Mükəmməl təvəkkül tam mənasıyla cənnət olar. Təvəkküllü insan sinirləri olmayan ət olar, tamamilə hüzurlu olar, dünyada cənnəti yaşayar. Allah ayədə, "Allah insanlara zülm etməz, insanlar özlərinə zülm edər" deyə bildirir. İnsanlar özlərinə əziyyət verərək yaşayarlar.
Münafiqlər cəhənnəmin ən dibindədir. Münafiqlər o qədər alçaq və xaindir ki, Allah cəhənnəm əhlini belə münafiqlərlə axirətdə danışmasına icazə vermir. Münafiqlər cəhənnəm quyusunun ən dibində sonsuza qədər qalacaqlar.
(A9 TV; 6 iyun 2018)
Adnan Oktar
-
Qadınları ət-sümük kimi görürlər. Qadın Allahın sənətidir. Qadınlar Allahın sənətinin mükəmməl təcəlli etdiyi nəcib, qiymətli, böyük nemətdir. Allahın möhtəşəm təcəllisiylə ünsiyyətdə olduğunu bilib çox dəyər vermək, çox hörmət göstərmək, onlara hər cür yaxşılığı təqdim etmək lazımdır.
(A9 TV; 6 iyun 2018)
Adnan Oktar
-
Cənnətdə dünyaya dair xoşumuza gəlməyən heç bir şeyi, heç bir anı xatırlamarıq. O hissələrdə atlamalar olar, biz atlamalar olduğunu bilmərik. Axirətdə möminlər üçün yalnız nəşə, sevinc, sevgi, xoşbəxtlik vardır.
(A9 TV; 5 iyun 2018)
Adnan Oktar
-
PKK necə ortaya çıxır, bu mövzunu nədənsə heç vaxt danışmırlar. Bir insan PKK-lı olaraq doğulmur, sonradan aldığı təhsillə ölməyə və öldürməyə qərar verir, PKK-lı olur. Buna qarşı, əks təhsil verilsə PKK deyə mövzu olmaz. Darvinist təhsilə son verilsə PKK tamamilə bitər. Çözüm, elmi yoldur.
(A9 TV; 5 iyun 2018)
Adnan Oktar
-
Allah münafiqləri tarix boyunca rəzil etmişdir. Münafiq dünyanın ən böyük alçağıdır. Peyğəmbərimizin səhabəsi olduğunu söyləyir amma küfrə və digər münafiqlərə xəbər daşıyır, xainlik edirdilər. Müsəlmanlar içərisində onların əleyhinə fəaliyyət göstərmək çox böyük əxlaqsızlıq və günahdır.
(A9 TV; 5 iyun 2018)
Adnan Oktar
-
Azadlıq, demokratiya, incəsənət, keyfiyyət ən az yemək içmək qədər insanların ehtiyacıdır. Əleyhinə olanların ən çox istifadə etdikləri vəsait bu dəyərlərin azalması olduğuna görə, daha çox azadlıq, daha çox demokratiya, daha çox incəsənət üçün ediləcək hər şey qurulan oyunları pozar. İnsanların sevincini əlindən alan mühafizəkar, katolik, qatı İslam anlayışının deyil, Quran müsəlmanlığının incəsənət, keyfiyyət, sevinc, demokratiya, azadlıq anlayışını təşviq etmək lazımdır. Bu edilsə bütün dünyanın İslamı qəbul etməsinə də Türkiyə qabaqcıl olar. Katolik, ənənəçi İslam anlayışı ilə İslam daxildən çökür, gizli-gizli ateizm, deizm inkişaf edir. Bunu dayandırmaq üçün katolik sistemin təzyiqinin qaldırılması, darvinist, materialist təhsilin dayandırılması, iman həqiqətlərinin və elmi gerçəklərin izah edilməsi, insanlara sevginin, dostluğun, sülhün təhsilinin verilməsi lazımdır.
(A9 TV; 5 iyun 2018)
Adnan Oktar
-
Allahın böyüklüyünü anladıqdan sonra şeytanın insanın üzərinə gəlmə yönlərini görüb onları tək-tək təmizləmək əhəmiyyətlidir. Müsəlman tahirdir. İnsan necə tək-tək bədənini təmizləyirsə, şeytanın hücumlarına qarşı da tək-tək mənəvi təmizlik etməlidir. Qısqanclıq, hirs, kin, nifrətdən xilas olacaqdır. Məyusluq hissi gələndə mübarizə edəcək, məğlub edəcək, çox şən olacaq, hirslənmək hissi gələndə bağışlayıcı olacaq. Qısqanclıq, nifrət, kin, hirs hamısından tək-tək xilas olacaq. Şeytanın bütün pisliklərindən xilas olmaq üçün əmək verəcək, şeytanın hər hücumunu tək-tək təmizləyəcək. Allah şeytanı xüsusi göndərir, xüsusi olaraq təmizləmək lazımdır.
(A9 TV; 5 iyun 2018)
Adnan Oktar
-
İslamiyyət sevgi, səmimiyyət və dürüstlükdür.
