Güclü, qüdrətli olan Allahdır. Biz Allahın acizlik içində olan zavallı qullarıyıq. Bütün qüvvət Allaha məxsusdur. Allah taledə nə yazdısa o olar. Biz Allaha boyun bükmüş insanlarıq. Allahın verdiyi güclə hərəkət edirik.
Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
Hər yerdə həqiqi, səmimi, dürüst, müasir dindarlar ön planda olmalıdır. Müasir, səmimi bir dindar, ateist üçün də çox böyük zəmanətdir, yəhudilər və xristianlar üçün də. Çünki Allahdan qorxur, vicdanıyla hərəkət edir. Bu, hər kəs üçün bir zəmanətdir.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
Mömin şən olmalıdır, şövqlü olmalıdır. Bir şeyə görə kədərlənirsə, sıxılırsa, beyninə salırsa, artıq bədən özünü qorumaq, ondan xilas olmaq üçün özünü uyutmaq istəyər. Lakin mömin şən olarsa vücudu uyumaq istəməz, həyatı yaşamaq istəyər.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
Türkiyənin bölünməsi, bütün İslam aləminin məhv olması deməkdir. Fövqəladə bir ölkədir, bölünə bilməz. Türkiyə Türk aləminin beynidir. Türkiyə ölsə, Türk aləmi də ölər. İslam aləminin də beynidir. Türkiyə ölsə, İslam aləmi məhv olar.
(A9 TV; 13 yanvar 2016)
Adnan Oktar
-
Allah rizası üçün, İslama xidmət üçün, bir gün yuxusuz qal desən, yıxılıb özündən gedər. Lakin bu avtomobili sənə verəcəyik desən, üç gün yatmaz, oyaq qalar. Özü də ayaq üstə. Məhz insan xarakterinin kiçikliyini, səthiliyini, heyvanlara necə uyğun olduğunu buradan görürük.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Əgər nəfsi özbaşına buraxsan, birbaşa heyvan kimi baş bəlası olar. Yəni özünü ibtidai heyvan kimi göstərər.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Münafiqlər öz aləmlərində müsəlmanlara hörmət göstərməzlər, lakin küfr əhlinə ağlasığmaz hörmət göstərərlər.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Quran çox sadə bir Kitabdır. Lakin fövqəladə bir ağıl Quranı büsbütün əhatə etmişdir
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
İnsan səmimiyyətsizdisə inkarçıları axtarar. Kitablarda, internetdə, orda-burda axtarar. İnkar edən insanları tapmağa çalışar. İnkar edənlərə heyranlıq duyar. Əvvəllər inkar edən dostlarını unuda bilməz. Onlarla xoşbəxt olmaq düşüncəsində olar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Səmimi olduğumuz vaxt, çətinlik çəkmədən, Yaradan böyük bir gücü, Allahı dərhal görərik. Lakin bir insan səmimiyyətsizdisə, Allahın varlığını inkar etmək üçün, harada pis kanal, qaranlıq kanal vardırsa, ona girməyə çalışar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Kin, nifrət, qəzəb, sevgisizlik, şəfqətsizlik və eqoistlik olduqda göz qaralar, dil qaralar, danışa bilməz insan. Sevgini qəbul etməyənlərin dilinə diqqət yetirin, heç bir şəkildə danışa bilməzlər. İki sözü bir yerə gətirə bilməzlər.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Sevgi gözə yerləşər, göz gözəlləşər. Düzgün baxmağa başlayar. Dilə yerləşər, düzgün danışmağa başlayar. Səs tellərinə yerləşər, səsi gözəlləşər. Məsələn, dəriyə yerləşər, dəri sevgidən ötrü gözəlləşər. Yəni insanın hər şeyi xoş və təravətli olar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Sevgiyə gəl desən dərhal gələr. Çox asandır sevgi. Sevgi gələn kimi dərhal qəlbə yerləşər, beyinə yerləşər. Onsuz da sevgi insanı sevər; Allahı sevər, buna görə insanı sevər. Beyinə yerləşdikdə beyin rahatlayar. Qəlbə yerləşdikdə qəlb rahatlayar. Dərhal insanın üfüqü açılar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Sevgi bir niyyətlə dərhal ayağımıza gələr. Sevgi qapıda gözləyər. "Sevgi, bura gəl" deyərsən, dərhal gələr. Sevgi dərhal insanın içini bürüyər. Ruhunda dərhal xidmətə hazır olar. Allah belə yaratmışdır. Lakin qapıda saxlayır insanlar. İçəri buraxmırlar sevgini. Bunun əvəzinə pislik, davakarlıq, kin, soyuqluq, şübhəcilik, mərhəmətsizlik, ədəbsizlik, nəzakətsizlik və kobudluğu qapının önündə saxlayırlar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Sevgini dünya üçün çox lüks kimi göstərirlər. Şeytan insanlara əsrlər boyu bunu öyrətdi. Hal-hazırda insanlara sevgi deyildikdə, bunu çox uzaqda olan, əlçatmaz kimi qəbul edirlər. Halbuki sevgiylə iç-içə yaşayırıq onsuz da. İnsanın gündəlik yeməyi kimi, normal bir ehtiyacıdır sevgi.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Birisi : "Məndə sevgi, hörmət yoxdur, lakin pul vardır" deyir. Bu qadın üçün nə qədər qorxunc şeydir, kabusdur. Nə qədər əzab dolu bir həyatdır. Qəsrdə, sarayda yaşasa belə hər gün onun üçün əzab olar. Sevgi görmədikdən sonra, qiymətləndirilmədikdən sonra, o yeməyi, o paltar nəyinə lazım.