avatar

Adnan Oktar

Möminlərdən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Qurandan uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. İslam hərəkətindən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Sən hara getsən də onsuz da Allahdan uzaqlaşa bilməzsən. Allah sənə şah damarından daha yaxındır. Hara qaçırsan? Qaçmaqla Allahdan uzaqlaşacağını zənn edir, İslamdan, Qurandan uzaqlaşacağını zənn edir.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Sən müsəlmanları bir kənara qoyub ticarət dalınca qaçırsan, lakin dünya ticarətindən bir şey qazansan belə, o dünyada qalacaq. Sən axırda ölüb gedəcəksən
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-i dinləmək üçün, bir yerə toplaşmalıdırlar. "Ticarət var, mal gəldi" deyirlər, hamı cəld qaçır. Peyğəmbərimiz (s.ə.v)-i ayaq üstə qoyub tərk edirlər. Qaçdıqları hər addımın hesabını verəcəklər. Peyğəmbəri ayaq üstə qoyub tərk etməyin hər dəqiqəsinin, hər saniyəsinin hesabını verəcəklər.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Təyyarəyə mindiyin andan etibarən, təyyarədə oturarkən, təyyarədən endiyin vaxt və yollarda gəzərkən Allah səndən: "Müsəlmanlardan niyə uzaq oldun, İslamdan niyə uzaq oldun, niyə Allahın dinini yaymadın?" deyə soruşacaq. Çünki Allah: "Nə alış-veriş, nə də ticarət onları Allahı zikr etməkdən yayındırmaz" deyir. Səni isə, yayındırır.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

İnsan xəstələnir, dərman qəbul edir və "mən bu xəstəliyi dərmanla sağaldaram" deyir. Bu çox böyük səhvdir. Səmimi şəkildə: "Ey Rəbbim bu dərmanı vəsilə et" deməlisən. Yaxud yaralanır, bir şey olur, antibiotik qəbul edir, "vəssalam, bu sağaldar" deyir. Bu cür olmaz. Sən: "Ey Rəbbim bunu vəsilə et" deməlisən. Əks halda o dərmanı bütləşdirmiş olarsan. Dərmanı yaradan, dərmana o gücü verən Allahdır. Beynində onu sənə göstərən də Allahdır.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: "Möminlər ancaq qardaş-bacıdırlar" deyir (Hucurat surəsi, 10). Himayə etməlisən, onu qətiyyən çətin vəziyyətdə qoya bilməzsən. Hər cəhətdən məsul olursan. Cəmiyyətdəki bütün insanlar bir-birindən məsul olur. O zaman cənnət kimi bir mühit yaranır.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) çox vicdanlı insandır. Siyasətçi deyildir. Sadəcə sevgi müəllimidir. Hər kəsin bir-birini sevməsini təmin edər, zorakılığı və dəhşəti yox edər. Sevgini artırar.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Atatürk keyfiyyəti xalqa göstərmək üçün, bunu birbaşa özündə və ətrafında tətbiq etdi. Vals rəqsini göstərdi, yaxşı geyinməyi göstərdi, qalstuk, köynək, pencək, hər şeyin ən yaxşısı və ən gözəlini göstərdi. Xalqa bu cür olun dedi, nümunə oldu.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətə qarşı olan heç bir hərəkat müvəffəqiyyətli ola bilməz. Hz. İsa Məsih (ə.s)-ın enişini rədd edən istənilən hərəkat məğlub olar.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Necə ki, dəccal az qüvvəylə İslam aləminə hakim olursa, hz. Mehdi (ə.s) da az qüvvəylə alt-üst olmuş dünyanı birləşdirir, az qüvvəylə dünyaya hakim olur. Allahın qanunu həmişə belədir.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Mütləq Risalə-i Nurdan oxuyun. Çünki orada bir ruh var, səhabə ruhu var, səmimi müsəlman şəxsiyyəti var. Bunu digər əsərlərdə elə də tapa bilməzsiniz.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Beynimin içində görürəm. Beynimin içində kim yaradır? Allah yaradır. O zaman mənim sevgim kimədir? Allahadır. Mən müstəqil şəkildə bir varlığı sevə bilmərəm. Yalan söyləmiş olaram, özümü aldadaram. Çünki onu Allahın yaratdığını görürəm.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Bir gəminin kapitansız hərəkət etməsi qeyri-mümkündür. Dalğalar gəmini gah ora vurar, gah da bura. Hal-hazırda İslam aləmi də kapitansız gəmi kimidir. Gah gedib qayalara dəyir, gah da fırtınaya tutulur, məhv olur.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

İslam aləminin başı olsaydı Əfqanistanın işğal edilməsi mümkün olardı? İraqda bu cür sel kimi qan axması, Suriyada qan axması mümkün olardı? Qətiyyən olmazdı. Müsəlmanların başı olmadığı üçün bu qırğın kəskin şəkildə davam edir.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Hal-hazırda dünyada təxminən 1,8 milyard müsəlman yaşayır. Həqiqətən də 1924-cü ildən bəri müsəlmanların başçıları yoxdur. Xristianların var, yəhudilərin var, masonların var, hər kəsin var. Təkcə müsəlman aləminin yoxdur. Belə olmaz.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Türkiyə mərhəmətin ustadıdır. Qaçqınlar dənizlərdə, dağlarda yaşayır, o insanlar necə də əzab çəkir, Avropanın nüfuz sahibləri onlarla həmsöhbət belə olmurlar. Ən böyük mərhəməti göstərən, Türkiyədir. Təkcə İstanbulda belə bütün Avropada olandan daha çox qaçqın var. Millətin mərhəmətinə baxın. Ən çox qaçqını biz aldıq və əlimizdən gəlsə hamısını alacağıq.
A9 TV; 27 oktyabr 2015
avatar

Adnan Oktar

İnsan özünü müstağni görsə, dəlalətə düşər. Nəfsin tənqid edilməsi ən məqbul ibadətlərdəndir, ağlı açan ən gözəl xüsusiyyətlərdən biridir. Özünü tənqid etməyən dəliyə dönər, ağlını itirər, məhv olar. Özünü tənqid edən nicat tapar.
A9 TV; 27 oktyabr 2015
avatar

Adnan Oktar

Münafiqlər küfr əhli arasında yaşaya bilməzlər, münafiqlərlə birlikdə yaşaya bilirlər. Xüsusi bir qövmdürlər. Onların alçaqlığı daha kəskindir. Bunun üçün də cəhənnəmin ən dərin təbəqəsinə göndərilirlər.
A9 TV; 26 oktyabr 2015
avatar

Adnan Oktar

Kafir münafiqdən üstündür. Kafir daha zərərsizdir. Çünki kafir dürüst davranır, söyləyir, "mən dinsizəm" deyir. Münafiq belə deyildir, özünü möminlərin arasında gizlədər, alçaqlıq edər. Onlardan həm mənfəət gözləyər, həm də məlumat toplayıb onları əzdirməyə çalışar. Küfr əhliylə əlbir olub onları əzdirməyə çalışar.
A9 TV; 26 oktyabr 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo