Mömin metafizikdir. Bir insan həqiqi imana çatdığında, səmimi olduqda qəribə şəklə bürünür. Mələkdən üstün olur. Məsələn, duası qəbul olur. Belə səmimi möminlər 11 nəfər olsalar dünyaya hakim olurlar. Vəzifə verilibsə öldürə bilmirlər. Bu çox qəribədir. Xüsusi olaraq qorunur. Təsir gücü çox yüksək olur. Onun olduğu yerdə insanlarda heyrətamiz iman coşğusu, yüksəlməsi olur.
Misir həbsxanalarında cinayət işləməmiş şəxslər ya sərbəst buraxılsın, ya da deportasiya edilsin. Həbsxanalarında ventilyasiya sistemi yoxdur, istilik getdikcə yüksəlir, bu şərtlərdə yaşaya bilməzlər.
Münafiqə nə cür yaxşılıq edilsə də, hansı imkan verilsə də, bundan əxlaqsızlıq və pislik məqsədiylə istifadə edər. Mömin də həmişə xeyir və gözəllik məqsədiylə istifadə edər. Kiçicik bir şey versən belə mömin xeyirə istifadə edər.
Mömin əlindəki imkanlardan İslamın xeyri üçün istifadə edər. Münafiq isə fitnə törətmək üçün, küfrlə əlaqə qurmaq üçün istifadə edər.
Münafiqlərlə əlaqədar ayələr möminə təsir edər. Bu insana təsir edirsə, o, münafiq ola bilməz. Lakin münafiq bu ayələrə gülər, bu ona heç təsir etməz. Vecinə də almaz, azğınlığı, şeytanlığı daha da artar. Təcavüzkarlığı, kini daha da artar.
Mömin həmişə dürüstlüklə, səmimiyyətlə, yaxşı niyyətlə, təvazökarlıq, məzlumluq və həlim xasiyyətlə, yəni həlimlik və itaətkarlıqla yaşayar. Münafiq tam əksidir. Üsyankar, asi və anarxist ruhludur.
İmam Mehdi (ə.s)-ın mədrəsə təhsili yoxdur. Bir alimə, hocaya bağlı deyil. İmanıyla, səmimiyyətiylə təsir göstərəcək.
İman, ağıl, əlində də Quran; dünya belə bir insanın öhdəsindən gələ bilməz. Ən mühüm məsələ səmimi iman gətirmək, səmimi surətdə Allahı sevmək, səmimi surətdə Allahdan qorxmaqdır. Bunun üçün də, elə ədabazlıq edərək, hiyləgərlik edərək, söz güləşdirərək, söz ataraq İslamı hakim etmək mümkün olmaz.
İslamı ağılla, dərin imanla anlatmaq olar. Peyğəmbərimiz (s.ə.v) universitet məzunu deyildi. Əlində təkcə Quran vardı. Çox səmimi imanlıydı, buna görə də, çox təsir göstərdi. İmanı və ağlı ilə təsir göstərdi.
Hazırda müsəlmanların etdiyi təbliğ üsulunda məlumat kafi deyil, mədəniyyət kafi deyil, müasirlik qəti kafi deyil. Bunlarla olmaz. Dərin iman, dərin səmimiyyət, dərin ağılla olar. Ən təsirlisi budur.
Münafiqdə ən böyük qorxu gələcək qorxusudur. Hər cür pisliyi bunun üçün edər. Müsəlmanların yanından qaçmasının səbəbi də odur.
Münafiq müsəlmanların yanında müvəqqəti qalar. Özünü təhlükəsizlikdə hiss etməz. Çünki müsəlmanlara düşmən olduğu üçün, kinli olduğu üçün, nifrət etdiyi üçün müsəlmanlardan özünü təhlükəsizlikdə hiss etməz. Küfrdə özünə yer axtarar.
Quranda, münafiqlər möminləri ağılsızlıqla ittiham edirlər. Münafiq özü anarxist ruhlu olduğundan, onu üstün görür. Möminin itaətkar olmasına da heyrətlənir; "o ağılsızlar kimi mi iman gətirəcəyəm?" deyir. Halbuki itaətkar olmaq, həlim xasiyyətli olmaq, həlim olmaq gözəldir.
Münafiqlər özləri üsyankar olduqları üçün, möminlərin itaətkar olmasının gözəlliyini anlaya bilməzlər.
Münafiq dünyadakı narahatlığın minlərlə mislini cəhənnəmdə yaşayar. Mömin də rahatlığın minlərlə mislini cənnətdə yaşayar, tam əksidir.
Münafiq cəhənnəmdə belə fitnə axtarır, həmişə narahatdır və heç vaxt Allaha sığınmaz. Allah o anarxist ruhunu, o dəli ruhunu, həmişə narahat olan ruhunu ən narahat halda tutar cəhənnəmdə. Mömin də dünyada rahat olduğu üçün, cənnətdə ən rahat halda yaşayır, heç narahatlıq yaşamaz.
Cənnət şərtləri möminə görədir. Münafiq də tam cəhənnəm əhlidir. Cəhənnəmdə həmişə narahatdır. Orada da yenə öz aləmində pislik edəcək mövzu tapır, onu oraya atmağa səbəb olan digər münafiqləri axtarır.
Allah yolunda mübarizədə fədakar olmalısan. Məsələn, əsgər ac, susuz olur, cınqırını çıxarmır, fitnə çıxartmır, lakin münafiq çıxardar. Münafiqin ən kiçik bir şeyə dözümü yoxdur. Hər şey onun dediyi kimi olsun istəyər. Mömin belə deyil, necə ortalıq sakitləşəcəksə, necə mühit hüzurlu olacaqsa ona görə hərəkət edər.
Münafiq üçün hər şey problemdir. Yola çıxması bir problemdir, yemək yeməsi bir problemdir, geyinməsi problemdir, həyatı özünə zəhər edər. Möminlərə də bu pisliyi bulaşdırmağa çalışar.
Möminin itaətkarlığı, həlimliyi cənnətdə də davam edir. Çünki müttəqidir. Allahdan nə xeyir gəlsə ona razıdır, qənaətkardır. Münafiq qənaətkar deyil.
Mömin həlim olur, sakit, itaətkar və mehriban olur. Öz mənfəətini düşünmür. Məsələn, istidə də döyüşə gedə bilir və ya İslama xidmət edə bilir. Hava istidir demir. Sıxılsa da demir. Lakin münafiq deyər.