Münafiq heyrət ediləcək refleksə malikdir. Şeytanın söylədiyini həmin dəqiqə, həmin saniyə yerinə yetirər. Lakin Allahın dediyini etməz, Quranın dediyini etməz. Peyğəmbər (s.ə.v)-in dediyini etməz. Çünki üsyankardır. Münafiq şeytana qarşı itaətkardır.
Münafiq, müsəlmanın Quranla söylədiklərinə tabe olmaz, lakin şeytan söylədikdə dərhal edər. Şeytan şəxsiyyətsizlik, əxlaqsızlıq pıçıldayan kimi, dərhal edər. Heç tərəddüd etməz münafiq.
Müsəlmanın tətili olmaz. Suriyada, İraqda müsəlmanlar öldürülərkən, Əfqanistanda müsəlmanlar məhv edilərkən, Misirdə müsəlmanlar pərişan ikən, İslam aləmi dəhşət içində yaşayarkən bizim istirahətə ayıracaq vaxtımız olmaz. Hətta mövzulardan danışarkən belə, öncə ən təcili mövzulara yer verilməlidir.
Hər ölkə ilə sülh içində olaq. Müharibə etdiyimiz, vuruşduğumuz, küsdüyümüz, incidiyimiz heç bir ölkə olmamalıdır. Ölkə xalqları günahsızdır. Buna görə də, hər ölkə ilə dost və qardaş olmalıyıq.
İncik olduğumuz heç bir ölkə olmamalıdır. Çünki bizim ölkə xalqları ilə davamız yoxdur. Problem dərin dövlətlərlə olur.
Avropanın PKK-nı dəstəkləməsinin səbəbi PKK-nın qadın haqlarını müdafiə etməsi, azadlığı müdafiə etməsidir. PKK; "qadınlar istədiyi kimi geyinsin, azad olsun, qarışmayaq" deyir və "qadınlar daha çox siyasətdə vəzifə tutsun" deyir. Bunları Türkiyə deməlidir.
Münafiqlik əsrlərdən bəri, hətta minlərlə ildən bəri möminləri gəmirən, məhv edən sistemdir. Bu məsələ həll olduqda möminlərdə bütün dünya səviyyəsində böyük fərahlıq yaşanacaq.
Münafiq əhəmiyyətli hesab etmədiyi kəsləri hədəf almaz. Onun seçdiyi bir siyahı var. Ən başda peyğəmbər, sonra səhabələrin qabaqcılları. Bir vəlidirsə, məsələn, o vəli olan insan və vəli olan insana ən yaxın kəslər, ən güvəndiyi kəslər, birbaşa onları hədəf alar münafiq.
Tarix boyu həmişə münafiqlərin ilk növbədə peyğəmbəri hədəf aldıqlarını görürük. Sonra möminləri hədəf alarlar.
Özünü tanıtmaq, özünü məşhur etmək, güc sahibi etmək münafiqin ən böyük hədəflərindəndir. Bundan ötrü münafiq müsəlmanları həmişə təcrid etmək istəyər, önə keçmək istəyər. Ona görə də, həmişə peyğəmbəri hədəf alar.
Münafiq şeytani hiyləgərdir. Şeytanla iç-içə olan, şeytanın bədənini bürüdüyü bir məxluqdur. Həmçinin ruhu həmişə anarxiya içindədir.
Münafiqin möminin savabına vəsilə olma gücü çox yüksəkdir. Məsələn, küfrün birdirsə, münafiqin milyondur.
Müsəlmanı ən çox münafiq həyəcanlandırar, şövqləndirər. Kitablar hazırlanmasına vəsilə olar, daha zənginliyə vəsilə olar, daha möhtəşəm fəaliyyətlərə vəsilə olar, təşəbbüsün sürətlənməsinə vəsilə olar. Müsəlmanların daha texniki və ağıllı düşünmələrinə səbəb olar. Münafiq, miskinlik və ətaləti tamamilə yox edər.
Münafiq möminə fövqəladə dərəcədə həyəcan verər, şövq verər, əzmini artırar, gücünü artırar. Gücə olan tələbi daha da çoxalar.
Münafiq, müsəlmanların əleyhinə olmağı, onlara kin və qəzəb bəsləməyi faydalı şey zənn edər. Halbuki bu kin və qəzəb onu yaşlandırıb, çökdürüb, xəstələndirib, həlak edən sistemdir.
Münafiq xidmətini göstəriş üçün edər, başqaları desin deyə. Müvəffəqiyyətli olmaq istəyər, yəni adının eşidilməsini istəyər. Allah üçün etməz, göstəriş üçün edər.
Münafiqlər özlərinin o pis fəlsəfələri üçün, o əxlaqsız düşüncələri, o qəddar ruhlarının meydana gətirdiyi pis siyasət üçün, öz aləmlərində peyğəmbərləri, imamları da yönləndirmək istəyiblər.
Münafiqlər, hər şeyin həmişə öz lehinə olmasını istəyər. O zaman pislik, əxlaqsızlıq etməzlər. Allah, Nur surəsi, 49-da; "əgər haqq lehində isə, ona boyun əyərək gələrlər" deyir. Xoşbəxt olaraq gələr, sevinər o zaman. Lakin öz mənfəətinə ziddirsə iyrəncləşər, yırtıcı olar, əxlaqsızlaşar münafiq.
Münafiq olmasa möminlərdə yorğunluq və miskinlik olar. Münafiq həyəcan yaradar. Güclü müdafiə mexanizmi yaradar.
Möminlərin müvəffəqiyyətli fəaliyyətləri münafiqi narahat edər. Möminlərin münasibətlərinin korlanmasını istəyər, bunun üçün çalışar. Lakin bu işdə müsəlmanlara dirilik verər.
Samiri ömrünün sonuna qədər tək yaşamışdır. Bu münafiqlərdə bir həyat tərzidir. Möminləri sevməzlər, bəyənməzlər. Özlərini çox böyük hesab edərlər. Buna görə də, möminlərlə danışmaq, onlarla bir yerdə olmaq da istəməzlər. Yalnız yaşamaq istəyərlər.