Hər kəsi hidayətə çatdıracaq bir gücə sahib deyilsən. Allah hidayətə çatdırar. İzah etmə texnikan, mədəniyyətin, səmimiyyətin yetərlidirmi? Əgər çox səmimi olsan, təsirli olarsan.
Kiçik bir ölkədə federasiya qurmağa çalışsan bu zülmdür, böyük təhlükədir və Türkiyəni yox etməyə yönəlmiş fəaliyyətdir. Sən Türkiyəni yox etməyə cəhd etsən, Türkiyə də səni yox edər. O zaman qiyamət qopar.
Dünyaya sevgini hakim edəcəyik. Allah dünyanı sevgi olsun deyə yaratdı. "Qullar olsun, Mənə qulluq etsin" deyə yaratdı. Amma quldan istədiyi də sevgidir. Allah "Mən sizi sevim", "siz də Məni sevin" deyir. Sevgi olmasa, dünyanın bir mənası olmaz.
Dünyanı cəhənnəmə çevirməyə çalışanlara, dünyanı cənnətə çevirərək cavab verəcəyik.
Xanımlar bəzənəcək, onlar çiçək kimi bəzənəcəklər. Bəylər də bəzənəcək, yaraşıqlı olacaqlar. Mehdiyyət bəzək, gözəllik dövrüdür.
Qadınların bəyənilən olması gözəldir. Qadına və kişiyə qadağan olan çirkinlikdir, fahişəlikdir. Yəni haram olan cinsi əlaqəyə girməkdir. Yoxsa, qadının bəyənilməsində, kişinin bəyənilməsində günah yoxdur.
Qadınlar son dərəcə ağıllı, incə düşünən, sənətkar ruhlu mükəmməl varlıqlardır. Qadınlar çox ağıllıdır. Təfərrüatları çox yaxşı görərlər, kişilərdən daha çox təfərrüatlı görərlər.
Eşq dedikdə, Allah eşqi nəzərdə tutulur. Allah eşqlə sevilər. Təcəllisi də eşqlə sevilər. Bütün gözəlliklər Allaha aiddir. Bütün təriflər də Allaha aiddir. Bizim aşiq olduğumuz Allahdır.
Qadına qarşı nifrət olduqca, İslam aləmində nicat, qurtuluş olmaz, bəla yağış kimi yağar. Allahın qullarının yarısı qadındır. Qadına belə nifrət Allahın bəlasını qazandırar.
Allah Türkiyənin böyüməsi üçün cəhd göstərənlərə kömək etsin. Yollarını açsın, bəsirətlərini, fərasətlərini artırsın. Yüksək vəzifələr versin, uğurlu etsin.
Bədiüzzaman Hurufu Mukatta üçün “xas quluna bir şifrədir” deyir. Bəzi xüsusi şəxslərə şifrədir. Onlar bir məlumata çatmaq istədiklərində yəni, bir şeyi öyrənmək istədiklərində o şifrəni götürüb Quranın içindəki hər cür xüsusi məlumata sahib olurlar. O xüsusi qullar da Xızır (ə.s), Xızır (ə.s)-ın tələbələri, məhz bəzi xüsusi insanlardır. Beləcə dünya istiqamətləndirilir, inşaAllah.
Quranın zahirindən hər kəs istifadə edir, amma ledün qismini, Hurufu Mukattanın açar sirlərini heç kim bilmir. Amma hal-hazırda dünyada bilən bir mütəxəssisi var.
Hurufu Mukattada Xızır (ə.s)-ın sirləri var. Yəni onlar Quranın açarlarıdır, amma o müəyyən bir mütəxəssis, qrup üçündür. Quranın içindəki bir çox məlumata, gizli informasiyaya o açarlarla sahib olunur.
Masonluqdakı pərgar, transporter bunların hamısı dünyanın tarixini qurmaqla əlaqəli simvollardır. Amma o baxan göz, üçbucaq içindəki baxan göz "Allah bizi hal-hazırda izləyir" deyir. "Biz qədərə tabeyik" deyir. "Allah nə desə o olar" deyir.
“Dərin dünya” dövləti hər əsrdə bir dəfə toplanır. Hər əsrdə, Quran, Tövrat və İncilə, hədislərə baxaraq tarixin necə irəliləyəcəyini görürlər. Ona görə də tarixə, qədərə qarşı çıxmırlar, ona uyğun davranırlar. Bu da masonluğun bir sirridir.
İmam Mehdi (ə.s) bütün dünyanın dəstəklədiyi lider olacaq. Mehdi (ə.s)-a müxalif olan olmayacaq. Kim qəbul etdirir? Allah qəbul etdirir. Allah insanların ürəklərinə vəhy edəcək; anlamadıqları bir şəkildə insanlar Mehdi (ə.s)-a tabe olduqlarına əmin olacaqlar. Qəribə şəkildə onu sevdiklərini anlayacaqlar. Qəribə şəkildə ona güvənəcəklər və onları qurtaracağına, vəsilə olacağına inanacaqlar.
Quranı həyata keçirmək bir sənətdir. Ağıllı insan Quranı çox yaxşı anlayar və həyatına gözəl şəkildə tətbiq edər. Məsələn, təvazökarlıq necə ediləcək? Təkəbbür hissi aradan necə qaldırılar? Sevgi necə yaşanar?
Həqiqi İslam mehdiyyətin izah etdiyi İslamdır.
Küfr, mənfəəti olduğu müddət ərzində dost olar. Mənfəəti bitdiyi an sənə düşmən olar. Amma müsəlmanlıqda elə deyil. Müsəlmanlıqda səbir, şəfqət var.
Küfrə etina etmək olmaz. Küfrdə dinclik, vəfa, həqiqi yoldaşlıq olmaz. Mənfəəti bitdiyində səni sərf edər, səni yandırar. Vəfasızlığın yayıldığı ağrılı bir dünyada yaşayarsan. Səhər qalxdığında belə sənə namərdlik edə bilər. İki saat sonraya belə zəmanətin olmaz. Küfrdə iki saat sonra tam fərqli adamla qarşılaşa bilərsən.
Müsəlmanlar getdikcə rahatlanacaq, canlanacaq, işləri yolunda gedəcək. Mehdiyyətin yolu davamlı açıq olacaq, Allah tərəfindən qədərdə elə hazırlanmışdır. Çətinliklər çox olacaq, amma dayandıra bilməzlər. Bütün güc Allahın əlindədir.