinə verir.
"Fələstinin haqlı mübarizəsi" deyilən şey, İsraillə Fələstinin barışıb, qardaşlıq içində yaşamasıdır. Yoxsa bölgədən İsrailin yox edilməsi, xəritədən silinməsi deyil.
Bizlər Allahın cahillik içində olan qullarıyıq, Alim olan Allahdır. Bizim Allahın öyrətdiyindən başqa bir elmimiz yoxdur.
Rifah səviyyəsi artdıqca əziyyət çəkən, qəm çəkən insanlar da qalmır. Bu zaman sənətkar də qalmır. Kasıb yaşayan, qəm və əziyyət çəkən insanlar çox gözəl sənət nümayiş etdirərlər. Allah, sevginin dərinləşməsi üçün kədəri, əziyyəti verir. Nə qədər əziyyət çəkərsə, o qədər də sevgini, dərinliyi yaxşı bilir.
Hər kəsi hidayətə çatdıracaq bir gücə sahib deyilsən. Allah hidayətə çatdırar. İzah etmə texnikan, mədəniyyətin, səmimiyyətin yetərlidirmi? Əgər çox səmimi olsan, təsirli olarsan.
Kiçik bir ölkədə federasiya qurmağa çalışsan bu zülmdür, böyük təhlükədir və Türkiyəni yox etməyə yönəlmiş fəaliyyətdir. Sən Türkiyəni yox etməyə cəhd etsən, Türkiyə də səni yox edər. O zaman qiyamət qopar.
Dünyaya sevgini hakim edəcəyik. Allah dünyanı sevgi olsun deyə yaratdı. "Qullar olsun, Mənə qulluq etsin" deyə yaratdı. Amma quldan istədiyi də sevgidir. Allah "Mən sizi sevim", "siz də Məni sevin" deyir. Sevgi olmasa, dünyanın bir mənası olmaz.
Dünyanı cəhənnəmə çevirməyə çalışanlara, dünyanı cənnətə çevirərək cavab verəcəyik.
Xanımlar bəzənəcək, onlar çiçək kimi bəzənəcəklər. Bəylər də bəzənəcək, yaraşıqlı olacaqlar. Mehdiyyət bəzək, gözəllik dövrüdür.
Qadınların bəyənilən olması gözəldir. Qadına və kişiyə qadağan olan çirkinlikdir, fahişəlikdir. Yəni haram olan cinsi əlaqəyə girməkdir. Yoxsa, qadının bəyənilməsində, kişinin bəyənilməsində günah yoxdur.
Qadınlar son dərəcə ağıllı, incə düşünən, sənətkar ruhlu mükəmməl varlıqlardır. Qadınlar çox ağıllıdır. Təfərrüatları çox yaxşı görərlər, kişilərdən daha çox təfərrüatlı görərlər.
Eşq dedikdə, Allah eşqi nəzərdə tutulur. Allah eşqlə sevilər. Təcəllisi də eşqlə sevilər. Bütün gözəlliklər Allaha aiddir. Bütün təriflər də Allaha aiddir. Bizim aşiq olduğumuz Allahdır.
Qadına qarşı nifrət olduqca, İslam aləmində nicat, qurtuluş olmaz, bəla yağış kimi yağar. Allahın qullarının yarısı qadındır. Qadına belə nifrət Allahın bəlasını qazandırar.
Allah Türkiyənin böyüməsi üçün cəhd göstərənlərə kömək etsin. Yollarını açsın, bəsirətlərini, fərasətlərini artırsın. Yüksək vəzifələr versin, uğurlu etsin.
Bədiüzzaman Hurufu Mukatta üçün “xas quluna bir şifrədir” deyir. Bəzi xüsusi şəxslərə şifrədir. Onlar bir məlumata çatmaq istədiklərində yəni, bir şeyi öyrənmək istədiklərində o şifrəni götürüb Quranın içindəki hər cür xüsusi məlumata sahib olurlar. O xüsusi qullar da Xızır (ə.s), Xızır (ə.s)-ın tələbələri, məhz bəzi xüsusi insanlardır. Beləcə dünya istiqamətləndirilir, inşaAllah.
Quranın zahirindən hər kəs istifadə edir, amma ledün qismini, Hurufu Mukattanın açar sirlərini heç kim bilmir. Amma hal-hazırda dünyada bilən bir mütəxəssisi var.
Hurufu Mukattada Xızır (ə.s)-ın sirləri var. Yəni onlar Quranın açarlarıdır, amma o müəyyən bir mütəxəssis, qrup üçündür. Quranın içindəki bir çox məlumata, gizli informasiyaya o açarlarla sahib olunur.