Sən Qurana tam əməl etsən, Allahı tam sevsən, ürəyini Allaha tam təslim etsən, aşiq olsan, Allah eşqiylə yansan Allah sənə təcəllisini zəbt edər. O təcəlli səndən getməz. Onu səndən alan Allah. O zənn edir ki öz başına qərar aldı, getdi. Sənə gətirən də Allah, aparan də Allah.
Allahın yaratma sənətini çox düşünmək lazımdır, həm öyrənmək üçün, həm də zövq almaq üçün düşünmək lazımdır. Bunda zövq vardır. Çünki təəccüblənmək və heyrətlənmək çox zövqlüdür. Düşünə-düşünə heyrət edib, heyrətin də zövqünü ayrıca almaq lazımdır.
(A9 TV; 25 avqust 2014)
Adnan Oktar
-
Hal-hazırda şirk dini bütün dünyanı bürüdüyü üçün həqiqi İslam dini, Qurana əsaslanan İslam çox nadir yerdə yaşanır. Hakim olan şirk dinidir.
(A9 TV; 18 avqust 2014)
Adnan Oktar
-
Mehdi (ə.s) dövründə məzhəblər qalxır, hər kəs Qurana görə hərəkət edir. Quranın sadə, gözəl, təmiz, hənif dininə, yəni İslam dininə bütün insanlar daxil olur. Və onu dinc, təhlükəsiz, bərəkətlə yaşayırlar.
(A9 TV; 18 avqust 2014)
Adnan Oktar
-
Allahdan qorxan çox ağıllı olur, halalda, haramda çox dəqiq olar, bütün hərəkətləri müvazinətli və düzgün olar. Allahdan qorxmasa, Allah uzaq eləsin, onsuz da rəftarlarında dərhal əks olunur. Ağzına gələni deyir, istədiyi kimi hərəkət edir. Müsəlman, Allahdan qorxduğunda hər şeyi seçərək, çox diqqətli və uyğun olan gözəl rəftar göstərir. Eqoistlikdən, xudbinlikdən uzaq olur.
(A9 TV; 18 avqust 2014)
Adnan Oktar
-
Qurandan uzaq olanda insanın ağlı gedir, davranışları pozulur, halala, harama diqqət etmir, nizamsız olur. Amma Qurana uyarsa, ağıl tam oturur, işləri yolunda gedir, bərəkət gəlir, üzərinə bir rəhmət, bir xoşluq, nur gəlir. Onun üçün Qurana möhkəm sarılmaq çox vacibdir.
(A9 TV; 18 avqust 2014)
Adnan Oktar
-
Səbir möminin xüsusiyyətidir. Dünyadan keçmək, yanlış bir söz eşitmək səbir tələb edir, hər mövzu səbir tələb edir.
(A9 TV; 18 avqust 2014)
Adnan Oktar
-
Türkiyənin ən böyük problemi mənəviyyatdır, mənəvi inkişafdır. Darvinizm-materializmin elmlə, mədəniyyətlə yox edilməsi, Quran möcüzələrinin, iman həqiqətlərinin izah edilməsi lazımdır, mövzu budur. Onun xaricində, Türkiyə onsuz da inkişaf etməkdə olan bir ölkədir. Türkiyənin əsl beyin inqilabına, ruh inqilabına ehtiyacı var.
(A9 TV; 17 avqust 2014)
Adnan Oktar
-
Biz dünya səviyyəsində darvinizmi elmlə, mədəniyyətlə məhv edincə müsəlmanların əli hər yerdə gücləndi. Müsəlmanlar sinələrini gərərək gəzirlər. Solun başı yerə düşdü.
(A9 TV; 16 avqust 2014)
Adnan Oktar
-
Bütün kainatda Allah Nurdur. Nur; insanın ağlının qəbul edə biləcəyi ən gözəl görünüş, qəlb açıqlığı, gözəllik, imandan qaynaqlanan fərahlıqdır.