(A9 TV; 4 iyun 2018)
Adnan Oktar
-
Müsəlman suyun üstündə yeriyən adam kimidir. Allah ilə candan əlaqəsini kəsdiyində, o su onu həmən udar. Qəflətin içində boğulmamaq üçün Allah ilə yaxın, candan əlaqəsini heç vaxt kəsməyəcək.
(A9 TV; 4 iyun 2018)
Adnan Oktar
-
Dua çox böyük nemətdir. Amma insanların çoxu bu rahatlığı yaşamır. Başları üstündə çətinlik olduğunda, bir az kənara çəkilsə, səmimi olaraq Allaha anlatsa, Allah ona dərhal fərahlıq verər. Allahın rəhməti yaxşı insanlara həmişə yaxındır. Çox səmimi, içdən dua hər cür pisliyi aradan qaldırar.
(A9 TV; 4 iyun 2018)
Adnan Oktar
-
Xristianların, musəvilərin, buddistlərin, qarışqaların belə lideri var amma "müsəlmanların başı olmasın" deyirlər. Allah müsəlmanları mənəvi lideri ilə birlikdə yaratmışdır. "Müsəlmanlar başsız olsun, müsəlmanlar dağınıq olsun" demək Qurana uyğun deyil.
(A9 TV; 3 iyun 2018)
Adnan Oktar
-
Birlikdə qardaşca yaşamaq varkən müharibə və qarşıdurma istəmənin məntiqini anlamaq mümkün deyil. Qan tökməyi çox təbii görürlər, qardaş olmağı isə yadırğayırlar. Təbii və gözəl olan, sevgi dolu olmaqdır. Qardaş olmaqdır, dost olmaqdır.
(A9 TV; 3 iyun 2018)
Adnan Oktar
-
Müsəlmanların birləşməsinin tək çözüm olduğunu müsəlmanlar həmişə gündəmdə saxlamalıdır. Tək cümlə İslam aləminin hər yerində gündəmə gətirilsə böyük təsiri olar. Misirdən bir jurnalistə, Tunisdə bir market sahibinə, Fələstində bir şagirdə hər kəs "müsəlmanların birləşməsi tək çözümdür" deyə yazsa, dalğa-dalğa yayılar.
(A9 TV; 3 iyun 2018)
Adnan Oktar
-
Şəhidlərimizin şəhadəti mübarək olsun, Allah ailələrinə xeyirli uzun ömür nəsib etsin. Şəhidlərimizin hər biriylə qürur duyuruq.
(A9 TV; 3 iyun 2018)
Adnan Oktar
-
Allahın quluna ən böyük hədiyyəsi, ən böyük neməti sevgidir. Allah cənnəti versə amma Allah qorusun, sevgini verməsə cənnətdə heç bir şey anlamazsan.
(A9 TV; 3 iyun 2018)
Adnan Oktar
-
Hər yatdığımızda hər gün ölür, hər gün dirilirik. Bir gün də yenə yatacağıq və əslində bir yuxu olan bu həyatdan oyanacağıq. Yuxudan qalxdığımızda, yuxu ilə həyatın necə fizika qaydaları fərqli olur amma bizə qəribə gəlmirsə, axirətdə də fizika qaydalarının olmamasını çox adi qarşılayacağıq.
(A9 TV; 2 iyun 2018)
Adnan Oktar
-
Münafiq axmaqdır. Özünə axmaq təsəllilər tapmağa çalışar. Allaha, Allahın sevdiklərinə, İslama, Qurana düşmən olan münafiqlərə Allah düşməndir. Nəsillər boyu davam edəcək alçaldılma, nifrət edilmə və lənəti boyun olmuşlar. Qotur itlər belə münafiqlərin yanında dayanmaq istəməz.
(A9 TV; 2 iyun 2018)
Adnan Oktar
-
Axırzaman münafiqləri dünyanın ən alçaq münafiqləridir və onların üzərində nəsillər boyu davam edəcək lənət vardır.
(A9 TV; 2 iyun 2018)
Adnan Oktar
-
Allahı sevmək dünyadakı ən əhəmiyyətli mövzudur. Allahı, haşa, bir kənarda buraxmış kimi öz halına dalmaq insanların ən böyük səhvi və əxlaqsızlığıdır. Allah çox mərhəmətli və şəfqətlidir, insanların bu qədər anormallığına baxmayaraq bütün insanlara rəhmət edir. İnsanlar özlərinə belə vəfasızlıq, nankorluq edilsə yeri yerindən oynadarlar. Allah isə çox mərhəmətlidir.
(A9 TV; 1 iyun 2018)
Adnan Oktar
-
Münafiqin müsəlmanlara saysız faydası vardır. Münafiqlə elmi mübarizə, müsəlmanın ağlının daha kəskinləşməsinə, daha güclənməsinə səbəb olur. Münafiqdə şeytani müqavimət vardır, bu müqavimət müsəlmanlar üçün yaxşı fürsət olar. Müsəlmanların daha coşğulu, daha dinamik, daha bir-birinə bağlı, daha canlı olmalarını təmin edər.