(A9 TV; 16 avqust 2014)
Adnan Oktar
-
Bir insan öz mədəniyyətini bəyənmirsə keyfiyyətli insan ola bilməz. Yalnız xarici mədəniyyəti bəyənirsə mədəniyyətsizlik, başqa mədəniyyətə meyllilik vardır deməkdir. Sən öz mədəniyyətinin gözəlliyini, dərinliyini, zənginliyini görə bilmirsənsə, oradakı keyfiyyəti hiss edə və göstərə bilmirsənsə, sadəcə başqa mədəniyyətə meylli insansan deməkdir.
(A9 TV; 15 avqust 2014)
Adnan Oktar
-
Estetika, keyfiyyət qatı dinçi insanda olmaz; onsuz da başa düşməz. Gözəl bir mənzərə ona təsir etməz; gözəl bir heykəl, gözəl bir musiqi təsir etməz. Hamısı üçün deyil, bir qismi belədir.
(A9 TV; 15 avqust 2014)
Adnan Oktar
-
Qatı dinçilik sevgisizliklə iç-içədir. Qatı dinçilikdə məhəbbət, sevgi, mərhəmət yoxdur. Həsəd aparmaq, qısqanclıq, nifrət, eqoizm və qürur vardır, təkəbbür vardır.
(A9 TV; 15 avqust 2014)
Adnan Oktar
-
Qat dinçiliyə qarşı CHP-nin çox güclü qarşı çıxması lazımdır. Qatı dinçilik ancaq dindarlıqla aradan qaldırılır. Qatı dinçilik dinsizlik, materialistliklə qaldırılmır, solçuluqla qaldırılmır. O zaman din həmişə qalib gələr, əzib keçər.
(A9 TV; 15 avqust 2014)
Adnan Oktar
-
Yaşamaq üçün yaşatmayacaqsan məntiqi çox eqoist və çox mərhəmətsiz bir hərəkətdir. Elə yaşamağın bir mənası yoxdur, o zaman heç yaşamamaq daha yaxşıdır. Elə eqoist, vəhşicə yaşayacaqsansa heç yaşama. İnsan kimi yaşamaq üçün yaşanar. Müsəlman kimi yaşamaq üçün yaşanar. Vəhşicə yaşamaq üçün yaşanılmaz.
(A9 TV; 14 avqust 2014)
Adnan Oktar
-
Müasir İslam anlayışını müdafiə edən aydın, mütərəqqi CHP-dir. İslam Birliyini müdafiə edən Cümhuriyyət Xalq Partiyasıdır. Asanlıq və gözəllik budur. CHP-ni qurtaracaq ən gözəl düstur da budur. İslam Birliyi, müasir İslam. Bu ikisi CHP-yə hakim olursa, CHP-nin birinci partiya olması an məsələsidir.
(A9 TV; 13 avqust 2014)
Adnan Oktar
-
Türkiyə böyüyəcək, Turan olacaq! Böyük bir İslam Birliyi olacaq. "Qırmızı Alma" deyərkən, almanın əsas hissəsi Türkiyəyə paylandı hal-hazırda.
(A9 TV; 13 avqust 2014)
Adnan Oktar
-
Xalq özünə hörmətsizliyi istəmir. Özünə hörmət, şəfqət duyulmasını, sevilməsini istəyir. Kim sevgi, şəfqət göstərirsə, onun tərəfində olarlar. Kim hörmətsizlik etsə xalq ondan qorxar, narahat olar. Kim yuxarıdan baxarsa, ondan narahat olar.
(A9 TV; 13 avqust 2014)
Adnan Oktar
-
CHP-lilər İslamı, müasir İslam anlayışını ön plana alsınlar; çünki Atatürkün, rəhmətlinin idealı o idi, İslam Birliyi idi. İslam Birliyindən bəhs etsinlər, Atatürkün müasir İslam anlayışını ön plana gətirsinlər; gözəl bir nəticə olsun.
(A9 TV; 13 avqust 2014)
Adnan Oktar
-
Keyfiyyət üçün mütləq pula ehtiyac yoxdur; ağıla, zövqə ehtiyac vardır.
(A9 TV; 12 avqust 2014)
Adnan Oktar
-
Dünyanın ən keyfiyyətli insanına müsəlman deyilir. Ən yüksək dərəcəli insanına, ən yaxşı düşünən, ən gözəl əxlaqa sahib insana müsəlman deyilir.